“Azəriqaz” İstehsalat Birliyi işçi qəbulu elan edir
Bakı, 14 avqust (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi (İB) Balakən (12 vakant yer), Göyçay (4 vakant yer) və İsmayıllı (2 vakant yer) qaz istismarı sahələrinə qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsinə müsahibə yolu ilə işçi qəbulu elan edir.
İB-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, namizədlər həqiqi hərbi xidmət keçmiş, yaşı 30-dan yuxarı olmayan, fiziki cəhətdən sağlam və insanlarla xoş ünsiyyət yarada bilən nizam-intizamlı, çevik şəxslər olmalıdırlar.
İşə qəbul olunmaq istəyən namizədlər qəbul komissiyasına şəxsiyyət vəsiqəsini, əmək kitabçasını, hərbi bileti, diplom və ya attestatın əsli və surətini, eləcə də 2 ədəd 3x4 ölçüdə rəngli şəkil təqdim etməlidirlər. Arzu edənlər avqustun 16-da saat 10:00-dan 19:00-dək Şamaxı qaz istismarı Sahəsinə müraciət edə bilərlər.
Ünvan: (Şamaxı şəhəri, Seyid Əzim Şirvani küçəsi 1”a”. Əlaqə telefonu: 012-521-22-61 (“Azəriqaz” İB-nin kadrlar şöbəsi).
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]