“Azəriqaz”: Respublikada mənzillərin və fərdi evlərin qazlaşdırılması səviyyəsi 96,3 faizə çatıb
Bakı, 7 yanvar, AZƏRTAC
Ötən il Azərbaycanın müxtəlif rayon və şəhərlərində ümumilikdə 100-ə yaxın yeni yaşayış massivi qazlaşdırılıb.
Bu barədə AZƏRTAC-a “Azəriqaz” İstehsalat Birliyinin Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov deyib.
Bildirib ki, qazlaşma proqramı “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində maliyyə imkanlarına uyğun olaraq mərhələli şəkildə həyata keçirilir. “Ötən illərdə olduğu kimi, 2021-ci ildə də yaşayış ərazilərinin qazlaşdırılması tədbirləri davam etdirilib. Qurumun təşəbbüsü ilə 200-dən artıq şəhid ailəsinin və müharibə iştirakçısının fərdi yaşayış evi “Azəriqaz” İB-in daxili imkanları hesabına qazlaşdırılıb. Cari ilin yanvarın 1-nə respublikada mənzillərin və fərdi evlərin qazlaşdırılması səviyyəsi 96,3 faizə çatıb”, - deyə şöbə rəisi qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:45]
® Moody’s ABB-nin reytinqini yüksək səviyyədə saxlayıb
- 15.06.2026 [15:46]
Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır
- 15.06.2026 [14:57]