İQTİSADİYYAT
“Azəriqaz”ın sahibkarlarla növbəti görüşü Zaqatalada olacaq
Bakı, 5 dekabr, AZƏRTAC
“Azəriqaz” İB ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.
İB-dən AZƏRTAC-a bildirilib ki, “Azəriqaz”ın KOBİA ilə birgə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Zaqatala rayonunda görüşü təşkil olunacaq. Aksiya Zaqatala rayon Mədəniyyət Mərkəzinin qarşısında baş tutacaq. Səyyar qəbul otağı dekabr ayının 7-də saat 15:00-dan 16:00-a qədər sahibkarların xidmətində olacaq.
İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [18:36]
® “Bakcell” Fəvvarələr meydanında yeni innovativ mağazasını təqdim edib!
- 03.05.2024 [18:09]
Bakının bir neçə piyada keçidində lift və eskalatorlar təmir edilib
- 03.05.2024 [16:48]