“Azərreyl” klubu ABŞ voleybolçusu ilə güclənib
Bakı, 14 sentyabr, AZƏRTAC
Qadın voleybolçulardan ibarət “Azərreyl” komandası yeni mövsüm üçün heyətini gücləndirməyə davam edir.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, “dəmiryolçular” ABŞ-dan olan blokçu Tauri Mejini heyətinə qatıb.
186 santimetr boya malik oyunçu ilə 1 mövsümlük müqavilə imzalanıb. O, ABŞ-ın “Texas Universiteti”ndən transfer olunub. Meji karyerasında ilk dəfə ölkə xaricində oynayacaq.
Bununla da “Azərreyl”in müqaviləsini rəsmiləşdirdiyi voleybolçularının sayı 7-yə çatıb. Daha öncə Aynur İmanova, Raziyə Əliyeva, Asiyat Abuyeva, Xanım Cəlilova, Aişə Alismanova, həmçinin xorvatiyalı Katarina Pilepiçlə danışıqlar müsbət yekunlaşıb. Türkiyəli təcrübəli mütəxəssis Cengiz Akarçeşme isə komandanın sükanı arxasına gətirilib.
Qeyd edək ki, "Azərreyl" Çağırış Kubokunda Ukraynanın "Balta" kollektivi ilə üz-üzə gələcək. 1/32 final mərhələsində baş tutacaq qarşılaşmalar oktyabrda keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [22:04]
Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb
- 30.09.2026 [19:53]
Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb
- 30.09.2026 [19:34]
Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik
- 30.09.2026 [18:20]
Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub
- 30.09.2026 [17:59]
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib
- 30.09.2026 [17:29]
Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar
- 30.09.2026 [17:23]