AZƏRTAC-ın 106-cı illiyinə 106 töhfə... VİDEO
Bakı, 2 mart, AZƏRTAC
AZƏRTAC-ın kollektivi Agentliyin 106-cı illiyini nəcib missiya ilə qeyd edib.
Belə ki, Agentliyin əməkdaşları martın 2-də paytaxtın Binəqədi rayonu, Sumqayıt şosesi, 15 ünvanında yerləşən parkda AZƏRTAC-ın yaşına uyğun olaraq 106 Eldar şamı əkiblər.
Ağacəkmə aksiyasında Binəqədi Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini - Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Sevinc Süleymanova və RİH əməkdaşları da iştirak ediblər.
Bu ağacəkmə aksiyası həm də Agentliyin “Şəhərsalma və Memarlıq İli” çərçivəsində paytaxtımızın yaşıllaşdırılmasına, ətraf mühitinin sağlamlaşdırılmasına töhfəsi kimi yadda qalıb.
Göyçək Mahmudlu - müxbir
Səfiyar Məcnun – foto
Ələkbər Baxşiyev, Mirrəsul Cəfərov – video