“Azexport.az” portalına ötən il 610,7 milyon dollarlıq ixrac sifarişləri daxil olub
Bakı, 14 yanvar, AZƏRTAC
2020-ci il üzrə “www.azexport.az” internet portalına 142 ölkədən daxil olan ixrac sifarişlərinin dəyəri 610,7 milyon ABŞ dolları təşkil edib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən AZƏRTAC-a bildirilib ki, ötən il ərzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinə fiziki və hüquqi şəxslər tərəfindən 1069 dəfə müraciət olunub və nəticədə 1298 sertifikat verilib. “Bir Pəncərə” İxraca Dəstək Mərkəzindən 2017-ci ilin iyun ayından 2020-ci ilin dekabrına kimi isə ümumiyyətlə 473,3 milyon dollar məbləğində müxtəlif adda tikinti-sənaye, kənd təsərrüfatı məhsulları və sair məhsullar ixrac olunub ki, bunun da 182,8 milyon dolları keçən ilin payına düşür.