“Azpetrol” şirkəti Xocalının Əsgəran qəsəbəsində modul tipli YDM istifadəyə verib
Bakı, 30 iyul, AZƏRTAC
İyulun 30-da Azərbaycanda ən böyük yanacaqdoldurma şəbəkəsinə malik “Azpetrol” şirkəti strateji inkişaf planına uyğun olaraq, Xocalı rayonunun Əsgəran qəsəbəsində modul tipli 105-ci yanacaqdoldurma məntəqəsini istifadəyə verib.
AZƏRTAC xəbər verir ki, yeni yanacaqdoldurma məntəqəsində Aİ-92, Aİ-95 və dizel yanacaq növlərinin satışı həyata keçiriləcək.
Xatırladaq ki, “Azpetrol” şirkətinin ilk yanacaqdoldurma məntəqəsi - “Spartak” 1997-ci il iyulun 15-də Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 1013-cü məhəllə ünvanında açılıb.
Qeyd edək ki, hazırda Şirkətin Azərbaycanın əksər iqtisadi zonalarını əhatə etməklə ən müasir avadanlıqlarla təchiz olunmuş 104 yanacaqdoldurma məntəqəsi (YDM), 1 maye qazdoldurma məntəqəsi (QDM ), 4 CNG tipli (CNG) qazdoldurma postu (Sıxılmış təbii qaz), 4 LPG postu (Propan-Butan), 1 STQ tipli (CNG) terminalı və 20 elektromobillərin enerji ilə doldurulma postu fəaliyyət göstərir.
“Azpetrol” - Daim inkişafa doğru!
Əlaqə: 957
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:43]
Azərbaycanda ət və yumurta istehsalı artıb
- 16.10.2026 [13:41]
Mərkəzi Bank “BlackRock”la mümkün əməkdaşlıq perspektivlərini müzakirə edib
- 16.10.2026 [13:19]