AZPROMO: Azərbaycan ilə Almaniya arasında iqtisadi əməkdaşlıq üçün möhkəm hüquqi baza var
Bakı, 7 oktyabr, AZƏRTAC
Azərbaycan ilə Almaniya arasında iqtisadi əməkdaşlıq üçün möhkəm hüquqi baza var. Dövlətlər arasında əməkdaşlığa dair 80 saziş imzalanıb ki, bunlar da qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin artmasına böyük imkanlar yaradır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Almaniya-Azərbaycan ixracat və maliyyə konfransı çərçivəsində keçirilən “Maliyyə kəsişməsində innovasiyalar və texnologiyalar” mövzusunda panel iclasında çıxışı zamanı Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müşaviri Sevil Yəhyayeva deyib.
Onun sözlərinə görə, bundan sonra AZPROMO Almaniya ilə Azərbaycanın iş adamları və şirkətləri arasında körpü rolunu oynayacaq.
“Bildiyiniz kimi, bu ilin may ayında Alman Şərq Biznesi Assosiasiyasının sədri Mixael Harmsın səfəri zamanı 2025–2026-cı illəri əhatə edən yeni yol xəritəsi imzalanıb. Bu sənəd elektrik avtobuslarının yığılması, dəmir yolu infrastrukturunun modernləşdirilməsi, eləcə də hidrogen energetikası, suyun təmizlənməsi və duzsuzlaşdırılması sahələrində layihələri əhatə edir”, - deyə S.Yəhyayeva vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [17:38]
İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub
- 07.08.2026 [17:28]
Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib
- 07.08.2026 [17:12]
Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq
- 07.08.2026 [16:33]
Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub
- 07.08.2026 [16:12]