Azərbaycan Dövlət İnformasiya Agentliyi

Babək rayonunun Cəhri qəsəbəsində yeni məscid istifadəyə verilib

Babək, 21 dekabr, AZƏRTAC

Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət-din siyasəti ölkəmizdə uğurla həyata keçirilir, dini-mənəvi dəyərlərin qorunub-yaşadılması istiqamətində ardıcıl tədbirlər görülür. Muxtar respublikada dini-mədəni abidələr bərpa olunur, yeni məscidlər tikilir, dindarların ibadəti üçün hərtərəfli şərait yaradılır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, dekabrın 21-də Babək rayonunun Cəhri qəsəbəsində yeni məscid istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, qəsəbə sakini Hacıfəxrəddin Səfərli minnətdarlıq edərək deyib ki, muxtar respublikada aparılan genişmiqyaslı quruculuq işləri Cəhri qəsəbəsinin timsalında özünü aydın göstərir. Ötən il Cəhri kəndinə qəsəbə statusu verilib. Qəsəbədə 2 tam orta məktəb, qəsəbə mərkəzi, sahə xəstəxanası, mədəniyyət evi, musiqi məktəbi, kitabxana, poçt bölməsi, yeni nəsil ATS, xidmət və ticarət mərkəzləri və 2 mərasim evi sakinlərin istifadəsinə verilib. Bu işlərin davamı olaraq hazırda qəsəbə mərkəzi və yollar abadlaşdırılır. Ali Məclis Sədrinin rəhbərliyi ilə muxtar respublikada həyata keçirilən genişmiqyaslı tədbirlər sırasında milli-mənəvi dəyərlərimizə, o cümlədən yeni məscidlərin inşa edilməsinə, tarixi məscidlərin isə bərpa və təmir olunmasına diqqət və qayğı xüsusi yer tutur. Bu tədbirlərin davamı olaraq bu gün Cəhri qəsəbəsində tam yararsız vəziyyətdə olan tarixi məscidə yeni həyat verilir. Məscid orta əsrlər dövründən bəri Cəhri əhalisinin həyatında mühüm rol oynayıb. Ancaq Sovetlər Birliyi dövründə baxımsızlıq ucbatından xeyli aşınmış, uçub dağılmışdı. Bu gün məscid Naxçıvan memarlıq məktəbinin ənənələrinə uyğun olaraq müasir üslubda yenidən inşa olunaraq əhalinin istifadəsinə verilir. Hacıfəxrəddin Səfərli qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbriklərini çatdırıb.

Məscidin imamı Faiq Fərəcov minnətdarlıq edərək deyib ki, həyata keçirilən kompleks abadlıq işləri əhalinin rahat və firavan yaşamasına hesablanıb. Muxtar respublikada tarixi abidələr, türbələr, məscid və ziyarətgahlar bərpa olunur və onlara ikinci həyat verilir. Bu gün Cəhri qəsəbəsi üçün əlamətdar gündür. Çünki tarixi məscid müasir layihə əsasında yenidən tikilərək dindarlara hədiyyə edilir. Burada dindarların rahat ibadət etmələri üçün hər cür şərait yaradılıb.

Qəsəbə sakini Hacımüslüm Axundlu deyib ki, bu gün muxtar respublikanın bütün kənd və şəhərləri abadlaşdırılır. Bununla yanaşı, Cəhri qəsəbəsində insanların rahatlığına xidmət edən bir sıra sosial obyektlər tikilib istifadəyə verilir. Yaradılan şərait sakinlərin sevincinə səbəb olur. Bu gün istifadəyə verilən məscid də sakinlər üçün hədiyyədir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib: Bu ərazidəki məscid uzun illər insanların mənəviyyat ocağı olmuş, onları Vətənə, dövlətə və dinə sədaqət ruhunda tərbiyə etmişdir. İnsanların mənəviyyatlı olması ölkənin xoşbəxtliyidir. Çünki mənəviyyatlı insanlar vətənpərvər insanlardır. Vətənpərvər insanlar isə harada yaşamalarından və hansı işlə məşğul olmalarından asılı olmayaraq, Vətəninə, ölkəsinin möhkəmliyinə xidmət edirlər. Uzun illər işğal altında olan torpaqlarımız da məhz Ali Baş Komandanın rəhbərliyi ilə vətənpərvər və mənəviyyatlı insanlarımız, müzəffər Ordumuz tərəfindən azad olundu. Əsgərlərimizin azad olunmuş torpaqlarda, dağıdılmış məscidlərdə Quran oxumaları insanlarımızın nə qədər böyük mənəviyyata sahib olmalarının göstəricisidir. Bu mənada, məscidlər təkcə ibadət yeri deyil, həm də mənəviyyat ocağıdır.

Ali Məclisin Sədri deyib: İslam aləmini birləşdirən məscidlər müqəddəs yerlərdir. Bu ərazidə XV əsrdən etibarən məscid olmuş, sonrakı illərdə dağılmışdı. Ancaq həmin məscid abidə kimi Naxçıvan Muxtar Respublikasının Ensiklopediyasına daxil edilmişdir. Bu gün onun yerində yeni məscid ucaldılıb. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Mən məscid tikilməsini İslam dininə hörmət edən, sadiq olan insanların ümumxalq işi kimi qiymətləndirirəm”. Mənəvi dəyərlərə hörmət olan yerdə bərəkət, inkişaf və Vətənə sədaqət olur. Ona görə də bu gün tikilən məscidlərimiz, ibadət yerlərimiz bir məqsədə xidmət edir: mənəvi dəyərlərimizi qorumaq, gəncləri Vətənə sədaqət və vətənpərvər ruhda tərbiyə etmək. Bütün bunlar isə son nəticədə ölkəmizin inkişafına xidmət edir.

Ali Məclisin Sədri deyib: Məscidlər, eyni zamanda, bir elm mərkəzidir. “Qurani-Kərim”in özü də elmi kitabdır və adı “qurmaq” sözündəndir. İnsanın mənalı ömür yolu keçməsi və mənəviyyatını zənginləşdirməsi müqəddəs kitabda öz əksini tapıb. Elm dindən ayrıdırsa uçurum, din elmdən ayrıdırsa xurafat olur. Ona görə də məscidlərimizdə həm mənəviyyat, həm də elm öyrədilir. Müqəddəs kitabımız “Qurani-Kərim” də insanlara həm mənəviyyat, həm də elm öyrədir. Elmlə dinin birləşməsi isə zənginlikdir. Bu gün yaradılanlar, qurulanlar müstəqilliyimizin bəhrələridir. Eyni zamanda, müstəqilliyimizin verdiyi imkanlar hesabına mənəvi dəyərlərimiz yaşadılır. Təkcə məscidlər tikilmir, həmçinin dinimizin elmi tərəfdən yaşadılmasını təmin edəcək gənclər yetişdirilir. “Naxçıvan” Universitetində Dinşünaslıq ixtisası açılıb. Ona görə də məscidlər, sadəcə, ibadət yeri kimi deyil, həm də elmi və dini mərkəzlər kimi fəaliyyət göstərməlidirlər.

Ali Məclisin Sədri məscidin tikintisində əməyi olanlara təşəkkürünü bildirib.

Məlumat verilib ki, yeni məscidin tikintisinə ötən ilin avqust ayında başlanılıb. Məsciddə imam otağı, qadınlar üçün 44, kişilər üçün 85 yerlik ibadət zalı, 1 texniki otaq və 2 qarderob vardır. Məscidin minarəsinin hündürlüyü 19 metrdir. Həyətdə kişi və qadınlar üçün dəstəmaz yeri, cənazə yuma yeri və təsərrüfat otağı vardır.

Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru Vüqar Babayev yaradılan şəraitə görə dindarlar adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Məscidin layihələndirilməsi zamanı, əsasən, milli memarlıq elementlərindən istifadə edilərək müasirlik ön plana çəkilib. Binanın ön fasadında milli memarlığın əsas elementi olan baş portal yerləşdirilib və portal Möminə Xatun türbəsinin ornamentləri ilə bəzədilib.

Sonra məsciddə ilk namaz qılınıb, dualar oxunub.

Cəhri-Gərməçataq kənd avtomobil yolu yenidən qurulur

Həmin gün Ali Məclisin Sədri Cəhri-Gərməçataq kənd avtomobil yolunda görülən yenidənqurma işləri ilə də maraqlanıb.

Məlumat verilib ki, ümumi uzunluğu 20 kilometr olan yolun Cəhri qəsəbəsindən keçən hissəsində yol yatağı genişləndirilir, səki salınır, işıqlandırma dirəkləri qurulur. Yolda 5400 metr beton su kanalının çəkilməsi nəzərdə tutulub. Qəsəbə mərkəzində infrastruktur yenilənib, yol kənarındakı yararsız hasarlar sökülərək yenisi tikilib.

Ali Məclisin Sədri yolda yenidənqurma işlərinin davam etdirilməsi və sakinlərin təkliflərinin nəzərə alınması barədə tapşırıqlar verib.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu

Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir

“MEK Könüllülük proqramı”: növbəti qəbul prosesində 300-dən çox müraciət daxil olub

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO

Marius Vizer: Qoy, cüdo ziddiyyətli dünyada birlik, dostluq və sülhün ilham mənbəyi olsun

Sentyabrda Bakı metrosundan istifadə edənlərin sayı açıqlanıb

“DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı başlayır

Pirallahı Sənaye Parkının rezidentləri indiyədək 82,2 milyon manatlıq məhsul istehsal edib VİDEO

Pirallahı Sənaye Parkının rezidentləri indiyədək 82,2 milyon manatlıq məhsul istehsal edib VİDEO

Rəşad Nəbiyev: Azərbaycan dünya yarışlarına ev sahibliyi edən möhtəşəm idman mərkəzinə çevrilib

Məryəm Əlizadə: Azərbaycan teatrı zamanla birlikdə addımlamalıdır

Amin Məmmədov: Arpa və Vorotan çaylarının çirkləndirilməsi Azərbaycan üçün ekoloji risk yarada bilər

ADAU-da Müəllimlər Günü: professor Elman Mövsümovun 85 illik yubileyi qeyd edilib VİDEO

ADAU-da Müəllimlər Günü: professor Elman Mövsümovun 85 illik yubileyi qeyd edilib VİDEO

Politoloq: Hibrid və informasiya hücumları bəzi hallarda cəmiyyətə açıq döyüş əməliyyatlarından daha çox ziyan vurur - ŞƏRH VİDEO

Politoloq: Hibrid və informasiya hücumları bəzi hallarda cəmiyyətə açıq döyüş əməliyyatlarından daha çox ziyan vurur - ŞƏRH VİDEO

“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB

Fransada müəllimlər etiraz edən şagirdlərin tələblərini haqlı sayır

Özbəkistanla əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb

Lətif Kərimov yaradıcılığı: Azərbaycan milli-mədəni kimliyinin tarixi kontekstində

Qazaxıstanda cinayətlərin sayı azalıb

Polşa portalı “ADEX 2026” sərgisindən yazıb

Şotlandiyada şəxsi ada 350 min funt sterlinqə satışa çıxarılıb

Azərbaycan və Belarus arasında idman əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub

Deputat: Ermənistan işğal dövründə Azərbaycanın 7 filiz və 39 qeyri-filiz yatağında qanunsuz istismar aparıb VİDEO

Deputat: Ermənistan işğal dövründə Azərbaycanın 7 filiz və 39 qeyri-filiz yatağında qanunsuz istismar aparıb VİDEO

Masallıda 300 güləşçinin qatıldığı turnir başa çatıb

Lətif Kərimovun 120 illik yubileyi Vyanada “Azərxalça” ASC-nin xüsusi xalça sərgisi ilə qeyd olunub

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 946 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı