Baham adalarında qasırğa qurbanlarının sayı 43 nəfərə çatıb
Bakı, 7 sentyabr, AZƏRTAC
Baham adalarında “Dorian” qasırğası nəticəsində həlak olanların sayı 43 nəfərə çatıb.
AZƏRTAC NBC telekanalına istinadla xəbər verir ki, təbii fəlakət nəticəsində, həmçinin çox sayda insan itkin düşüb. Hakimiyyət ölənlərin sayının artacağını istisna etmir.
Qeyd edək ki, ən yüksək beşinci səviyyəyə qədər qalxan “Dorian” qasırğası sentyabrın 1-də Baham adalarını təsiri altına alıb. Təbii fəlakət Baham arxipelaqının şimalında yerləşən Abako adasına ciddi zərər vurub. Qırmızı Xaç Cəmiyyətinin məlumatına əsasən, burada 13 mindən çox evə zərər dəyib.
Qasırğa səbəbindən ABŞ-ın Florida, Corciya, Cənubi və Şimali Karolina ştatlarında fövqəladə vəziyyət rejimi tətbiq olunub. Cənubi Karolina və Corciya ştatlarında 220 min insan elektriksiz qalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:24]
Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]