BAKCELL ŞİRKƏTİ “20 YANVAR” CƏMİYYƏTİNƏ KOMPÜTER DƏSTİ BAĞIŞLAMIŞDIR
Bakcell Telecom şirkəti “20 Yanvar” cəmiyyətinə Qara Yanvarın 15-ci ildönümü ilə əlaqədar kompüter dəsti hədiyyə etmişdir.
Cəmiyyətin sədri Elşən İsgəndərov AZƏRTAC-a bildirmişdir ki, Bakcellin göstərdiyi bu kömək təşkilatın maddi-texniki bazasını yaxşılaşdıracaq, qarşıya qoyulan missiyanın həyata keçirilməsində, oxşar beynəlxalq qurumlarla əlaqələrin yaradılmasında böyük rol oynayacaqdır.
Bakcell şirkətinin ictimaiyyətlə əlaqələr üzrə meneceri İlham Əfəndiyev 20 Yanvar şəhidlərinin və əlillərinin ailələrinə diqqət və qayğı göstərilməsinin hamı üçün böyük şərəf olduğunu söyləmiş, bu tədbirləri davam etdirəcəklərini bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:10]
AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib
- 05.10.2026 [17:59]
Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar
- 05.10.2026 [16:51]