BAKI BANKLARARASI VALYUTA BİRJASI VALYUTA BÖLMƏSİNDƏ SƏSLİ HƏRRACLARI DAYANDIRIR
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, müdiriyyət bu qərarı səsli hərraclarda likvidliyin aşağı olması və bankların səsli hərraclara marağının azalması ilə əlaqədar Azərbaycan Milli Bankı ilə və BBVB-nin valyuta bölməsinin üzvü olan banklarla məsləhətləşmələrdən sonra qəbul etmişdir. BBVB-də bağlanan valyuta əqdlərinin üçdə ikisindən çoxu, - onların həcmi valyuta bölməsinin dövriyyəsinin 90 faizindən artıqdır, - indi Birja Elektron Hərracları Sistemində (BEHS) qeydə alınır. Səsli dilinqin dayandırılması ilə əlaqədar BBVB haqq-hesabların “bu gün” müddəti ilə xarici valyutalar üzrə birja hərraclarının yeni reqlamenti barədə valyuta bölməsinin üzvü olan bütün banklara xəbərdarlıq etmişdir. Yeni reqlament hər bir əməliyyat günü ərzində BEHS sistemində iki ticarət sessiyasının - səhər və günorta sessiyalarının keçirilməsini şərtləndirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [09:27]
Azərbaycan nefti 124 dollara satılır VİDEO
- 03.10.2026 [07:32]
Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq
- 02.10.2026 [19:00]