BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-analitik şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səhər keçirilmiş səsli hərracların yekunlarına görə bağlanmış əqdlərin həcmi 591 000 dollar təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4905 manat olmuşdur. Təklifin həcmi 641 min dollar və tələbin həcmi 591 min dollar olduğu halda, manatın məzənnəsi 2 bənd qalxmış və 1 dollar üçün 4903 manat təşkil etmişdir.
Elektron hərraclarının birja sistemindəki (BEST) bank sifarişlərində ABŞ
valyutasının qiyməti 1 dollar üçün 4903 manat həddində idi.
BEST-də USD/AZM T+0 aləti üzrə 1 milyon 501 min dollara bərabər
həcm qeydə alınmışdır ki, bu da manat ekvivalenti ilə 7,359 milyarddır. Bir əqdə, orta hesabla, 300 200 dollar düşmüşdür.
Tələb olmadığından dilerlər USD/AZM T+1 və T+2 alətləri üzrə əqd bağlamamışlar.
BEST-də RUR/AZM TOM aləti üzrə 1 RUR üçün 169,21 manat məzənnə ilə, ümumən, 400 min RUR məbləğində əqd bağlanmışdır.
Banklar AVR/AZM alətləri üzrə BEST-də sifariş verməmişlər.
BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit
bazarında banklar, ümumən, 35,803 milyard manat məbləğində kredit cəlb etmək və yerləşdirmək üçün sifarişlər vermişlər.
İyunun 21-də birjada banklar arasında kredit alətləri üzrə əqd
bağlanmamışdır.