BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-analitik şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səhər keçirilmiş səsli hərracların yekunlarına görə bağlanmış əqdlərin həcmi 39 min dollar təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4904 manat olmuşdur. Təklifin həcmi 39 min və tələbin həcmi 30 min dollar olduğu halda, manatın məzənnəsi 2 bənd qalxmış və 1 dollar üçün 4902 manat təşkil etmişdir.
Elektron hərraclarının birja sistemindəki (BEST) bank sifarişlərində ABŞ valyutasının qiyməti 1 dollar üçün 4904 manat həddində idi.
BEST-də USD/AZM T+0 aləti üzrə 2 milyon 155 min dollara bərabər həcm qeydə alınmışdır ki, bu da manat ekvivalenti ilə 10,568 milyarddır. Bir əqdə, orta hesabla, 359167 dollar düşmüşdür.
USD/AZM T+1 və T+2 alətləri üzrə tələb olmadığından dilerlər əqd bağlamamışlar.
Banklar AVR/AZM, RUR/AZM alətləri üzrə sifariş verməmişlər.
BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında banklar, ümumən, 37,103 milyard manat məbləğində kredit cəlb etmək və yerləşdirmək üçün sifarişlər vermişlər.
İyunun 24-də birjada banklar arasında kredit alətləri üzrə əqd bağlanmamışdır.