BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, elektron hərraclarının birja sistemində (EHBS) səhər sessiyasının açılışında USD/AZM-in məzənnəsi 1 dollar üçün 4900,79 manat olmuşdur. USD/AZM T+0 aləti üzrə bağlanmış əqdlərin həcmi 135 min dollar təşkil etmişdir. Sessiyanın yekunlarına əsasən, manatın məzənnəsi 3.21 bənd düşmüş və 1 dollar üçün 4904 manat olmuşdur.
Gündüz sessiyasında USD/AZM T+0 aləti üzrə 4 milyon 275 min dollara bərabər həcm qeydə alınmışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 4900,89 manat olmuşdur.
Beləliklə, hər iki sessiyanın yekunlarına əsasən, USD/AZM T+0 aləti üzrə hərracların ümumi həcmi 4 milyon 410 min dollar təşkil etmişdir ki, bu da manat ekvivalenti ilə 21,613 milyarddır.
USD/AZM T+1 və T+2 alətləri üzrə tələb olmadığından dilerlər əqd bağlamamışlar.
EHBS-də banklar AVR/AZM, RUR/AZM aləti üzrə sifariş verməmişlər.
EHBS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında banklar, ümumən, 37,365 milyard manat məbləğində kredit cəlb etmək və yerləşdirmək üçün sifarişlər vermişlər.
Avqustun 11-də birjada banklar arasında kredit alətləri üzrə əqdlər bağlanmamışdır.