BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Gündüz sessiyasında USD/AZM T+0 aləti üzrə 3 milyon 125 min dollara bərabər həcm qeydə alınmışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 4901,44 manat olmuşdur.
Beləliklə, hər iki sessiyanın yekunlarına əsasən, USD/AZM T+0 aləti üzrə hərracların ümumi həcmi 3 milyon 925 min dollar təşkil etmişdir ki, bu da manat ekvivalenti ilə 19,238 milyarddır. Bir əqdə, orta hesabla, 490 625 dollar düşmüşdür.
USD/AZM T+1 və T+2 alətləri üzrə tələb olmadığından dilerlər əqd bağlamamışlar.
EHBS-də banklar AVR/AZM, RUR/AZM aləti üzrə sifariş verməmişlər.
EHBS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında banklar, ümumən, 37,373 milyard manat məbləğində kredit cəlb etmək və yerləşdirmək üçün sifarişlər vermişlər.
Avqustun 13-də birjada banklar arasında kredit alətləri üzrə əqdlər bağlanmamışdır.