BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, elektron hərraclarının birja sistemində (EHBS) səhər sessiyasının açılışında USD/AZM-in məzənnəsi 1 dollar üçün 4902,43 manata bərabər idi. USD/AZM T+0 aləti üzrə bağlanmış əqdlərin həcmi 150 min dollar olmuşdur. Sessiyanın yekunlarına görə, manatın məzənnəsi 1,57 bənd düşərək 1 dollar üçün 4904,00 manat olmuşdur.
EHBS-in gündüz sessiyasında USDAZM T+0 aləti üzrə 3 milyon 700 min ABŞ dollarına bərabər həcm qeydə alınmışdır. Sessiyanın orta hesablanmış məzənnəsi 1 dollar üçün 4900,92 manat olmuşdur.
Beləliklə, USD/AZM T+0 aləti üzrə hərracların ümumi həcmi 3 milyon 850 min ABŞ dolları təşkil etmişdir ki, bu da manat ekvivalenti ilə 18,869 milyarddır. Bir əqdə, orta hesabla, 385 000 dollar düşmüşdür.
USD/AZM T+1 və T+2 alətləri üzrə tələb olmadığından dilerlər əqd bağlamamışlar.
EHBS-də banklar AVR/AZM, RUR/AZM aləti üzrə sifariş verməmişlər.
EHBS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında banklar, ümumən, 35,854 milyard manat məbləğində kredit cəlb etmək və yerləşdirmək üçün sifarişlər vermişlər. Günün yekunlarına görə, 3 banklararası kredit əqdi bağlanmışdır. 30 günlük iqtibasların həcmi 1,5 milyard manat, bu kreditlər üzrə orta faiz dərəcəsi illik 12,5 faiz olmuşdur. Eyni zamanda, üçaylıq banklararası kredit əqdlərinin həcmi 1,5 milyard, iqtibas dərəcəsi illik 11.13 faiz təşkil etmişdir.