BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, elektron hərraclarının birja sistemində (EHBS) səhər sessiyasının açılışında USD/AZM-in məzənnəsi 1 dollar üçün 4594 manata bərabər idi. USD/AZM T+0 aləti üzrə 200 min dollar həcmində əqd bağlanmışdır. Sessiyanın yekunlarına görə manatın məzənnəsi dəyişməmişdir.
EHBS-in gündüz sessiyasında USD/AZM T+0 aləti üzrə 4 milyon 611 min dollara bərabər əqd qeydə alınmışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 4595 manat olmuşdur.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə dollar alətləri üzrə hərracların ümumi həcmi 4 milyon 811 min dollar olmuşdur ki, bu da manat ekvivalenti ilə 22 milyard 811 milyondur. Bir əqdə orta hesabla 601 375 dollar düşmüşdür.
USD/AZM T+1, T+2 və SWAP_USD/AZM alətləri üzrə tələb olmadığından dilerlər əqd bağlamamışlar.
AUR/AZM T+1 aləti üzrə 1 min avro məbləğində bir əqd bağlanmışdır. Avronun məzənnəsi 5438 manat olmuşdur.
EHBS-də banklar RUB/AZM T+0 və AUR/AZM T+0 və T+1 alətləri üzrə sifariş verməmişlər.
EHBS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında illik 8 faizlə 2,758 milyard manat həcmində əqd qeydə alınmışdır. Borcalma müddəti 30 gündür. Banklar kreditlərin cəlb edilməsi və yerləşdirilməsinə dair ümumən 27,076 milyard manat məbləğində sifarişlər vermişlər.