BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, elektron hərraclarının birja sistemində (EHBS) səhər sessiyasının açılışında USD/AZN-in məzənnəsi 1 dollar üçün 0,9112 AZN-ə bərabər idi. USD/AZN T+0 aləti üzrə 4 milyon 350 min dollar həcmində əqd bağlanmışdır. Sessiyanın yekunlarına görə manatın məzənnəsi dəyişməmişdir.
EHBS-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə 239 min dollara bərabər əqd qeydə alınmışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 0,0006 bənd qalxaraq, 1 dollar üçün 0,9106 AZN olmuşdur.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə dollar alətləri üzrə hərracların ümumi həcmi 4 milyon 589 min dollar olmuşdur ki, bu da manat ekvivalenti ilə 4 milyon 179 631 AZN təşkil edir. Bir əqdə orta hesabla 1 147 250 dollar düşmüşdür.
USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələb olmadığından dilerlər əqd bağlamamışlar.
EHBS-də banklar AUR/AZN, RUB/AZN alətləri üzrə sifariş verməmişlər.
EHBS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alətlər üzrə illik manatla 14,90 faiz, ABŞ dolları üzrə isə 14,75 faiz təşkil etmişdir.
EHBS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında illik 10,8 faizlə 250 000 dollar həcmində bir əqd qeydə alınmışdır. Əqdin borcalma müddəti 92 gündür.