BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilmiş hərracların yekunlarına görə, avqustun 8-də USD/AZN-in orta hesablanmış birja məzənnəsi 1 ABŞ dolları üçün 0,8103 AZN olmuşdur.
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, birjanın elektron hərracları sistemində (BEHS) səhər sessiyasının açılışında USD/AZN-in məzənnəsi 1 dollar üçün 0,8090 AZN-ə bərabər olmuşdur.
USD/AZN T+0 aləti üzrə dilerlər tərəfindən tələbat olmadığından əqd bağlanmamışdır. Manatın məzənnəsi sessiyanın yekunlarına görə dəyişməmişdir.
Gündüz sessiyasında USDAZN T+0 aləti üzrə 4 271 133 AZN məbləğində əqd bağlanmışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 USD üçün 0,8103 AZN təşkil etmişdir.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə, hərracların ümumi həcmi
5 340 000 ABŞ dolları olmuşdur ki, bu da manat ekvivalenti ilə 4 327 896 AZN təşkil etmişdir. Bir əqdə orta hesabla 890 000 dollar düşmüşdür.
USDAZN T+1 və T+2 alətləri və SWAP_USDAZN üzrə tələbat olmadığından dilerlər tərəfindən əqdlər bağlanmamışdır. RUB/AZN və AUR/AZN alətləri üzrə banklar sifariş verməmişlər.
BEHS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alətlər üzrə manatla illik 16,06 faiz, ABŞ dolları üzrə isə 16,81 faiz təşkil etmişdir.
BEHS çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında avqustun 8-də əqd bağlanmamışdır.