BAKI BANKLARARASI VALYUTA BİRJASINDA NÖVBƏTİ HƏRRACLARIN YEKUNLARI
Birjanın analitik-informasiya şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səhər keçirilmiş səsli hərracların yekunlarına görə, bağlanmış əqdlərin həcmi 500 min dollar təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4914 manata bərabər olmuş və hərracların sonunadək dəyişməmişdir. Tələb və təklif 500 min dollar təşkil etmişdir.
Birja elektron hərracları sistemində (BEST) ABŞ valyutasının qiyməti 1 USD üçün 4911,91 manat həddində olmuşdur. USD/AZM T+0 aləti ilə BEST-də 5 milyon 755 min dollara bərabər həcm qeydə alınmışdır ki, bu da manat ekvivalentində 28,268 milyard təşkil edir. Bir əqd, orta hesabla, 523,000 min dollara bərabər olmuşdur.
Tələb olmadığından dilerlər USDAZM T+1, T+2 alətləri üzrə əqdlər bağlamamışlar.
AURAZM, RURAZM alətləri üzrə BEST-ə banklar tərəfindən sifarişlər daxil olmamışdır.
Banklar BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında illik 10 faizlə 1,300 milyard manat həcmində kreditlər yerləşdirmək üçün sifarişlər vermişlər. Sentyabrın 18-də birjada banklar arasında kredit alətləri üzrə əqd bağlanmamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:19]
Azərbaycandan Qazaxıstana məhsul ixracının dəyəri 21 faizdən çox artıb
- 12.06.2026 [16:58]