BAKI BUXTASI METAL QIRINTILARDAN TƏMİZLƏNİR
AZƏRTAC xəbər verir ki, Xəzər dənizində və Bakı buxtasında batmış və yarımbatmış gəmilər, istismarı başa çatmış dəniz buruqları, yanalma körpüləri, eləcə də buruqlararası yollar sökülərək sahilə daşınır.
Bu işlər “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün kompleks tədbirlər planına” müvafiq olaraq həyata keçirilir. Artıq Bakı buxtası metal qalıqlardan təmizlənmişdir. Buxtaya daxil olan ərazi sularındakı metal qalıqlar da çıxarılır.
“Qum adası” neft-qaz çıxarma sahəsindəki istismara yararsız neft platformaları, buruqlararası metal yollar, istifadəsiz buruqlar, digər hidrotexniki qurğular da kəsilərək təkrar emal üçün sahilə gətirilir.
Bu işlərin icraçısı Dövlət Neft Şirkətinin nəzdində yaradılmış “SOCAR ASM” MMC-dir və ötən ilin fevralında fəaliyyətə başladığı dövrdən dənizin 5,66 kvadratkilometrini metal tullantılardan təmizləmişdir. Ümumilikdə dənizdən 4500 ton metal qırıntısı, 412 tona qədər taxta tullantılar çıxarılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]