BAKI FOND BİRJASINDA HƏRRAC KEÇİRİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, oktyabrın 17-dək tam yerləşdirilənə qədər Bakı Fond Birjasında ümumi məbləği 13 milyon manat (10 milyon və 3 milyon manat), hər birinin nominal dəyəri 200 manat, tədavül müddətləri 181 və 363 gün olan dövlət qısamüddətli istiqrazlarının (DQİ) əlavə yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir.
İstiqraz vərəqələri, müvafiq olaraq, 2009-cu il fevralın 17-də və avqustun 18-də ödəniləcəkdir.
Hərrac zamanı, DQİ buraxılışının 20 faizindən artıq olmamaq şərti ilə, qeyri-rəqabətli sifarişlərin qəbuluna icazə verilir.