Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakı metrosunda daha bir qatar texniki yeniliklərlə əsaslı təmin olunub

Bakı, 28 dekabr, AZƏRTAC

Metropolitendə əsaslı təmir olunaraq modernləşdirilmiş daha bir qatar sərnişinlərə xidmət göstərməyə tam hazır vəziyyətə gətirilib.

“Bakı Metropoliteni” QSC-dən AZƏRTAC-a bildirilib ki, metro vaqonlarının özləri kimi, detalları da əsasən ölkəmizdən kənarda istehsal olunduğundan, 2020-ci ildə dünyanı bürümüş yeni növ koronavirus pandemiyası bu sahəyə də öz təsirini göstərib. Lakin “Bakı Metropoliteni” ən müasir texnoloji inkişaf, ələlxüsus informasiya-kommunikasiya sistemlərinin köməyi ilə qarşıya qoyulan plan öhdəliklərini vaxtında yerinə yetirib.

İşlərin son mərhələsində qatarın idarə edilməsi, nəzarət sistemlərinin yüklənməsi və qoşulması istehsalçı müəssisənin son təftişi və sınaqlarından sonra yekun aktla işə salınır. Pandemiya və xüsusi karantin rejiminin məhdudiyyətləri səbəbi ilə qatar tərkibində sazlama işləri zamanı texnoloji proseslərə yerində əyani nəzarət edə bilməyən Rusiyanın Sankt-Peterburq şəhərinin “Spetsavtomatika” müəssisəsi veb-əlaqə sistemi vasitəsilə real vaxt rejimində yoxlamanı həyata keçirərək təmirçilərə lazımi göstərişlərini verib və bütün prosesi monitorda canlı izləyiblər.

Ümumiyyətlə, metro vaqonlarının istismarı müddətində müxtəlif texniki şərtlərə əməl olunmalı, o cümlədən konkret vəzifələri məlum olan təmir növləri vaxtında icra olunmalıdır. “Bakı Metropoliteni” QSC yaradıldıqdan sonra təmir prosesinin bütün növlərinin ən optimal şəkildə təmin edilməsi xətlərdən qatarların nasaz geri qayıtması hallarını dəfələrlə aşağı salıb. Bu xüsusda cari təmir sexində bütün müvafiq modernləşdirmə tədbirləri aparılıb. Ən əsası, metropoliten tarixində inqilabi qərar verilərək, qatarların əsaslı təmiri pilot layihə kimi yerli şəraitdə təmin edilib. Nəticədə, qatarlar vaxtilə təmir məqsədlə Moskva, Xarkov, Sankt-Peterburq şəhərlərinə, son dövrlərdə isə “Moskva Elektrik Qatarlarının Təmiri Zavodu” QSC-nin Tbilisi filialına göndərilirdisə, 2017-ci ilin noyabrından bu işlər “Nərimanov” elektrik deposunda inşa olunmuş Vaqonların əsaslı təmir sexində yerinə yetirilir.

Əsaslı təmir - vaqonların tamam sökülməsi, quraşdırılması, qaynaq və dəmirçi işləri, vaqon banının korroziyadan təmizlənib-rənglənməsi, bütün vaqon təsərrüfatının - elektrik və pnevmatika sahələrinin təftişi və avadanlıqların yenilənməsi, təkər cütlərinin parametrik ölçülərinin normalara uyğunlaşdırılması kimi başa düşülməlidir. Bütün bu proseslər yerli mütəxəssislər tərəfindən qısa bir müddətdə mənimsənilib, yüksək keyfiyyətlə həyata keçirilir. Bundan savayı, sexdə yalnız əsaslı təmir deyil, həmçinin vaqonların modernləşdirilməsi və müasir tələblərə uyğunlaşdırılması da uğurla tətbiq edilir.

Fəaliyyətinin 3-cü ilində xidmət 13 qatarı müxtəlif təmir həcmindən keçirib. 3 qatar əsaslı, 5 qatar orta, qalanları 3 və 2 saylı cari təmir həcmində yenilənib, müvafiq modernləşdirmə tədbirləri də bu işlər sırasında icra olunub.

Əsaslı təmirdən çıxmış növbəti qatarda vaqonların bütün alt quruluşu, elektrik və pnevmatika, mexaniki hissənin avadanlıqları tam yenilənib. Yuxarıda qeyd edilən əsas yeniliklər sırasına Bakı metropoliteni tarixində ilk dəfə kompressor dəyişdirilməsi də daxil olub. Qatarın pnevmatika sistemi ən müasir qatarlarda istifadə olunan yeni nəsil “Knorr Bremse” kompressoru ilə təchiz edilib. Bu kompressor tamamilə fərqli hava quruducusu sisteminə malikdir. Əvvəlki nəsil qatarlarda olanlardan tamamilə fərqlənən bu sistem qatarın pnevmatika cihazlarını paslanmadan və digər təsirlərdən qoruyur. Nəticədə, qatarda bununla bağlı yaranan nasazlıqlar aradan qaldırılmış olur, avadanlığın saz vəziyyətdə istismarı müddəti artır, qulluğu və texniki xidməti əsaslı şəkildə asanlaşır. Xüsusi mürəkkəbliyi ilə fərqlənən bu işi, adətən, Moskva mütəxəssisləri yerinə yetirirlər. Lakin Bakı metropoliteninin təmirçiləri səmərələşdirici potensialı ilə çətin işin öhdəsindən layiqincə gələrək daha bir inqilabi texnoloji prosesi mənimsəyiblər.

Budəfəki təmir əvvəlki qatarlarla müqayisədə daha bir neçə təkmilləşmə tədbirləri və yenilikləri ilə fərqlənir. Maşinist kabinəsində genişlik ilk baxışda nəzərə çarpır. Təmirçilər bu genişliyə kabinədəki iki aparat dolabından birinin ixtisar edilməsi ilə nail olublar. Bununla da avadanlıqların yenilənməsi onların bir hissəsinin qatara nəzarət və idarəetmə seksiyasında kompakt şəkildə yerləşdirilməsi imkanı verib.

Yeniliklər sırasına sərnişinlərin müşahidə etdikləri kimi, qapı mexanizmlərinin rəvan açılıb-bağlanması da daxildir. Bu, İtaliya istehsalı olan “Kamotsi” (“Camozzi”) intiqallarının tətbiqi ilə təmin edilib. Qapılara yeni nəzarət bloku isə təhlükəsizliyin yüksəldilməsinə zəmanəti artırıb.

Vaqonların salonları müasir dizaynın tələblərinə uyğunlaşdırılıb. Salonların tavanında LED tipli işıqlandırma kompleksi quraşdırılıb, vaqonlararası əlaqə yaradan müasir “Hartinq” sistemi tətbiq edilib, informasiyanın daxiledilmə və əksolunma paneli, maşinist kabinəsində tavan havalandırma sistemi quraşdırılıb, həmçinin digər müvafiq yeniliklər edilib.

Göründüyü kimi, Bakı metropolitençiləri qısa müddət ərzində nəinki vaqonların əsaslı təmirini mənimsəyiblər, hətta bu sahədə yeniliklərin tətbiqini də genişləndirirlər. Bu isə metropolitendə yeni tipli təmirçi nəslinin, gələcəkdə isə ölkəmiz üçün böyük əhəmiyyət kəsb edəcək vaqon istehsalı üzrə mütəxəssislərin yetişməsinə, elmi potensialın dərinləşməsinə xüsusi təkandır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...