Bakı metrosunun “Elmlər Akademiyası” stansiyasının ikinci çıxışının gələn il istismara verilməsi planlaşdırılır
Bakı, 3 mart (AZƏRTAC). Bakı metrosunun “Elmlər Akademiyası” stansiyasının ikinci çıxışının 2015-ci il ərzində istismara verilməsi planlaşdırılır.
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətindən AZƏRTAC-a bildirmişlər ki, hazırda tunelin özünün və stansiyanın ikinci çıxışının tikintisi üzrə işlər aparılır. Layihə çərçivəsində stansiyanın dörd əlavə çıxışı tikiləcək ki, onlardan ikisi Bakı Dövlət Universitetinə, digər ikisi isə avtomobil yoluna çıxacaqdır. Artıq layihə üzrə işlər sürətləndirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]