ELM VƏ TƏHSİL
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vətəndaşları videoformatda qəbul edib
Bakı, 27 aprel, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva videoqəbul formatında növbəti dəfə vətəndaş qəbulu keçirib.
Bu barədə AZƏRTAC-a Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, M.Vəliyeva vətəndaşın müraciətini dinləyərək qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində müvafiq tapşırıqlar verib.
Videoqəbulda qaldırılmış məsələlər qeydiyyata alınıb, məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.
Qeyd edək ki, videoqəbulun təşkilində əsas məqsəd vətəndaş qəbulu prosesinin səmərəli təşkilinə əlavə imkanlar yaratmaq, vətəndaşların BŞTİ-yə müraciət etmək imkanlarını müasir texnologiyalardan istifadə etməklə genişləndirmək və onları maraqlandıran məsələlərə aydınlıq gətirməkdən ibarətdir. Videoqəbulda müraciətlərə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır.
BŞTİ tərəfindən keçirilən videoqəbulda iştirak etmək istəyən vətəndaşlar qəbul günləri haqqında Telefon Məlumat Mərkəzinə (012 599-12-22) zəng etməklə və ya idarənin saytındakı müvafiq bölməyə daxil olmaqla məlumat ala bilərlər.