BAKI SLAVYAN UNİVERSİTETİNDƏ 20 YANVAR GÜNÜ QEYD OLUNMUŞDUR
Yanvarın 19-da Bakı Slavyan Universitetində 20 Yanvar faciəsinə həsr olunmuş mitinq keçirilmişdir.
Mitinqi BSU-nun rektoru, professor Kamal Abdullayev açmışdır. O, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda baş verən hadisələrdən danışaraq demişdir ki, həmin gecə Azərbaycan xalqı öz mətinliyini, mübariz ruhunu və iradəsini bütün dünyaya nümayiş etdirmişdir. K.Abdullayev yanvar hadisələrindən dərhal sonra ümummilli liderimiz Heydər Əliyevin Moskvada kəskin etirazla çıxış etməsini, ən ağır günlərdə Azərbaycan xalqı ilə birlikdə olmasını xüsusilə vurğulamışdır.
Sonra Yeni Azərbaycan Partiyası universitet təşkilatının sədri professor V.Musayeva, təhsil nazirinin müavini E.Qasımov, tələbələr çıxış edərək, Azərbaycanda törədilmiş bu vəhşiliyin günahkarlarını lənətləmiş, onların tarix qarşısında cavab verəcəklərinə ümidvar olduqlarını bildirmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]