Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksinin şagirdləri mükafata layiq görülüblər
Bakı, 17 iyun, AZƏRTAC
Əl-Fərabi adına Qazaxıstan Milli Universiteti, Qazaxıstan Rus Dili və Ədəbiyyatı Müəllimləri Assosiasiyası və Altair Akademiyasının Beynəlxalq Rus Dili Günü münasibətilə keçirdiyi birgə vebinara Bakı Slavyan Universitetinin (BSU) Məktəb-Lisey Kompleksinin şagirdləri Murad Alxaslı və Elmir Alxaslı da qatılıblar.
BSU-dan AZƏRTAC-a bildirilib ki, şagirdlər Aleksandr Puşkinin şeirlərini rus dilində əzbər söyləyiblər. Beynəlxalq elmi tədbirin təşkilatçıları azərbaycanlı şagirdləri təşəkkürnamələrlə təltif ediblər.
Vebinarda Qazaxıstan, Azərbaycan, Rusiya, Türkiyə və Qırğızıstandan olan alim-mütəxəssislər və müəllimlər iştirak ediblər.