Bakı Uşaq Teatrı bir ayda cəzaçəkmə müəssisələrində 19 tamaşa göstərib
Bakı 31 oktyabr, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Bakı Uşaq Teatrı oktyabr ayında cəzaçəkmə müəssisələrində 19 tamaşa göstərib.
Teatrdan AZƏRTAC-a bildirilib ki, tamaşaların uğurlu nümayişi ilə əlaqədar Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən teatra təşəkkür məktubu ünvanlanıb.
Təqdim olunan tamaşalar interaktiv üslubda - seminar tamaşa janrında hazırlanıb. “Ağ ölüm”, “Mafiya”, “Günahsız günahkarlar” və başqa səhnə əsərlərinin quruluşçu rejissoru teatrın bədii rəhbəri və direktoru İntiqam Soltan, ssenari müəllifi Arzu Soltandır. Tamaşalar maarifləndirici xarakter daşıyıb.
Səhnə əsərlərində İntiqam Soltan, İlhamə Əhmədova, Əli Qulu Səmədov, Türkan Şahmarlı, Rəfael Muradxanlı, Şahin Kazımov, Günay Pirizadə və başqaları rol alıblar.