Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda “Azərbaycanın inkişaf modeli: Dünən, bu gün və sabah” mövzusunda konfrans keçirilib

Bakı, 21 dekabr, AZƏRTAC

Dekabrın 21-də Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin tərəfdaşlığı ilə “Azərbaycanın inkişaf modeli: Dünən, bu gün və sabah” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Rüfət Həmzəyevin moderatorluğu ilə keçirilən konfransda əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətinə həsr edilmiş film nümayiş olunub.

Sonra konfransda çıxış edən YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, bu gün Azərbaycan dünyada nümunəvi inkişaf modelinə və örnək milli tərəqqi yoluna malik müstəqil ölkə kimi tanınır. Ölkəmizin tarixi nailiyyətlər qazanaraq dünyada söz və nüfuz sahibinə çevrilməsi milli maraqlara, dövrün tələblərinə və çağırışlarına əsaslanan daxili və xarici siyasətin həyata keçirilməsi sayəsində mümkün olub. Müstəqillik dövrünün sabitlik və inkişaf mərhələsi kimi səciyyələndirilən 1993-2003-cü illərdə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə görülən işlər milli-strateji hədəflərə çatmağa imkan verməklə yanaşı, yeni Azərbaycanın parlaq gələcəyini inşa etdi. Ulu Öndər, həmçinin siyasi varisliyi təmin etməklə Azərbaycanın müstəqil dövlətçilik ənənəsinin qorunmasına - ölkəmizin suveren dövlət kimi davamlı inkişafına müstəsna töhfələr verib. Bu gün Azərbaycanın inamlı, dinamik və dayanıqlı inkişafı, müstəqilliyini möhkəmləndirərək yeni strateji zirvələr fəth etməsi Heydər Əliyev siyasətini yeni müstəvidə davam etdirən dünyaşöhrətli siyasətçi Prezident İlham Əliyevin adı ilə bağlıdır. Ümumiyyətlə, Prezident İlham Əliyevin adı həm daxili, həm də beynəlxalq ictimai rəydə milli tərəqqi anlayışı ilə assosiasiya olunur. Ona görə ki, Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi son 18 ildə Azərbaycan misilsiz tərəqqiyə nail olub, nümunəvi iqtisadi inkişaf modeli ilə dünyanın diqqətini özünə cəlb edə bilib. Heç də təsadüfi deyil ki, dünyanın nüfuzlu ekspertləri və mötəbər strateji tədqiqat mərkəzləri, aparıcı reytinq institutları Azərbaycanın inkişaf modelini mütərəqqi nümunə kimi səciyyələndirir və ölkəmizin gələcəyinə dair pozitiv rəy, nikbin proqnoz ifadə edirlər.

Prezident İlham Əliyevin uğurlu fəaliyyətinin dövlətçilik ənənələrinin qorunmasını, tarixi dəyərlərlə müasir çağırışların uzlaşdırılmasını təmin etməklə dövlət müstəqilliyimizin möhkəmləndirilməsinə xidmət göstərdiyini bildirən YAP Sədrinin müavini qeyd edib: “Azərbaycan Prezident İlham Əliyevin liderliyi ilə sabitlik adasına, təhlükəsizlik məkanına, inkişaf diyarına çevrilib. Ölkəmizdə sabitliyin təminatçısı xalq-iqtidar birliyi, Liderin xalqın maraqlarına, rifahına və mənafeyinə əsaslanan siyasəti, xalqın isə öz Liderinə qətiyyətli inamıdır. Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə Azərbaycanın müstəqilliyinin möhkəmlənməsini təmin edən mühüm faktorlardan biri inkişafın milli modelinin - yeni iqtisadi möcüzənin yaradılmasıdır. Son 18 ilin göstəriciləri makroiqtisadi sabitliyə nail olan Azərbaycanın innovativ əsaslı güclü iqtisadiyyat quruculuğu ilə bağlı qarşıya qoyulan əsas hədəfləri uğurla reallaşdırdığını təsdiqləyir. Mərkəzində Azərbaycan vətəndaşının rifah və mənafeyinin dayandığı nümunəvi sosial siyasətin həyata keçirilməsi - vətəndaş məmnunluğunun artırılması, regionların sosial-iqtisadi inkişaf konsepsiyasının uğurla reallaşdırılması və digər mühüm faktorlar ölkənin etibarlı və dayanıqlı yüksəlişinə əlavə təkan olub.

Digər tərəfdən, Prezident İlham Əliyevin müstəqil və milli maraqlara əsaslanan xarici siyasəti Azərbaycanın regional liderə - bölgədə güc mərkəzinə, dünya siyasətində qüdrətli və nüfuzlu milli subyektə çevrilməsinə səbəb olub. Azərbaycanın təşəbbüsü və liderliyi ilə mühüm nəqliyyat və enerji layihələrinin reallaşdırılması, ikitərəfli və çoxşaxəli formatda əməkdaşlıq platformalarının yaradılması ölkəmizə mühüm iqtisadi mənfəət və siyasi dividendlər qazandırıb. Respublikamızın beynəlxalq təşkilatlarda uğurlu fəaliyyəti Azərbaycana, şəxsən Prezident İlham Əliyevə olan böyük inam və etimadın ifadəsi, dövlətimizin geostrateji prestijinin göstəricisidir.

Heç şübhəsiz, xalqımızın çoxəsrlik, zəngin və şərəfli dövlətçilik tarixinin zirvə hadisəsi - ən parlaq səhifəsi Azərbaycanın ərazi bütövlüyünün, tarixi ədalətin bərpasına nail olunmasıdır. Bu, müstəsna siyasi hadisə və dövlətçilik tariximizdə bənzəri olmayan Zəfər salnaməsi - Qələbə dastanıdır, həmçinin Heydər Əliyev ideyalarının təntənəsi, Prezident İlham Əliyevin böyük siyasətinin real nəticəsidir. Ümumiyyətlə, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi müstəqillik illərində həyata keçirilən uğurlu, rasional, milli maraqlara əsaslanan və müasir qlobal çağırışlara cavab verən strateji kursun məntiqi nəticəsidir. Azərbaycanın hərbi gücünün, iqtisadi potensialının, qlobal arenada siyasi nüfuzunun və çəkisinin artması - beynəlxalq mövqeyinin möhkəmlənməsi, milli həmrəyliyin, xalq-Lider birliyinin təmin olunması ərazi bütövlüyümüzün bərpasında, tarixi qələbənin qazanılmasında həlledici amil olub”.

Vurğulanıb ki, dünyanın hərb və siyasət tarixində xüsusi yer tutan, xalqımızın şanlı qəhrəmanlıq dastanı və Zəfər simvoluna çevrilən Vətən müharibəsi təkcə Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpasını deyil, eyni zamanda, həm Cənubi Qafqaz regionunda, həm də Avrasiyada yeni geostrateji reallıqların təşəkkülünə səbəb olub. Ölkəmiz tərəfindən irəli sürülən təşəbbüslər regional və beynəlxalq təhlükəsizliyə fundamental töhfə olmaqla yanaşı, Azərbaycanın qlobal arenada mövqeyinin daha da möhkəmlənməsini təmin edir. Xüsusilə də Zəngəzur dəhlizinin açılması, kommunikasiya xətlərinin bərpası geniş formatda əməkdaşlıq imkanlarının formalaşması, Cənubi Qafqazın işbirliyi məkanına çevrilməsi deməkdir. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə sistemli quruculuq işlərinin aparılması, tarixi, dini və mədəni abidələrimizin bərpası regional inkişafın əhatə dairəsinin genişlənməsinə səbəb olmaqla yanaşı, milli tərəqqinin yeni mərhələsinə transformasiya deməkdir.

Danılmaz faktdır ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini, UNESCO və ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın çoxşaxəli, ali dəyərlərə, milli maraqlara əsaslanan fəaliyyəti də Azərbaycanın tərəqqisinə, qarşıda duran strateji hədəflərə çatmağa əhəmiyyətli töhfədir. Mehriban xanım Əliyevanın fəal təşəbbüsləri əsasında reallaşdırılan layihələr Azərbaycan dövlətinin milli gücünün artmasında, müxtəlif sahələrdə davamlı uğurlar qazanılmasında, ən əsası, müstəqilliyimizin möhkəmləndirilməsində mühüm rola malikdir.

“Göründüyü kimi, müstəqil Azərbaycan Böyük Yolun - Heydər Əliyev yolunun Müzəffər davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə strateji hədəflərinə doğru addım-addım irəliləyir. Müstəqillik prinsipinə əsaslanan və milli maraqların qorunması məqsədinə xidmət edən siyasətin ardıcıl və sistemli şəkildə davam etdirilməsi Azərbaycanın qarşısında yeni perspektivlərin açılması deməkdir.

Fürsətdən istifadə edərək, Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il münasibətilə Sizləri təbrik edir, Azərbaycan Respublikasının Prezidenti, Partiyamızın Sədri Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni zirvələrə doğru bu şərəfli yolda hər birinizə uğurlar arzu edirəm!”, -deyə Tahir Budaqov qeyd edib.

Sonra Azərbaycan Respublikası Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli “Azərbaycanda dövlət quruculuğu” mövzusunda çıxış edib.

Prezident kimi xalqın inamını qazanmış Prezident İlham Əliyevin böyük tarixi şəxsiyyət olduğunu deyən Ə.Hüseynli bildirib: “Zamanında bir sıra dövlətlərdə konstitusion idarəetmə quruluşunu dəyişməklə hakimiyyətdə qalma üslubundan fərqli olaraq Prezident İlham Əliyev ancaq açıq və birbaşa seçkilərdə dəfələrlə qalib gəlmiş dövlət başçısıdır. O, müasir hüquqi və demokratik dünyada 20 ilə yaxın dövrdə sabit, davamlı və artan reytinqi qoruyub saxlayan çox az sayda tarixi şəxsiyyətlərdən biridir. 2018-ci ilin prezident seçkilərindən sonra başlayan islahatların yeni mərhələsindən və Vətən müharibəsi dönəmindən Prezident İlham Əliyev daha publik dövlət başçısı obrazındadır. Xalq tərəfindən seçilən hər bir rəhbərin həyatda xüsusi təyinatı olur. Amma bu missiyanı həyata keçirmək hər kəsə nəsib olmur. Prezident İlham Əliyevin Azərbaycan dövlətçiliyində ərazi bütövlüyümüzü təmin etmək kimi xüsusi təyinatı onun özünün, əslində, hərbi mənada xüsusi təyinatlı kimi yüksək hazırlığının nəticəsi idi. Zaman keçdikcə ictimaiyyətimiz Vətən müharibəsinin gedişinin və uğurunun bütün detallarının hərbi-taktiki müəllifinin məhz Ali Baş Komandanın olduğunu görməkdədir. Beləliklə, Prezident kimi dövlət və xalq qarşısında xüsusi təyinatını icra etmiş dövlətimizin başçısı İlham Əliyev həm də bölgənin ən güclü xüsusi təyinatlıları olan ordunun Ali Baş Komandanıdır”.

Milli Məclis sədrinin müavini qeyd edib ki, indi Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə bağlı tarixi hadisə postsovet məkanında yeganə və bəlkə də sonuncu hadisə olacaq. Prezident İlham Əliyevin bu təcrübəsini indi çoxları öyrənir, amma tətbiq edə biləcəkləri böyük sual altındadır. Çünki Prezident İlham Əliyev heç kimin edə bilmədiyini etdi, əsrlər boyu ilk dəfə olaraq qonşuluğumuzdakı böyük dövlətlərin maraqlarını Azərbaycanda birləşdirə bildi. Bundan sonra Qarabağı azad edib bu bölgəni maraqlar uğrunda çəkişmədən xalqların rifahı və birgə inkişafı mərkəzinə çevirdi. Məhz buna görə də Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır və nida” ifadəsi sonra bir sıra dövlət başçıları tərəfindən tarixdə ilk dəfə olaraq “Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir” ifadəsi ilə yekunlaşmış oldu. Əslində, böyük tarixi şəxsiyyətlərin həyatında bir oxşarlıq mövcuddur. Keçən əsrin 80-ci illərində Heydər Əliyev SSRİ kimi nəhəng dövlətin rəhbərliyində təmsil olunarkən yaşının məhz bu çağlarında idi. O zaman bir çox dünya mətbuatı Heydər Əliyevin ilk müsəlman və türk şəxsin bu zirvəyə yüksəldiyini yazırdılar. Bu gün isə müasir dünyəvi türk və müsəlman aləminin ən parlaq şəxsiyyəti Prezident İlham Əliyevdir.

Konfransda “Azərbaycanın iqtisadi inkişaf modeli” mövzusunda çıxış edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı dövlətimizin başçısı İlham Əliyevin prezidentliyi dövründə iqtisadiyyatın mərhələli inkişafından geniş bəhs edib. Onun sözlərinə görə, 2003-2014-cü illərdə ölkə iqtisadiyyatı 3 dəfə böyüyüb, eləcə də əhalinin sosial rifahının yüksəlməsi, regionların sosial-iqtisadi inkişafı və infrastruktur quruculuğu istiqamətində mühüm işlər görülüb. Həmçinin 2015-2020-ci illərdə də inkişaf istiqamətində uğurlu siyasət davam etdirilib.

Bildirilib ki, 2016-cı ildə Prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş Strateji Yol xəritələrinin uğurla icra olunması sosial-iqtisadi gücümüzü daha da artırır. Artıq Azərbaycan Avrasiya məkanında önəmli rola malik dövlətə çevrilib. Bütün bunlara ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş siyasətin Prezident İlham Əliyevin uğurla davam etdirməsi nəticəsində nail olmuşuq.

2021-2025-ci illər üzrə hədəflərdən danışan V.Qasımlı burada postpandemiya, postkonflikt və “yaşıl iqtisadiyyat” üzrə nəzərdə tutulan tədbirlər barədə fikirlərini bölüşüb. Onun sözlərinə görə, Azərbaycanın azad olunmuş torpaqları ərazisinə görə dünyanın 35 ölkəsindən böyükdür. Azərbaycan iqtisadiyyatı Qələbədən sonra kəmiyyət və keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. Azad olunmuş ərazilər Azərbaycan iqtisadiyyatına yeni nəfəs gətirir. Bu ərazilərə investisiyanın cəlb edilməsi üçün dəstək proqramları həyata keçiriləcək. Azərbaycan bütün reytinqlərdə şərhsiz regional liderdir.

Müdafiə sənayesindən istifadənin iqtisadiyyatı hərəkətə gətirdiyini qeyd edən V.Qasımlı deyib: "Azərbaycanın müdafiə sənayesi məhsulları 30-dan çox ölkəyə ixrac olunur. Bu da o deməkdir ki, müdafiə sənayesi məhsulları təkcə daxili tələbatı deyil, eyni zamanda, xarici ölkələrin də tələbatını ödəməyə yönəldilir".

İcraçı direktor, həmçinin dövlətin vergi siyasətinin əhəmiyyətindən bəhs edib.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov isə “Azərbaycan diplomatiyasının uğuru” mövzusunda çıxış edib. Azərbaycan dövlətinin balanslaşdırılmış xarici siyasət həyata keçirdiyini vurğulayan S.Seyidov qeyd edib: “Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində güclü və nüfuzlu dövlət kimi tanınır. Ölkəmizin inkişafının, əldə etdiyi nailiyyətlərin əsasında isə uğurla, uzaqgörənliklə reallaşdırılan praqmatik daxili və xarici siyasət kursu dayanır. Azərbaycan bu gün nəinki bölgə çərçivəsində, artıq dünya miqyasında etibarlı tərəfdaş, müstəqil, ləyaqətli ölkə kimi tanınır. Cənubi Qafqaz geosiyasi məkanında lider dövlət kimi çıxış edən ölkəmiz özünün çoxvektorlu və balanslaşdırılmış xarici siyasət strategiyası ilə həm ikitərəfli münasibətlər kontekstində, həm də çoxşaxəli əlaqələr fonunda yerləşdiyi regionun inkişafına mühüm töhfələr verir. Azərbaycanın fəal xarici siyasəti, həmçinin davamlı inkişafı onu siyasi, iqtisadi və mədəni cəhətdən qlobal mərkəzlərdən birinə çevirməkdədir. Xüsusilə də regionun siyasi, iqtisadi və humanitar mərkəzi kimi çıxış edən ölkəmiz sivilizasiyalararası dialoqun inkişafına əhəmiyyətli töhfələr verməklə yanaşı, mühüm siyasi, iqtisadi, mədəni və humanitar xarakterli beynəlxalq tədbirlərə ev sahibliyi edir. Qazanılan uğurların əsasında isə Prezident İlham Əliyevin siyasəti dayanır”.

S.Seyidovun fikrincə, əldə edilən uğurların kulminasiyası İkinci Qarabağ müharibəsindəki parlaq Zəfər oldu. “Azərbaycan diplomatiyasının bu Zəfərin qazanılmasında yeri və rolu çox böyükdür. Çünki ötən illər ərzində ölkəmiz bu istiqamətdə çox fəal diplomatiya həyata keçirdi. Bunun nəticəsində beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı sənədlər qəbul etdilər. Bu sənədlər öz ərazi bütövlüyümüzün bərpa olunmasında hüquqi baza rolunu oynadı. Xüsusilə qeyd etmək istəyirəm ki, Prezident İlham Əliyevin şəxsiyyətinə sonsuz inam bizim böyük qələbəmizin mühüm amillərindəndir. İlham Əliyev fenomeni bundan sonra da Azərbaycan dövlətinə böyük uğurlar gətirəcək”, - deyə o bildirib.

Daha sonra “Azərbaycanın yeni mədəniyyət strategiyası” mövzusunda çıxış edən Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov deyib ki, müstəqil ölkəmizin inkişafının əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə yeni mədəniyyət strategiyasının həyata keçirildiyini diqqətə çatdıran nadir deyib: “Qarabağ Zəfərimizi möhkəmləndirən amillərdən biri də mədəniyyətimizdir. Mədəniyyətimizi inkişaf etdirməklə vətəndaş cəmiyyətində onun rolunu artırmalıyıq. Yeni reallıqlara uyğunlaşmaq üçün insan kapitalının yeni çağırışlara cavab verməsi, hüquqi bazanın möhkəmləndirilməsi lazımdır. Mədəniyyətin davamlılığını qorumaq bizim ümdə vəzifəmizdir. Bu vəzifəni biz artıq Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsləri ilə həyata keçirməkdəyik. Mədəniyyətin iqtisadi inkişafa töhfəsi gücləndirilməlidir. Bu da bizim yeni missiyalarımızdan biridir”.

Nazir qeyd edib ki, biz əcdadlarımızın irsini qorumaqla kifayətlənməməliyik, eyni zamanda, yeni yaradıcılıq nümunələri də yaratmalıyıq. O bildirib ki, bu çərçivədə də yeni istiqamətlər də müəyyən edilib. “2030-cu il üçün milli prioritetlər siyahısında mədəni və yaradıcı sənayelərin inkişafı da yer alır, dayanıqlı iqtisadiyyatın inkişafı bölməsində bu da qeyd olunub. Vətən müharibəsindən sonra Qarabağın azad edilməsi və bu ərazilərimizə mədəni irsin qaytarılması missiyası da davam etdirilir. Şuşanın mədəniyyət paytaxtı elan edilməsi çox önəmli mesaj idi. Bu, Azərbaycanın azad edilmiş ərazilərinə öz mədəniyyəti ilə qayıdışı idi. Azərbaycan Qarabağa təkcə iqtisadi, enerji layihələri ilə deyil, eyni zamanda, "yumşaq güc"lə qayıdır. Biz bu ərazilərə sülh çağırışları ilə qayıdırıq”, - deyə nazir əlavə edib.

A.Kərimovun fikrincə, mədəniyyətin əlçatan olması üçün rəqəmsallaşdırma prosesi sürətləndirilməlidir. Maliyyənin effektiv idarə olunması, özəl sektorun mədəni layihələrə cəlb edilməsi fəaliyyətimizin əsas hissəsidir. Fəaliyyətimizi daha çox layihələr əsasında qurmaq da bizim hədəflərimizdən biridir. Yeni çağırışlara uyğun olaraq nazirlikdə yeni şöbələrin yaradılması prosesi də gedəcək. Bununla əlaqədar artıq iki yeni şöbə yaradılıb. Prioritetlərimizdən biri də Azərbaycan mədəniyyətinin xaricdə təbliğ edilməsidir. Bütövlükdə, yeni strategiya mədəniyyət sahəsinə yeni baxışdır.

Konfransda Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov “Azərbaycanın enerji təhlükəsizliyi” mövzusunda çıxış edib.

Ölkəmizin uğurlu enerji siyasəti həyata keçirdiyini bildirən nazir qeyd edib: “Xəzər dənizində yeni karbohidrogen mənbələrinin aşkar edilməsi, onun istismarı və resursların Avropadakı istehlakçılara çatdırılması əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan iqtisadi siyasətin təntənəsidir. Həmin siyasətin praktik olaraq həyata keçirilməsi Prezident İlham Əliyevin siyasi iradəsinin nəticəsi kimi qəbul edilir”.

Onun sözlərinə görə, Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokundan indiyədək 545 milyon ton neft hasil edilib. “AÇG-dən indiyədək əldə olunan gəlirlər 155 milyard dollar təşkil edib. Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Trans-Anadolu və Trans-Adriatik qaz kəmərləri vasitəsi ilə Türkiyə və Avropaya 12,4 milyard kubmetrdən çox qaz nəql edib. Hesabat dövründə Avropaya 7,3 milyard kubmetr qaz tədarük edilib”, - deyə P.Şahbazov qeyd edib.

Nazir onu da vurğulayıb ki, Avropaya qaz ixracının artırılması üçün böyük potensial var və ehtiyac duyulsa, tədarük həcmləri və coğrafiyası genişləndirilə bilər. 2024-cü ildə Azərbaycanda qaz hasilatı 50 milyard kubmetrə çatacaq. Son zamanlar dünya birjalarında təbii qazın qiymətindəki artımlar zamanı Avropa və dünyadakı tərəfdaşların Azərbaycanın fürsətcil partnyor olmadığına şahidlik etdilər. P.Şahbazov deyib ki, bərpaolunan enerji layihələrinin gələn il hərraca çıxarılması və Xəzər dənizinin külək potensialından istifadə ilə bağlı planlarımız "yaşıl enerji”nin təmin olunması üçün fürsətdir. Nazir, həmçinin qeyd edib: “Hazırda ölkədə “yaşıl enerji” sahəsinin inkişafı sahəsində böyük işlər aparılır və bununla bağlı geniş planlar mövcuddur. Azad olunmuş ərazilərdə də xarici investisiya hesabına bərpa olunan enerji ilə bağlı layihələrin həyata keçirilməsi əsas hədəfdir. Hazırlanmış “yaşıl enerji” konsepsiyasına əsasən, xarici investisiya qoyuluşu ilə Kəlbəcər və Laçında 100 meqavat gücündə külək elektrik stansiyasının tikilməsi planlaşdırılır. Azərbaycanın enerji kursu qlobal çağırışlara uyğun şəkildə həyata keçirilir. Hədəfimiz ölkəmizin ümumi enerji istehsalında bərpa olunan enerji payını hazırkı 17 faizdən 2025-ci ildə 24 faizə, 2030-cu ildə isə 30 faizə çatdırmaqdır. Bu məqsədlə 1500 MVt-lıq istehsal gücünün yaradılması nəzərdə tutulub”.

Konfransda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov “Azərbaycanın inkişaf modeli və davamlı inkişaf” mövzusunda çıxış edib.

U.Ələkbərov bildirib ki, Azərbaycanın inkişaf modeli dünya üçün nümunədir. Onun sözlərinə görə, inkişaf modelinin təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Natiq Ümummilli Liderin ölkəmizin inkişafı istiqamətində başladığı nəhəng işlərin, möhtəşəm layihələrin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Qeyd edib ki, bütün bu işlərin reallaşmasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da xüsusi rolu var. U.Ələkbərov ötən dövr ərzində Azərbaycanın əldə etdiyi nailiyyətlər, dünya ölkələri arasında tutduğu yer barədə məlumatları slaydlar vasitəsilə konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Onun fikrincə, innovativ texnologiyaların işlənilməsi və tətbiqi yalnız istehsal və xidmət sahələrini deyil, eyni zamanda, olduqca böyük əhəmiyyət daşıyan planlaşdırma və idarəetmə proseslərini də əhatə edir. Bütün bunların əsasında Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu inkişaf strategiyası, bu istiqamətdə qəbul edilən və həyata keçirilən qərarlar durur. Uzunmüddətli davamlı inkişaf strategiyasının tələblərinə cavab verən insan potensialının formalaşması, ölkənin zəngin təbii ehtiyatlarından olan “qara qızılın” insan kapitalına çevrilməsi, uğurlu tərəqqinin tükənməz mənbəyi olan bu sərvətin formalaşdırılması və səfərbər edilməsi yüksək hədəflərə nail olunmasının əsas amili kimi çıxış edir. “İnnovativ tərəqqinin əsasını təşkil edən insan potensialının inkişafını təmin edən və bu prosesin uğurlu olmasını dünyada qəbul olunmuş standartlara görə, beynəlxalq təşkilatlar üç ən əhəmiyyətli göstəricilərin təhlili əsasında qiymətləndirirlər. BMT, Dünya Bankı, digər beynəlxalq təşkilatlar, nüfuzlu elmi-analitik mərkəzlər bu göstəricilərə, ilk növbədə, əhalinin sağlam və bilikli olmasını aid edirlər və bu iki amili uğurlu inkişafın əsas şərtləri kimi dəyərləndirirlər. Hesab edilir ki, yalnız bu iki istiqamətdə nailiyyətlərə malik olunduğu halda hər hansı bir ölkənin əhalisi üçüncü amil olan uğurlu və davamlı iqtisadi tərəqqiyə və bunların nəticəsi kimi həyat səviyyəsinin yüksək olmasına, sosial problemlərin layiqli səviyyədə həllinə nail ola bilərlər. Azərbaycanda bu siyasətin ardıcıl və məqsədyönlü həyata keçirilməsinin müsbət nəticələri göz qabağındadır”, - deyə rektor vurğulayıb.

Konfransda “Azərbaycanda innovativ inkişaf və əqli mülkiyyət” hüquqları mövzusunda çıxış edən Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə innovativ inkişafa xidmət edən institusional islahatlar həyata keçirilir. O bildirib: “Dövlətimizin başçısı İlham Əliyevin dediyi kimi, müasir dünya sivilizasiyasının tərəqqisində insan kapitalı və intellekt yeni keyfiyyət amili kimi həlledici əhəmiyyət daşıyır. Hər bir dövləti rifah və yüksəlişə aparan yol elm və innovasiyalara əsaslanan inkişafdan keçir. Dövlətimizin başçısının göstərişlərindən irəli gələn çevik, daha yığcam və daha məqsədyönlü struktur vasitəsilə sahələrin idarə edilməsi, şəffaflığın, səmərəliyin və cavabdehliyin təmin olunması məqsədilə Əqli Mülkiyyət Agentliyinin yaradılması və bu modeli reallaşdıran publik hüquqi şəxs institutu öz töhfələrini verməkdədir. Dövlət-inzibati funksiyaları yerinə yetirən publik hüquqi şəxs, eyni zamanda, fəaliyyətlərindən əldə olunmuş vəsaitlər hesabına saxlanma və digər xərclərinin optimallaşdırılmış üsullarla idarə olunmasına malikdir. Dövlət büdcəsindən yalnız Əqli Mülkiyyət Agentliyinin dövlət qulluqçularına bərabər tutulan işçilərinin əməkhaqları maliyyələşdirilir. Agentliyin saxlanma xərcləri və tabeliyində olan iki mərkəzin bütövlükdə fəaliyyəti özünümaliyyələşdirmə prinsipi əsasında həyata keçirilir. Bu isə institusional islahatın effektivliyinin təsdiqidir. Məhz buna görə əqli mülkiyyət sisteminin qarşısında duran vəzifələr ölkənin innovasiya siyasəti ilə müəyyən edilir və ölkədə həyata keçirilən iqtisadi islahatlara xidmət edir. Ən mühümü odur ki, Prezident İlham Əliyevin əqli mülkiyyət sahəsində apardığı konseptual və institusional islahatlar əqli mülkiyyətin yeniləşən mahiyyətinə uyğundur və sistemli xarakter daşıyaraq, ölkənin iqtisadi islahatlarına qulluq edir”.

Daha sonra konfransda “Böyük yolun Müzəffər davamçısı” kitabının təqdimatı olub.

Kitabın müəllifi, “Yeni Azərbaycan” qəzetinin şöbə redaktoru Nurlan Qələndərli nəşrin Prezident İlham Əliyevin 60 illik yubileyinə həsr olunduğunu bildirərək deyib: “Xalqımızın ümummilli lideri, müdrik dövlət xadimi Heydər Əliyevin və Prezident, Müzəffər Ali Baş Komandan, dünyaşöhrətli siyasətçi İlham Əliyevin fəaliyyəti, zəngin dövlətçilik irsi indiyə qədər müxtəlif tədqiqatların predmeti olub, çoxsaylı elmi-politoloji əsərlər, analitik və araşdırma materialları ərsəyə gətirilib. Təbii ki, bu əsərlərin hər biri qiymətlidir, dəyərli və mötəbər mənbədir. Yeni Azərbaycan Partiyasının dəstəyi əsasında hazırlanmış “Böyük yolun Müzəffər davamçısı” adlı kitab da həm Heydər Əliyev ideyalarının - Ümummilli Liderimizin zəngin dövlətçilik irsinin öyrənilməsi, həm də Prezident İlham Əliyevin fəaliyyətinin müxtəlif istiqamətlərinin tarixi faktlar, bugünkü reallıqlar, müasir çağırışlar, perspektivlər və gələcək hədəflər baxımından tədqiqi üçün etibarlı və zəngin mənbədir. Kitabın strukturu, mövzuların və məsələlərin məzmunu, əhatə dairəsi nəşrin məsləhətçisi və ön söz müəllifi kimi Yeni Azərbaycan Partiyası Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovla birlikdə müəyyənləşdirilərək işlənib hazırlanıb. Kitab ayrı-ayrı istiqamətlər üzrə 60 bölmədən, yəni 60 ayrıca mövzudan ibarətdir. Bununla yanaşı, dünyanın nüfuzlu şəxsiyyətlərinin dövlət və hökumət başçılarının, tanınmış ictimai, siyasi və mədəniyyət xadimlərinin Prezident İlham Əliyev haqqında fikirlərinə yer verilmiş, 60 sitat diqqətə çatdırılmışdır. Eyni zamanda, 2003-cü ildən bəri həyata keçirilən siyasətin nəticələrini və Azərbaycanın qazandıği sosial-iqtisadi uğurları əks etdirən 60 statistik göstəriciyə nəzər salınmışdır. Həmçinin dövlət başçısının müxtəlif məsələlərlə əlaqədar fikirləri də kitabda öz əksini tapmışdır. Vətən müharibəsində möhtəşəm tarixi Qələbənin qazanılması, Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandan və qalib Sərkərdə kimi işğaldan azad olunmuş ərazilərə tarixi səfərləri, postmüharibə dövründə Azərbaycanın yeni geostrateji reallıqlar yaratması, milli yaddaşın bərpası istiqamətində müvafiq işlərin görülməsi kimi məsələlərə xüsusi nəzər salınmış, analitik qənaətlər ifadə edilmişdir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın milli maraqlara və bəşəri dəyərlərə əsaslanan, Azərbaycanın inkişafına və qarşıda duran milli-strateji hədəflərə çatmağa xidmət edən fəaliyyətindən də geniş bəhs olunub. Bütövlükdə, “Böyük yolun Müzəffər davamçısı” adlı kitab özündə tarixi faktları, müasir reallıqlara, siyasi, iqtisadi, ictimai-sosial, mədəni-humanitar məsələlərə analitik yanaşmanı əks etdirən mənbə kimi oxucular, tədqiqatçılar üçün faydalı ola, yeni ideyaların ortaya çıxmasına, fundamental elmi-siyasi əsərlərin ərsəyə gəlməsinə töhfə verə bilər”.

Tədbirə yekun vuran YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov konfransda geniş, əhatəli məruzələrin dinlənildiyini bildirib. O qeyd edib ki, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi böyük yolun Prezident İlham Əliyevin davam etdirməsi nəticəsində Azərbaycan bundan sonra da möhtəşəm zəfərlərə imza atacaq: “İnanırıq ki, Prezident İlham Əliyev bu böyük yolun müzəffər davamçısı kimi Azərbaycanı dünyanın ən inkişaf etmiş ölkəsinə çevirməyə nail olacaq!”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu

Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir

“MEK Könüllülük proqramı”: növbəti qəbul prosesində 300-dən çox müraciət daxil olub

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO

Marius Vizer: Qoy, cüdo ziddiyyətli dünyada birlik, dostluq və sülhün ilham mənbəyi olsun

Sentyabrda Bakı metrosundan istifadə edənlərin sayı açıqlanıb

“DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı başlayır

Pirallahı Sənaye Parkının rezidentləri indiyədək 82,2 milyon manatlıq məhsul istehsal edib VİDEO

Pirallahı Sənaye Parkının rezidentləri indiyədək 82,2 milyon manatlıq məhsul istehsal edib VİDEO

Rəşad Nəbiyev: Azərbaycan dünya yarışlarına ev sahibliyi edən möhtəşəm idman mərkəzinə çevrilib

Məryəm Əlizadə: Azərbaycan teatrı zamanla birlikdə addımlamalıdır

Amin Məmmədov: Arpa və Vorotan çaylarının çirkləndirilməsi Azərbaycan üçün ekoloji risk yarada bilər

ADAU-da Müəllimlər Günü: professor Elman Mövsümovun 85 illik yubileyi qeyd edilib VİDEO

ADAU-da Müəllimlər Günü: professor Elman Mövsümovun 85 illik yubileyi qeyd edilib VİDEO

Politoloq: Hibrid və informasiya hücumları bəzi hallarda cəmiyyətə açıq döyüş əməliyyatlarından daha çox ziyan vurur - ŞƏRH VİDEO

Politoloq: Hibrid və informasiya hücumları bəzi hallarda cəmiyyətə açıq döyüş əməliyyatlarından daha çox ziyan vurur - ŞƏRH VİDEO

“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB

Fransada müəllimlər etiraz edən şagirdlərin tələblərini haqlı sayır

Özbəkistanla əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb

Lətif Kərimov yaradıcılığı: Azərbaycan milli-mədəni kimliyinin tarixi kontekstində

Qazaxıstanda cinayətlərin sayı azalıb

Polşa portalı “ADEX 2026” sərgisindən yazıb

Şotlandiyada şəxsi ada 350 min funt sterlinqə satışa çıxarılıb

Azərbaycan və Belarus arasında idman əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub

Deputat: Ermənistan işğal dövründə Azərbaycanın 7 filiz və 39 qeyri-filiz yatağında qanunsuz istismar aparıb VİDEO

Deputat: Ermənistan işğal dövründə Azərbaycanın 7 filiz və 39 qeyri-filiz yatağında qanunsuz istismar aparıb VİDEO

Masallıda 300 güləşçinin qatıldığı turnir başa çatıb

Lətif Kərimovun 120 illik yubileyi Vyanada “Azərxalça” ASC-nin xüsusi xalça sərgisi ilə qeyd olunub

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 946 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı