BAKIDA BEYNƏLXALQ ƏDƏBİ KONFRANS ÖZ İŞİNƏ BAŞLAMIŞDIR
Martın 17-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan adına klubunda Kipr, Balkanlar, Avrasiya Türk Ədəbiyyatları Qurumunun (KIBATEK) V11 Beynəlxalq konfransının açılış mərasimi olmuşdur.
Tədbir iştirakçıları konfransdan əvvəl Şəhidlər xiyabanına gedərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş vətən övladlarımızın və türk əsgərlərinin xatirəsini yad etmiş, məzarları üzərinə tər qərənfillər qoymuşlar.
Xalq şairi, Yazıçılar Birliyinin katibi Fikrət Qoca 6 gün davam edəcək konfransı açaraq türk ədəbi əlaqələrinin genişləndirilməsində və türk ədəbiyyatlarının yaxınlaşdirilmasında KIBATEK-in fəaliyyətini yüksək qiymətləndirmiş, konfransın işinə uğurlar arzulamışdır.
Bu qurumun Azərbaycan üzrə nümayəndəsi, Bakı Dövlət Universitetinin kafedra müdiri, professoru Cəlil Nağıyev qonaqları səmimi salamlamış, iştirakçıları tədbirin proqramı ilə tanış etmişdir.
Konfransda çıxış edənlər bu beynəlxalq tədbirin daha səmərəli keçməsi üçün arzu və təkliflərini bildirmişlər.
Günün ikinci yarısı konfrans öz işini Bakı Asiya Universitetində davam etdirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [17:27]
Natəvanın şair qohumları ədəbi mühitə hansı töhfələri verib?
- 10.08.2026 [17:08]
Azərbaycanda ilk dəfə “AVAZ” Gənclərin Xor Düşərgəsi təşkil edilib
- 10.08.2026 [15:10]
Şuşanın Qarabağ küçəsi: Otuz illik həsrətdən sonra doğma ocağa qayıdış
- 10.08.2026 [14:55]
Mədəniyyət naziri Laçında vətəndaşların müraciətlərini dinləyəcək
- 10.08.2026 [12:57]
Səsi ilə yaddaşlarda yaşayan sənətkar – Qəndab Quliyeva
- 10.08.2026 [12:53]
“Tanrının Zirehi: Ultimatum” filminin Azərbaycanda çəkilişləri davam edir
- 10.08.2026 [12:12]