İDMAN
Bakıda cüdo üzrə yeniyetmə qızların təlim-məşq toplanışı başlayıb
Bakı, 18 avqust, AZƏRTAC
Bakıda cüdo üzrə yeniyetmə qızlardan ibarət millimiz təlim-məşq toplanışına başlayıb.
Azərbaycan Cüdo Federasiyasından AZƏRTAC-a bildiriblər ki, avqustun 20-dək davam edəcək hazırlıq prosesində məşqçilər Elnur İsmayılov və Vüqar Hüseynovun rəhbərliyi ilə milli komandanın 16 üzvü iştirak edir.
Təlim-məşq toplanışında kiçik yaşlı yeniyetmələrin (U-15) sonuncu Azərbaycan birinciliyinin mükafatçıları arasından seçilmiş idmançılar da iştirak edirlər. Onlar yeniyetmə qızlardan ibarət milli yığmalarımıza gələcək yarışlara hazırlaşmağa kömək etməklə yanaşı, öz ustalıq səviyyələrini də artırırlar.
Təlim-məşq prosesi avqustun 24-28-də Sarayevoda təşkil olunacaq yeniyetmələr arasında dünya çempionatına hazırlıq məqsədi daşıyır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.05.2024 [18:05]
Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub
- 06.05.2024 [17:26]
Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib
- 06.05.2024 [17:24]
Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir
- 06.05.2024 [17:06]
“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır
- 06.05.2024 [16:42]
Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib
- 06.05.2024 [16:01]
Lionel Messi MLS-də yeni rekorda imza atıb
- 06.05.2024 [15:25]