BAKIDA ƏMƏK YARMARKASI ÖZ İŞİNƏ BAŞLAMIŞDIR
Yarmarkada iştirak edən 643 müəssisə, idarə və təşkilat tərəfindən 3500-ə yaxın boş iş yerləri təqdim olunmuşdur. Təqdirəlayiq haldır ki, iştirak edən müəssisələrin yarıdan çoxu özəl sektorun payına düşür. Yarmarkada iri dövlət və özəl müəssisələri ilə yanaşı, Azərbaycanda fəaliyyət göstərən 33 xarici şirkət də iştirak edir. Müxtəlif fəaliyyət sahələrini əhatə edən bu şirkətlər tərəfindən 200-dən artıq iş yeri təklif olunmuşdur. Dövlət və özəl müəssisələrin təqdim etdiyi iş yerlərində orta aylıq əmək haqqı 361 min manat, xarici şirkətlərdə isə 700 min manat təşkil edir.
Baş Məşğulluq İdarəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, cari ilin 8 ayında 49 şəhər və rayonda keçirilmiş yarmarkalarda 2500-dən çox vətəndaş münasib iş yerlərinə göndərilmiş, 328 nəfər peşə hazırlığı kurslarına, 360 nəfər isə haqqı ödənilən ictimai işlərə cəlb olunmuşlar.
Ümumilikdə 1997-2003-cü illər ərzində respublikanın bütün şəhər və rayonlarında keçirilmiş əmək yarmarkalarında 33 mindən artıq vətəndaş münasib iş yerləri tapmışdır.
Sentyabrın 25-də yarmarka öz işini başa vuracaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.04.2025 [16:34]
® "AccessBank"ın yeni konseptli filialı artıq Cəlilabadda!
- 28.04.2025 [16:15]
Martda bankların aktivləri və balans kapitalı artıb
- 28.04.2025 [15:15]
® “ABB” Sahibkarlar Gününü müştəriləri ilə qeyd edib
- 28.04.2025 [13:29]
Şağanda drenaj xətti çəkilir, Binə qəsəbəsində küçələr sudan təmizlənir
- 28.04.2025 [13:11]
Martda fiziki şəxslərin əmanətlərinin dollarlaşması azalıb
- 28.04.2025 [12:52]