BAKIDA İKİGÜNLÜK SEMİNAR BAŞA ÇATMIŞDIR
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi, Amerikanın “Qualkomm” şirkətinin, Mərkəzi Asiya SDMA Forumunun təşəbbüsü ilə Bakıda UMTS/WSDMA texnologiyası üzrə ikigünlük seminar keçirilmişdir.
Seminarda “Aztelekom” İstehsalat Birliyinin (İB), Bakı Telefon Rabitəsi İB-in, “Azercell Telekom” MMC, ”Bakcell”, “Azərfon” MMC-nin və digər rabitə müəssisələrinin mütəxəssisləri iştirak etmişlər.
Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov Azərbaycanda SDMA standartında texnologiyaların tətbiqinin genişlənməkdə olduğunu vurğulayaraq, bu sahədə bir neçə operatorun fəaliyyət göstərdiyini bildirmişdir. Natiq bəzi müəssisə və təşkilatların tezlik diapazonundan səmərəli istifadə etmədiklərini diqqətə çatdırmış, yeni texnologiyaların tətbiqi sahəsində bu seminarın əhəmiyyətli olacağını qeyd etmişdir.
Tədbirdə “Qualkomm” şirkətinin qlobal biznesin inkişafı üzrə baş direktoru Məhəmməd Rahil Kamalın, Mərkəzi Asiya SDMA Forumunun sədri Xalid Xanın və başqalarının mövzu üzrə məruzələri dinlənilmişdir.
Seminarda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:45]
® Moody’s ABB-nin reytinqini yüksək səviyyədə saxlayıb
- 15.06.2026 [15:46]
Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır
- 15.06.2026 [14:57]