Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda IV Beynəlxalq Bankçılıq Forumu keçirilib YENİLƏNİB VİDEO

Bakı, 6 noyabr, AZƏRTAC

Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı, Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP), Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) dəstəyi ilə noyabrın 6-da Bakıda ənənəvi “Nağdsız iqtisadiyyat: dayanıqlı bankçılığa doğru” mövzusunda ikigünlük IV Beynəlxalq Bankçılıq Forumu keçirilib.

Forumun məqsədi iqtisadiyyatın nağdsızlaşdırılması ilə bağlı təşəbbüslərin və qarşıdakı çağırışların, rəqəmsallaşma, maliyyə texnologiyalarına dair mövcud vəziyyət, yeni və gələcək trendlərin, müasir bank məhsullarının, komplayns sahəsindəki yeniliklər və risklərin, həmçinin sadalananların mövcud hüquqi çərçivəyə uyğunluğu və adaptasiyası imkanlarının, bu proseslərin bankların maliyyə dayanıqlığının daha da gücləndirilməsinə təsiri məsələlərinin, eləcə də digər əlaqədar mövzuların müzakirə edildiyi platforma olmaqdır.

AZƏRTAC xəbər verir ki, forumun ilk “Nağdsız iqtisadiyyat: nailiyyətlər və çağırışlar” panelində Mərkəzi Bankın idarə heyəti sədrinin birinci müavini Alim Quliyev çıxış edib. Bildirib ki, bu ilin doqquz ayında elektron ödəmə sistemləri vasitəsilə həyata keçirilən ödənişlərin həcmi 200 milyard manata çatıb. Elektron ticarətin ƏDV-dən azad olunması bu sahənin gələcəkdə inkişafına təkan verə bilər. Elektron ticarətdə müsbət nəticələrin müşahidə olunduğunu deyən A.Quliyev qeyd edib ki, cari ildə elektron ticarətin həcmi 2,2 milyard manat olub. Son illər bu sahə fəal inkişaf edir, onun ƏDV-dən azad olunması gələcək inkişafını sürətləndirə bilər. Mərkəzi Bank vergi orqanları ilə bu istiqamətdə danışıqları davam etdirir.

A.Quliyev nağdsız hesablaşmalarda, o cümlədən kart ilə həyata keçirilən hesablaşmaların həcminin cari ildə 59 faiz artaraq 5,3 milyard manat təşkil etdiyini diqqətə çatdırıb.

Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri vəzifəsini icra edən İbrahim Alışov bildirib ki, bu ilin sonunadək “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanun layihəsi Nazirlər Kabinetinə təqdim olunacaq. Qanun layihəsi artıq hazırlanıb. 9 fəsil və 72 maddədən ibarət olan sənəd müvafiq strukturlar tərəfindən bir neçə dəfə müzakirə olunub. Artıq yekun mərhələyə çatmışıq. Təbii ki, bu Qanunun qəbulundan irəli gələn bir neçə alt normativ aktlar formalaşdırılmalıdır. Layihə artıq Dünya Bankı ekspertləri ilə müzakirə olunub. Qanun Gürcüstan, Türkiyə, Rusiya, Sinqapur, Malayziya, Danimarka və Böyük Britaniyanın təcrübəsi nəzərə alınmaqla hazırlanıb. Düşünürük ki, bu Qanunun qəbul edilməsindən sonra ödəniş xidməti təchizatçılarının rəqabət qabiliyyətini artıra və onların bir sıra maliyyə xidmətlərinə çıxışını daha operativ edə biləcəyik. Eyni zamanda, bu Qanunun tətbiqindən sonra mikromaliyyə institutlarının da bu sahəyə inteqrasiyasına nail olacağıq.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı əlavə edib ki, Azərbaycanda nağdsız cəmiyyətin qurulması istiqamətində icrası nəzərdə tutulan tədbirlər kompleks xarakter daşıyır və “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”, “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi” və “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” və digər dövlət proqram və sənədlərində nəzərdə tutulub. Bu tədbirlər vergi sisteminin optimallaşdırılması, zəruri infrastrukturun qurulması, maliyyə savadlılığının artırılması kimi tədbirlərdən başlamış icbari tibbi sığortanın tətbiqi dairəsinin genişləndirilməsi kimi geniş spektrli sahələri əhatə edir. Onun sözlərinə görə, rəsmi məlumatlara əsasən, bu gün ölkədə hər 10 min nəfərə təqribən 7 min 200 ödəniş kartı, 2,5 bankomat, 65 POS-terminal düşür, pensiyalar, təqaüdlər, sosial müavinətlər, büdcə təşkilatlarında və özəl sektorda fəaliyyət göstərən müəssisələrdə əməkhaqları kart vasitəsilə verilir. Mövcud statistikalar da artıq müvafiq istiqamətdə müsbət nəticələrin olduğunu, həmçinin əhalidə nağdsız istehlak vərdişlərinin yarandığını deməyə əsas verir. Xüsusilə də, debet və kredit kartları vasitəsilə aparılan ölkədaxili əməliyyatlarda nağdsız dövriyyənin xüsusi çəkisi 2019-cu ilin avqust ayının göstəricilərinə əsasən, 2016-cı illə müqayisədə əməliyyatların sayı parametrləri üzrə 1,7 dəfə (26 faizdən 44 faizədək), əməliyyatların həcmi göstəriciləri üzrə isə 2 dəfə (9,2 faizdən 19,9 faizədək) artıb. Bütün bu tədbirlər nəticəsində iqtisadi dövriyyənin şəffaflaşdırılmasına, “kölgə” iqtisadiyyatının məhdudlaşdırılmasına, vergi bazasının genişləndirilməsinə, əhalinin və müəssisələrin maliyyə xidmətlərinə çıxış imkanlarının artırılmasına, bank sektorunun investisiya imkanlarının yaxşılaşdırılmasına nail olunacaq.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib: “Ölkəmizdə müasir texnologiyaların tətbiqi bank sektoruna öz mühüm töhfəsini verir. Artıq banklarımız internet bankçılıqdan, onlayn xidmətlərdən geniş istifadə edir. Müasir texnologiyalar, əslində, bank, maliyyə sahəsinə kənardan təsirlərin bir qədər də miqyasını artırır. Maliyyə-bank sahəsində mövcud risklərlə yanaşı, yeni kiber-risklər də ortaya çıxır. Bununla bağlı düzgün həllərin tapılması günümüzün başlıca tələblərindən biridir. Beynəlxalq təcrübə göstərir ki, bank sahəsi kritik infrastrukturlar arasında ən çox kənar təsirlərə məruz qalan sektorlardan biridir. Kibertəhlükəsizlik məsələlərinin yüksək səviyyədə təşkil olunmağı bank fəaliyyəti üçün yeni imkanlar yaradır. Hesab edirik ki, kibertəhlükəsizlik məsələsinin banklarımızın gündəliyində saxlanılması, onların rəhbərliyi tərəfindən bunlara diqqət yetirilməsi çox vacibdir”.

E.Vəlizadə vurğulayıb ki, hazırda Azərbaycanda kibertəhlükəsizlik üzrə milli strategiya hazırlanıb və təsdiqlənmə mərhələsindədir.

Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev diqqətə çatdırıb ki, hazırda rəqəmsallaşma bank sektorunun istiqamətlərinin əsas amillərindən biridir. Otuz ölkədə 800-dək bank rəhbəri arasında aparılan sorğuya əsasən, iştirakçıların 96 faizi hesab edir ki, texnoloji inkişafın genişlənməsi son 3 ildə sektordaki innovativ inkişaf sürətini və rəqəmsallaşma tətbiqi imkanlarını əhəmiyyətli dərəcədə artırıb. Dünyada rəqəmsallaşma istiqamətində qanunlara əsaslanan baza prinsipləri formalaşdırılır.

“Bank sektorunun inkişafı üçün bu gün əsas dəstək mövcud qaydalarda və qanunlarda sürətli dəyişiklik etmək imkanlarının yaradılmasıdır. Digər məsələ bankların IT üzrə yüksək kompetensiyalara malik kadrlarla təmini ilə bağlıdır. Hazırda banklarda IT üzrə böyük işçi qüvvəsinə tələbat var. Bunun həlli üçün banklar ayrı-ayrılıqda öz təşəbbüslərini reallaşdırır və tələblər üçün ixtisasartırma kursları formalaşdırırlar. Fikrimcə, bunun mərkəzləşdirilmiş formada həlli daha məqsədəuyğun olardı", - deyə Z.Nuriyev qeyd edib.

“Mastercard”ın Azərbaycan üzrə ölkə direktoru Erdem Çakar mövzu ilə bağlı fikirlərini bölüşüb.

Forum çərçivəsində Azərbaycan Banklar Assosiasiyası ilə Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında əməkdaşlığa dair saziş imzalanıb. Sazişi ABA-nın prezidenti Zakir Nuriyev və IFC-nin Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Aliyə Əzimova imzalayıblar. Sazişə əsasən hər iki qurum elektron və maliyyə xidmətləri sahəsində əməkdaşlıq edəcək.

“Nağdsız iqtisadiyyat: nailiyyətlər və çağırışlar”, “Bankçılıq - rəqəmsallaşmaya doğru”, “Bankçılığın transformasiyasının müxtəlif tərəfləri”, “Yeni ödəniş dünyası”, “Komplayns və tənzimləmə riskləri”, “Nağdsız və rəqəmsal iqtisadiyyatın tənzimlənməsi” mövzularında keçirilən panel iclaslarda “Mərkəzi Bankda maliyyə texnologiyaları: bu gün və gələcəyə baxış”, “Rəqəmsal bankçılıq: MDB bankları üçün risklər və imkanlar”, “Rəqəmsal biznesi müasir həllərlə reallığa çevirmək”, “Bankların dayanıqlı böyüməsi üçün zəruri transformasiya”, “Ödənişlərin gələcəyi” və s. məruzələr dinlənilib.

Xatırladaq ki, Bankçılıq Forumu 29 oktyabr-8 noyabr tarixlərini əhatə edən “Nağdsız cəmiyyət günləri” çərçivəsində keçirilir.

Bakıda IV Beynəlxalq Bankçılıq Forumu keçirilib YENİLƏNİB  VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Trabzonspor” Türkiyə Kubokunun qalibi olub

UN-Habitat mütəxəssisi: Azərbaycan şəhər bərpasına uğurlu yanaşma nümayiş etdirir

Fransada kibertəhlükələr və şəxsi məlumat sızmaları rekord həddə çatıb: CNIL nəzarəti gücləndirir

Xarici mütəxəssis: WUF13 dayanıqlı şəhərlərin gələcəyi üçün əsas qlobal platformadır

Azərbaycanın FIFA referiləri beynəlxalq oyunlara təyinat alıblar

103 ölkədən 569 QHT WUF13-lə bağlı Bakı Bəyannaməsi imzalayıb

XIV Qlobal Bakı Forumunun elanı və “Global Policy Analysis” jurnalının 12-ci buraxılışının təqdimatı olub

İş yerlərində gender bərabərliyinin təşviqi

Nigeriya nazirliyinin katibi: Azərbaycan dayanıqlı inkişaf baxımından zəngin tarixə və mədəni irsə malikdir

İlyas Demirci: WUF13-ün Azərbaycanda keçirilməsindən böyük məmnunluq duyuram

Mladen İvaniç: Qlobal Bakı Forumu digər qlobal platformalarla müqayisədə daha çox açıq dialoq mühiti ilə seçilir

Laçında keçirilən əmək yarmarkasında 21 müəssisə iş yerləri təqdim edib VİDEO

Laçında keçirilən əmək yarmarkasında 21 müəssisə iş yerləri təqdim edib VİDEO

İsmail Serageldin: Nizami Gəncəvi Beynəlxalq Mərkəzində çoxtərəfliliyə və açıqlığa olan sadiqliyimiz dəfələrlə təsdiqlənib

“Yaşıl Elektrik Enerjisinin Ötürülməsi və Ticarəti” layihəsi çərçivəsində birgə şirkət yaradılacaq

Özbəkistan Mərkəzi Bankı ilə maliyyə hesabatlılığı sahəsində qabaqcıl beynəlxalq təcrübə müzakirə edilib

Mebel sənayesi sahəsində yeni dövlət standartları qəbul edilib

ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbar istefa verib

BMT Məskunlaşma Proqramının regional direktoru: Bakı WUF13-ün keçirilməsi üçün müstəsna platforma təqdim edib

Azərbaycan iyulda keçiriləcək Esvatini İnvestisiya Konfransına dəvət edilib

WUF13 çərçivəsində mədəniyyət gecəsi

İspaniyalı mütəxəssis: Azərbaycanın şəhərlərin dayanıqlı inkişafındakı rolunu ekspertlər yüksək qiymətləndirirlər

WUF13 iştirakçısı: Azərbaycan regionda sabit və inkişaf edən mərkəz rolunu möhkəmləndirir

Tramp oğlu Donun toyunda iştirak etməyəcəyini açıqlayıb

Naxçıvan şəhərində 15,5 kilometrlik yolun asfaltlanmasına başlanılıb

Urbanist Qvardiola Qarsiya: İctimai məkanlar şəhər həyatının keyfiyyətində əsas rol oynayır

Premyer Liqa: “Qarabağ” mövsümü üç xalla bitirib

Peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi necə müəyyən olunacaq?

Pakistanlı iştirakçı: Düşünürəm ki, WUF13 şəhərlərin düzgün layihələndirilməsinə töhfə verəcək

Azərbaycanın postmünaqişə dövründə bərpa işləri sahəsindəki beynəlxalq təşəbbüsü WUF13-ün yekun sənədlərində dəstəkləndi

“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar VİDEO

“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar VİDEO

Marko Rubio və Hakan Fidan arasında görüş olub

Rusiyalı iştirakçı: WUF13 gələcəyin şəhərlərinin qurulması ilə bağlı birgə addımların müəyyənləşdirilməsinə töhfə verir

Amerikalı mütəxəssis: Azərbaycan və WUF13 dayanıqlı şəhər inkişafı üzrə təcrübə mübadiləsində mühüm rol oynayır

Nazir Rəşad Nəbiyev Xızıda vətəndaşlarla görüşüb

Kahramanmaraşlı məktəblilər Ulu Öndər Heydər Əliyevin xatirəsini yad ediblər

Prezident Ərdoğan: Türkiyə dünya boru ehtiyatlarının 73 faizinə sahibdir

Mariam Kvrivişvili: Gürcüstanın Türkiyə və Azərbaycanla əməkdaşlıq çərçivəsində Aİ-nin enerji müstəqilliyində rolu artacaq

AMEA-da “44 gün Qarabağ - işğaldan azadlığa” kitabının təqdimatı olub

Amina Mohammed: ASAN uğurlu təcrübələrini bir çox ölkə ilə bölüşür VİDEO

Amina Mohammed: ASAN uğurlu təcrübələrini bir çox ölkə ilə bölüşür VİDEO

® Azərbaycan məktəbliləri EGOI 2026-da iki medal qazanıblar

Yağıntılı hava şəraiti mayın 25-i axşamadək davam edəcək - XƏBƏRDARLIQ

“Bakı Fəaliyyətə Çağırış” sənədi

Qanalı ekspert: Azərbaycan davamlı urbanizasiyanın təşviqi üçün vacib platformaya çevrilir

Bu saata olan əsas xəbərlər

Azərbaycan ədəbiyyatında Natiq Rəsulzadənin yaradıcılığı xüsusi yer tutur

Bakıda qlobal mənzil böhranının həlli ilə bağlı fəaliyyət çağırışı qəbul edilib

Rubio: Rusiya ilə Ukrayna arasında vasitəçilik səylərini bərpa etməyə hazırıq

"Urban Expo": Azərbaycanlı gənclərin uğurlu ekoloji startapı

BMT Baş katibinin müavini Bakıda "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub YENİLƏNİB VİDEO

BMT Baş katibinin müavini Bakıda "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub YENİLƏNİB VİDEO

Anaklaudia Rossbax: Azərbaycanın ev sahibliyi ilə möhtəşəm WUF13 keçirdik

Naxçıvanda “Ağıllı şəhər və Ağıllı kənd” Startap Festivalı

Paraqvay Respublikasının Prezidenti Santyaqo Penyadan

“Aşıq Ələsgərdən Üzeyir Hacıbəyliyə: Türk dünyasının mədəni kodları” beynəlxalq simpoziumunun materialları nəşr olunub

Avrasiya Patent İdarəsinin prezidenti Əqli Mülkiyyət Agentliyində olub

Fələstinli tələbə: Dayanıqlı şəhərlərin gələcəyinin formalaşmasında beynəlxalq əməkdaşlığın rolu böyükdür

ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malikdən

Gənclər Fondu qrant müsabiqəsi elan edir

BDU əməkdaşları Qazaxıstanda beynəlxalq simpoziumda elmi məruzələrlə çıxış ediblər

WUF13-ün yamaykalı iştirakçısı: Azərbaycan dayanıqlı şəhər inkişafı sahəsində yaxşı nümunə göstərir

Koreya Xalq Demokratik Respublikasının Dövlət İşlərinin Sədri Kim Çen Indan

Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifədən

Somali ilə Azərbaycan arasında potensial əməkdaşlıq imkanları nəzərdən keçirilib

UN-Habitat-ın nümayəndəsi: Gənclər qərarvermə prosesinin bir hissəsi kimi qəbul olunmalıdırlar

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazirin müavini, Prezident Administrasiyasının rəhbəri Şeyx Mansur bin Zayed Al Nəhyandan

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin Raşid Al Maktumdan

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyandan

“Qəbələ”nin pley-off oyunundakı rəqibi bəlli olub

Muxtar Babayev: Bakı qlobal qərarların qəbul edildiyi mühüm mərkəzə çevrilməkdədir

WUF13-ün pakistanlı iştirakçısı: Azərbaycan şəhərsalma sahəsində qlobal səviyyədə mühüm rol oynayır

Ukrayna Müdafiə Nazirliyi: Rusiya döyüş meydanında 13 min dəfədən çox kimyəvi maddədən istifadə edib

BMT nümayəndəsi: WUF13 ölkədə cəmiyyət üçün konkret və hiss olunan nəticələr yaradacaq - EKSKLÜZİV

Premyer Liqa: Çempion “Sabah” mövsümü qələbə ilə başa vurub

İrana Qasımova: Səməd Vurğunun poeziyası insanlarla zaman arasında canlı dialoq formasıdır

Maimuna Mohd Şərif: WUF13-ə ev sahibliyinə görə Azərbaycanı təbrik edirəm

Misirli tələbə: WUF13-də iştirak etmək mənim üçün çox dəyərli təcrübədir

Sudanlı iştirakçı: WUF platforması ideyaların qarşılıqlı mübadiləsinə imkan yaradır

Müəllimlərin yerdəyişməsi müsabiqəsi üzrə növbəti vakansiya seçiminə başlanılır

WUF13-ün rəsmi bağlanış mərasimi keçirilib  YENİLƏNİB VİDEO

WUF13-ün rəsmi bağlanış mərasimi keçirilib  YENİLƏNİB VİDEO

® Mərkəzi Gömrük Hospitalında uroloji risklər və multidisiplinar klinik yanaşmalara həsr olunmuş elmi seminar

WUF13-ün sonuncu gününün maraqlı anları - FOTOLAR

Giorgi Xaindrava: WUF13-ün yüksək səviyyədə təşkili region üçün də mühüm əhəmiyyət kəsb edir

Tələbələr arasında “Vergilər” mövzusunda ümumrespublika olimpiadası

WUF13 iştirakçısı: İnanıram ki, Qana Azərbaycanla şəhərsalma sahəsində səmərəli əməkdaşlıq qura bilər

İsveçdə mobil telefonlar üçün fövqəladə xəbərdarlıq sistemi istifadəyə veriləcək

Nkeyi meri: WUF13 yüksək səviyyədə keçirildi və beynəlxalq tədbirin miqyasına tam uyğundur

Gəncədə vəkillər məhkumlara hüquqi yardım göstəriblər

WUF13 çərçivəsində böhran və münaqişə şəraitində mənzil hüquqları və yenidənqurma çağırışlarından danışılıb - YENİLƏNİB

Bəzi rayonlarda yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

WUF13-də mina təhlükəsinin Böyük Qayıdış prosesinə təsirindən danışılıb

SOCAR Ukraynadakı yanacaqdoldurma məntəqələrinin yarısında sığınacaqların yaradılmasını yekunlaşdırıb

Biznesin dayanıqlı artımı və inkişafı - UNEC-də beynəlxalq elmi simpozium

“Bank of Baku”dan ölkəxarici pul köçürmələrinə ENDİRİM

Cəbrayılda “Qurban Yarmarkası – Bərəkət Festivalı” təşkil olunacaq

Daşkənddə WUF13 çərçivəsində şəhər inkişafında mədəniyyətin roluna həsr olunmuş seminar təşkil olunub

WUF13-dən gözləntilər mövcud böhranın miqyasına uyğundur – MÜSAHİBƏ

Qurban bayramı ilə bağlı hazırlıq işləri yekunlaşıb

Xarici ekspert: Bakı şəhər həyatının hibrid modellərinin sınaqdan keçirilməsi üçün pilot platformaya çevrilə bilər

“Azərpoçt”un xüsusi WUF13 markası tədbirin simvollarından birinə çevrilib - REPORTAJ VİDEO

“Azərpoçt”un xüsusi WUF13 markası tədbirin simvollarından birinə çevrilib - REPORTAJ VİDEO

BMT nümayəndəsi: WUF13 qlobal mənzil böhranının həlli üçün daha sürətli və effektiv addımların atılmasına kömək edəcək

Akankşa Şarma: Uğurlu şəhər transformasiyası hərtərəfli və inteqrasiya olunmuş planlaşdırma tələb edir