Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda keçirilən beynəlxalq konfransda humanitar minatəmizləmə fəaliyyətindən bəhs olunub

Bakı, 1 aprel, AZƏRTAC

Azərbaycan Respublikası Hökuməti, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və BMT-nin İnkişaf Proqramının (UNDP) birgə təşkilatçılığı ilə aprelin 1-də Bakıda “Humanitar minatəmizləmə fəaliyyəti və Dayanıqlı İnkişaf Məqsədləri” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfrans insanların həyatı və normal yaşayış şəraiti üçün mina təhlükələrinin aradan qaldırılmasında humanitar minatəmizləmə fəaliyyətinin əhəmiyyətini müzakirə etmək məqsədilə beynəlxalq ictimaiyyət, mina əməliyyatları üzrə operator, dövlət qurumları və vətəndaş cəmiyyətindən olan mühüm simaları hibrid formatda bir araya gətirib.

Konfransın açılış mərasimində çıxış edən ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov bildirib ki, tədbir ilk olaraq mina probleminin, onun törətdiyi nəticələrin və fəsadların qlobal miqyasda işıqlandırılması və gündəmə gətirilməsi baxımından növbəti fürsətdir. Sirr deyil ki, bu gün də minalar və müharibələrin qalıqları dünyanın bir çox bölgəsində sülhə, insanların həyat və sağlamlığına, inkişafına və tərəqqisinə ən ciddi təhdid və maneələrdən biri olaraq qalır. Təbii ki, beynəlxalq miqyasda mövcud olan bu cür problem məhz qlobal səviyyədə səylərin birləşdirilməsini şərtləndirir.

"Bu konfrans bizim üçün həm də əməkdaşlıq, bölüşmə, öyrənmə və inkişaf baxımından önəmli platforma rolu oynayır. Azərbaycan Hökumətinin təşəbbüsü ilə, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin və BMT-nin İnkişaf Proqramının birgə təşkilatçılığı ilə ərsəyə gələn bu konfransa dünyanın 34 ölkəsindən 150-yə yaxın nümayəndə qatılıb. Konfransa dünyanın müxtəlif yerlərindən videoformatda qoşulan iştirakçılar da var. Düşünürük ki, bu platforma mina problemi ilə bağlı qlobal gündəlikdə dayanan ən mühüm məsələlərin işıqlandırılması, onların həlli istiqamətində səmərəli müzakirələrin təşkili üçün olduqca münbit bir mühit olacaqdır.

Konfransın mövzusu, yəni, “Humanitar minatəmizləmə fəaliyyəti və Dayanıqlı İnkişaf Məqsədləri” mövzusu Azərbaycan üçün də ən aktual məsələlərdən biridir. Azərbaycan Respublikası Prezidentinin göstərişlərinə uyğun olaraq, ölkəmizdə minatəmizləmə fəaliyyətinin həm mahiyyətcə, həm də məzmunca yeni mərhələsinə keçid istiqamətində önəmli addımlar atılır", - deyə V.Süleymanov qeyd edib.

ANAMA-nın İdarə Heyətinin sədri diqqətə çatdırıb ki, minaları yerləşdirmək asan, onları təmizləmək isə bir o qədər çətindir. Lakin Azərbaycanın 2030-cu ilədək Milli Prioritetləri sırasında azad edilmiş ərazilərin bərpası və bu ərazilərə həyatın qaytarılması əsas strateji hədəflərdən biri kimi müəyyən edilib. Bu məram Azərbaycanda minatəmizləmə fəaliyyətinə xüsusi bir anlam qatmış olur və bu işə əlavə stimul verir. 2020-ci il noyabrın 10-dan bu günədək 23 min hektardan çox ərazi təmizlənib, 55 mindən çox mina və partlamamış hərbi sursat zərərsizləşdirilib. Bunlardan 10 mini tank əleyhinə mina, 19 mini piyada əleyhinə mina, 26 mini isə partlamamış hərbi sursatlar olub. Azərbaycanda minatəmizləmə fəaliyyətinin məhz bərpa və quruculuq işləri ilə paralel, əlaqələndirilmiş aparılması özlüyündə bu fəaliyyətin Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlılığının əyani göstəricisidir. Azərbaycanın təcrübəsi, həmçinin mina probleminin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində nə dərəcədə ciddi maneələr yaratdığının bariz nümunəsidir. Bu gün ANAMA-nın gündəlik fəaliyyəti “Dayanıqlı şəhərlər və icmalar”, “Torpaq ekosisteminin mühafizəsi”, “Sənaye, innovasiya və infrastruktur”, “Layiqli əmək və iqtisadi artım” kimi Dayanıqlı İnkişaf Məqsədləri ilə bilavasitə bağlıdır.

Konfransda çıxış edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib ki, minalar, müharibənin partlamamış hərbi qalıqları münaqişələr bitdikdən sonra onilliklər boyu sülhə, inkişafa böyük əngəl törədir. Münaqişədən sonrakı dövrdə minaların təmizlənməsi önəmli problem olaraq qalır. Azərbaycan əraziləri işğaldan azad olunandan sonra minalardan və partlamamış hərbi sursatlardan çirklənmə baxımından dünyada ən yüksək yerlərdən birini tutur. Hazırda ərazilərimizdə ağaclar əvəzinə minalar var. Əlbəttə ki, Azərbaycan hökuməti bunun əksini edəcək.

"Azərbaycan hökumətinin əsas məqsədi vətəndaşların öz doğma yurdlarına təhlükəsiz şəkildə qayıtmasıdır. Bu qayıdışın hansı müddətdə baş verməsi ərazilərin minalardan təmizlənməsindən asılıdır. İşğaldan azad olunmuş ərazilərdə indiyədək 30-dan çox şəxs minaya düşərək həlak olub. Ermənistan Azərbaycana minalanmış ərazilərin xəritələrini təqdim etsə də, bunun dəqiqliyi 25 faiz təşkil edir", - deyə H.Hacıyev vurğulayıb.

Tədbirdə BMT-nin İnkişaf Proqramının köməkçi administratoru xanım Uşa Rao-Monarinin videomüraciəti təqdim olunub.

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko çıxışında bildirib ki, Aİ ANAMA-ya 2,5 milyon avro məbləğində yardım göstərib. Bunun 1,5 milyonu humanitar məqsəd - minalardan təmizlənmə üçün nəzərdə tutulub. Bundan əlavə, UNICEF vasitəsilə 500 min avro məbləğində vəsait ayrılıb.

O deyib ki, Aİ minalardan təmizlənmə sahəsində ANAMA-nı dəstəkləyir, BMT-nin İnkişaf Proqramı ilə sıx əməkdaşlıq edir, öz təcrübələrini bölüşür. Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında ekoproqram çərçivəsində əməkdaşlıq mövcuddur.

"Minalar dəhşətli silahdır və hərbçi ilə mülki əhali arasında fərq qoymur. Bunun üçün də mina qurbanlarının 80 faizi uşaqlardır. Minalardan təmizlənmə insanlar üçün lazımdır, əhalinin gələcəyi üçün bu problemlər həll olunmalıdır", - deyə Peter Mixalko qeyd edib.

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp bildirib ki, insanlar 30 il əvvəl tərk etdiyi torpaqlarına qayıtmaq istəyir, bunun üçün isə bu ərazilər minalardan təmizlənməlidir. ANAMA-ya daha çox yardım göstərilməlidir. Böyük Britaniya bu problemin həllinə, insanların ağrılarının azalmasına, sülhə öz töhfəsini verir.

"Mən azad olunmuş ərazilərdə olmuşam, bu torpaqlarda yenidənqurma işlərini görmüşəm. Yollar, hava limanı, dəmiryolu tikilir. Mən bunlara şahid olmuşam. Bu, böyük nailiyyətlərdir və bu münasibətlə sizi təbrik edirəm", - deyə səfir bildirib.

Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin mina probleminin ciddi beynəlxalq məsələ olduğunu vurğulayıb. Deyib ki, bu problem insan həyatı üçün davamlı təhlükə mənbəyidir. Qeyd edib ki, minalar kimyəvi və bioloji silahlar qədər təhlükəli hesab olunmalıdır. BMT bu sahədə səylərini artırmalıdır. O, mina problemi ilə bağlı fikir və təcrübə mübadiləsinin aparıldığı bu konfransın Azərbaycanda və digər ölkələrdə minatəmizləmə prosesinin fəallaşdırılmasına əlavə təkan verəcəyinə ümidvar olduğunu deyib.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva diqqətə çatdırıb ki, BMT-nin hesabatına görə, son bir ildə 7 minə yaxın insan mina partlayışlarından həlak olub və ya yaralanıb. Azərbaycanda isə son 1 il yarımda 100-dən çox belə hal qeydə alınıb.

“Hamımız evə qayıtmaq istəyirik, amma ətraf minalardan təmizlənməyibsə, insan özünü evindəki kimi hiss edə bilməyəcək. Mina təhlükəsi çox böyükdür. Biz minalardan azad dünya qurmalıyıq, səylərimizi birləşdirməliyik.

Biz BMT olaraq Azərbaycanın yanında olmağa davam edəcəyik ki, hər bir qadın, uşaq, kişi öz evində təhlükəsiz yaşasın”,- deyə Vladanka Andreeva əlavə edib.

“Sülhün Kökləri” humanitar təşkilatının təsisçisi və rəhbəri Haydi Kün ən dəhşətli minaları Azərbaycanda gördüyünü deyib. Bildirib ki, minalar nəinki Azərbaycandan, hər yerdən təmizlənməlidir. BMT-nin digər Dayanıqlı İnkişaf Məqsədi minalardan təmizlənmə olmalıdır.

BMT-nin İnkişaf Proqramının Azərbaycandakı sabiq rəhbəri Ercan Murat nəzərə çatdırıb ki, ANAMA təkcə Azərbaycanda deyil, Əfqanıstanda, Türkiyədə minaların təmizlənməsinə öz dəstəyini verib. BMT bunu yüksək qiymətləndirir. Konfransın nəticələri və tövsiyələri beynəlxalq inkişaf və humanitar minatəmizləmə ictimaiyyətinə təqdim olunacaq ki, bu da gələcək əməkdaşlığa zəmin yaradacaq.

Konfrans çərçivəsində "Ümumdünya Minatəmizləmə Fəaliyyəti-inteqrasiya yanaşması", "Azərbaycanda Minatəmizləmə Fəaliyyəti, imkanlar və çağırışlar", "Minatəmizləmə fəaliyyəti və Davamlı İnkişaf Məqsədləri, Qadın - Minaaxtaran", "Zərərçəkənlərə yardım (minatəmizləmədə insan faktoru)", "Vətəndaş cəmiyyəti və Humanitar Minatəmizləmə Fəaliyyəti" mövzularında panel iclasları keçirilib.

Tədbir çərçivəsində ANAMA ilə Türkiyənin İnsan Hak ve Hürriyetleri ve İnsani Yardım Vakfı (İHH) və Türk QHT İnsani Mayın Faaliyeti Derneği (İMFAD), Rusiyanın “ENERQOTRANSPROYEKT” Elmi-tədqiqat və layihə-axtarış energetika və nəqliyyat institutu” MMC, Sloveniya Respublikasının “İTF İnsan Təhlükəsizliyinin Artırılması” təşkilatı arasında anlaşma memorandumları imzalanıb.

Sonra keçirilən panel müzakirələrin nəticələrinə dair təqdimat olub.

Daha sonra çıxış edən ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov bildirib ki, konfrans iştirakçılarının Ağdama səfəri, onların mina probleminin miqyası ilə tanış olması ümumilikdə daha dəqiq təəssüratların formalaşması, problemin miqyasının və ciddiliyinin daha dəqiq qavranılmasında həlledici amillərdən biri oldu. “İnanırıq ki, konfransın işi bu mövzunun beynəlxalq miqyasda gündəmə gətirilməsinə, onun aktuallığının bir daha geniş ictimaiyyətə çatdırılmasına az da olsa töhfəsini verəcək. Biz həm də onu müşahidə etdik ki, müzakirələr nəticəsində irəli sürülən təkliflər əsasən üst-üstə düşür və bütün iştirakçılar bir çox məsələlərlə bağlı vahid mövqedən çıxış edirlər. Düşünürük ki, bu, qlobal səylərin koordinasiyası və vahid məqsədlər ətrafında birləşdirilməsi üçün ən önəmli amillərdən biridir. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi olaraq həm Qlobal Etimad Fondunun yaradılması, həm də minatəmizləmə fəaliyyətinin yeni Dayanıqlı İnkişaf Məqsədi perspektivindən qiymətləndirilməsi təkliflərini alqışlayırıq. Ümid edirik ki, bu istiqamətdə müşahidə etdiyimiz vahid mövqe tezliklə öz real nəticələrini göstərəcək”, - deyə Vuqar Süleymanov diqqətə çatdırıb.

Qeyd edək ki, tədbir uzunmüddətli sülh və sosial-iqtisadi inkişaf üçün humanitar minatəmizləmə fəaliyyətinin potensialı ilə 2030-cu ildə davamlı inkişaf gündəliyinin nailiyyəti arasındakı əlaqələri, hər yerdə zorakılığın və onunla bağlı ölüm hallarının bütün formalarını əhəmiyyətli dərəcədə azaltmağa çalışan 16-cı Dayanıqlı İnkişaf Məqsədini araşdırıb. Bundan əlavə, məcburi köçkünlərin öz doğma yurdlarına “Böyük Qayıdış” adı ilə geri qaytarılması “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın Milli Prioritetləri” proqramının mühüm tərkib hissəsidir ki, bu zaman Dayanıqlı İnkişaf Məqsədləri vətəndaşların Azərbaycanın münaqişədən zərər çəkmiş ərazilərinə davamlı şəkildə köçürülməsində əsas sütuna çevrilir.

Konfrans Azərbaycanda humanitar minatəmizləmə fəaliyyəti infrastrukturunun və potensialının gücləndirilməsi üzrə davamlı səylərə əsaslansa da, onun məqsədi həm də hazırda dünyada mövcud olan ən qabaqcıl texnologiyalar haqqında məlumatlılığı artırmaq və ölkə, Azərbaycanın münaqişədən zərər çəkmiş ərazilərində əsaslı yenidənqurma, bərpa işlərini həyata keçirdiyi üçün intensiv minatəmizləmə fəaliyyətlərindən əldə olunmuş ən yaxşı təcrübələri, öyrənilmiş dərsləri təklif etməkdir.

“Humanitar minatəmizləmə fəaliyyəti üzrə mükəmməllik laboratoriyası” kimi mövqe tutmaq məqsədi daşıyan Azərbaycan öz təcrübəsini dünya üzrə humanitar və inkişaf sahəsində fəaliyyət göstərən iş icraçıları ilə bölüşməyə, tərəfdaşlıq əlaqələrini gücləndirməyə və geniş əməkdaşlıq mexanizmləri yaratmağa çalışır.

BMTİP ilk dəfə 1993-cü ildə Kambocada Humanitar minatəmizləmə fəaliyyəti dəstəkləməyə başladığı andan etibarən minatəmizləmə fəaliyyətinin inkişafı barədə müzakirələrə daxil edilməsinin güclü tərəfdarı olub. O vaxtdan etibarən BMT-nin İnkişaf Proqramı 40-dan çox ölkədə minatəmizləmə fəaliyyəti üzrə proqramları dəstəkləyib və hazırda BMT-nin Minalarla Mübarizə Strategiyasına (2019-2023) uyğun olaraq, minatəmizləmə fəaliyyətinə yanaşmaların inkişafı üzrə aparıcı təşkilatı hesab edilir.

BMT-nin İnkişaf Proqramı 1999-cu ildə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) yaradılmasına kömək edib və bu günədək onun işinə, o cümlədən 806 mindən çox mina və partlamamış hərbi sursatın təmizlənməsi, insanların evlərinə təhlükəsiz qayıtmasının təmin olunmasına dəstək göstərir. Bundan əlavə, BMTİP fövqəladə hallara cavab qruplarının təlimi, təchiz edilməsi və yerləşdirilməsi üçün maliyyə vəsaitinin təmin olunmasında da Agentliyə yardım edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar