Azərbaycan Dövlət İnformasiya Agentliyi

BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR

Bakı, 7 mart (AZƏRTAC). Martın 7-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdı.

“Təzə bazar” MMC-nin həyətindəki yarmarkada alıcıların və satıcıların rahatlığı üçün hər cür şərait yaradılmış, məhsulların keyfiyyəti sanitariya-gigiyena nəzarətindən keçirilmişdı. Burada sakinlərə Sabirabad, Zərdab, Gədəbəy və digər rayonlardan gətirilmiş 15 tondan çox məhsul, o cümlədən 2 ton ət, 0,3 ton ağartı, 5 ton tərəvəz, 3,5 ton meyvə, 4 ton kartof, 4 min ədəd yumurta, 70 kiloqram bal təklif olunurdu. Gədəbəyli fermer Arzu Tanrıquliyev yarmarkaya gətirdiyi 5 ton kartof, soğan, yerkökü və çuğunduru münasib qiymətə satırdı. Fermer hər həftə yarmarkaya məhsul gətirəcəyini bildirdi. Alıcı Sakitə Cavadovanın sözlərinə görə, yaxın ərazidə yaşadığından hər həftə buradan bazarlıq edir. Məhsulların qiyməti münasib, keyfiyyəti isə yüksəkdir.

A.Şərifzadə küçəsində, metronun “İnşaatçılar” stansiyasının yaxınlığındakı yarmarkada Novruz ab-havası duyulurdu. Bu, yarmarkaya gətirilmiş kənd təsərrüfatı məhsullarının çeşidinin çoxluğundan, xüsusilə də bayram çərəzlərinin bolluğundan hiss olunurdu. Yarmarkada Quba, Qusar, Salyan, Dəvəçi, Astara, İmişli və digər rayonların fermerlərinin gətirdiyi məhsullar çoxluq təşkil edirdi. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Vahid Zərgərovun verdiyi məlumata görə, fermerlər və şəxsi təsərrüfat sahibləri satışa 78,6 ton məhsul çıxarmışlar. Bütün məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılır, ət məhsulları baytar müayinəsindən keçirilir.

Həmişə olduğu kimi, bu gün də Salyan rayonunun Qızılağac kəndindən - Söhrab Böyükağa oğlunun “Qırxçıraq” fermer təsərrüfatından gətirilmiş mal və qoyun ətlərini almaq üçün növbə yaranmışdı. Burada ət bazar qiymətlərindən xeyli aşağı - mal əti 4 manat 50 qəpiyə, qoyun əti 5 manat 60 qəpiyə satılırdı.

Badamdar qəsəbəsinin mərkəzində, 9, 7 və 5 mərtəbəli binaların həyətində, 239 nömrəli məktəbin yaxınlığındakı yarmarkaya Ağdaş, Salyan, Sabirabad, Masallı, Quba və digər rayonlardan 16 tondan çox kənd təsərrüfatı məhsulları, Giləzi, Hacıqabul quşçuluq fabriklərindən 11 min 200 ədəd yumurta gətirilmişdir.

Novruz bayramı ərəfəsində yarmarkaya gələnlərin sayı xeyli artmışdır. Qəbələdən qoz və fındıq gətirmiş Kənan Həsənov artıq 150 kiloqramdan çox məhsul satdığını bildirmışdır. Fermer qozun kiloqramını 2 manata, fındığı isə 1 manat 80 qəpiyə təklif edirdi.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri qiymətə və keyfiyyətə nəzarət edirdilər. Yarmarkada təklif olunan məhsulların qiyməti bazardakından 25-30 faiz ucuz idi.

Qəsəbə sakinləri yarmarkaların davamlı təşkilinə görə minnətdarlıqlarını bildirirdilər.

Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzində təşkil edilmiş yarmarkada Qəbələ, Qax, Ağcabədi, Biləsuvar, Quba, Salyan, Kürdəmir və Şəmkir rayonlarından gətirilmiş 266,3 ton meyvə, tərəvəz və digər kənd təsərrüfatı məhsulları şəhər əhalisi tərəfindən həvəslə alınırdı. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Namiq Qüdrətov bildirdi ki, yarmarkaya çıxarılan məhsulların çeşidi artırılmışdır. Satılan məhsulların qiyməti bazardakından 20-25 faizə qədər ucuzdur. Satışda fındıq, şabalıd, qoz və müxtəlif meyvə qurusu üstünlük təşkil edir. Burada qozun və fındığın kiloqramı 1 manat 80 qəpiyə, mal əti 4 manata, qoyun əti isə 4 manat 50 qəpiyə təklif olunurdu. Yarmarkada alış-veriş üçün hər cür şərait yaradılmışdı, məhsulların keyfiyyətinə nəzarət edilirdi.

Suraxanıda “Günəş” ticarət mərkəzindəki yarmarkada şəhər sakinlərinə Samux, Daşkəsən, Quba, Biləsuvar və digər rayonlardan gətirilmiş 55 ton  550 kiloqram məhsul təklif olunurdu. Havaların xoş keçməsi və bayram ovqatı şəhər sakinlərinin yarmarkaya axınını gücləndirmişdir. Burada fermerlərə və şəxsi təsərrüfat sahiblərinə satışa daha çox və müxtəlif çeşidli məhsul çıxarmalarına imkan yaradılmışdır. Yarmarkaya gətirilən məhsullar arasında kartof, soğan, yerkökü, kələm, balqabaq, ət, süd məhsulları, göyərti, alma, qoz, fındıq, habelə istixanalarda yetişdirilmiş pomidor və xiyar, eləcə də Novruz bayramında istifadə olunan digər məhsullar çoxluq təşkil edirdi. Burada yumurtanın biri 7-10 qəpiyə, almanın kiloqramı 30-70 qəpiyə, qoz ləpəsi 3-6 manat, şabalıd 1 manat 50 qəpik-4 manata, xurma 30-80 qəpiyə, qoyun əti 5 manat-5 manat 50 qəpiyə, mal əti 4 manat 60 qəpiyə, quş əti 3 manat-3 manat 80 qəpiyə satılırdı.

“Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkada Cəlilabad rayonunun fermerləri sakinlərə 9 ton 300 kiloqram məhsul təklif edirdilər. Burada sakinlərə bazar qiymətlərindən xeyli ucuz ət, ağartı, kartof, soğan, sitrus meyvələri, alma, nar, heyva, toyuq əti, yumurta, kələm, balqabaq, göyərti və s. təklif edirdilər.

Yarmarkaya 64 tondan çox məhsulun çıxarıldığını bildirən Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmov, bütün məhsulların keyfiyyətinin ciddi surətdə yoxlanıldığını, xüsusilə ət məhsullarının baytar müayinəsindən keçirildiyini diqqətə çatdırmışdır.

Alıcılar burada yaradılan şəraitdən, məhsulun bolluğundan və qiymətlərin münasibliyindən razılıq edirdilər.

Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin qarşısındakı yarmarkada kələmin kiloqramı 40 qəpiyə, kartof 30, alma isə 25 qəpiyə təklif olunurdu. Sakinlər qiymətləri bazardakından 30-35 faiz ucuz olan məhsulları həvəslə alırdılar. Ağsu Rayon İcra Hakimiyyəti başçısının müavini Elxan Abdullayev bildirmişdir ki, bu gün rayonun fermerləri satışa 2,5 ton kartof, 1,2 ton soğan, 2,2 ton alma, digər meyvə-tərəvəz və bostan məhsulları çıxarmışlar.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Qalib Hacızadənin dediyinə görə, Ağsu və Qazax rayonlarından yarmarkaya satışa 18,7 ton məhsul gətirilmişdir.

Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkaya Bərdə, Goranboy və Ağstafadan gətirilmiş meyvə-tərəvəz, süd və bostan məhsulları satılırdı.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Eminovun verdiyi məlumata görə, Nərimanov rayonunun Ə.Əliyev küçəsindəki yarmarkada fermerlər həmişəkindən daha çox - 54,1 ton məhsul çıxarmışdılar. Onların arasında kartof, soğan, kələm, ət, süd məhsulları, göyərti, alma, habelə istixana şəraitində yetişdirilmiş pomidor, xiyar və s. çoxluq təşkil edirdi.

Nərimanov Rayon İcra Hakimiyyətinin və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri yarmarkada qayda-qanuna nəzarət etmişlər.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avropada hava nəqliyyatı sərnişinləri üçün daha güclü müdafiə mexanizmi yaradılır

Göyçayda minik avtomobilləri toqquşub, 2 nəfər xəsarət alıb

İspaniya millisi dünya çempionatına heç-heçə ilə başlayıb

Azərbaycan Ordusunda Milli Qurtuluş Günü münasibətilə silsilə tədbirlər təşkil olunub

Xankəndi Mədəniyyət Mərkəzində ilk dəfə Milli Qurtuluş Gününə həsr edilən təntənəli konsert olub

Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib

ŞKTC XİN: Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsini hörmətlə anırıq

Dövlət Komitəsi Milli Qurtuluş Günü münasibətilə videoçarx hazırlayıb

Şəlalə Kamilova: İqtisadiyyatın strateji əhəmiyyətli sahələrində qadınların iştirakının genişləndirilməsi xüsusi aktuallıq kəsb edir

Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib

İstanbulda Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən bəhs olunub

Janna Aydarova: Orta Dəhlizin gələcəyi Qazaxıstanla Azərbaycanın əməkdaşlığından asılıdır

“Romeo və Cülyetta”da gözlənilməz qonaq – Əsas qəhrəmanın ölüm səhnəsi gülüşlərlə yadda qalıb

Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq

ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq

Nargiza Miralimova: Logistika sahəsində qadın liderliyinin inkişafı regional əməkdaşlığın möhkəmlənməsinə töhfə verir

Azərbaycan və Venesuela arasında idman sahəsində əlaqələr genişləndirilir

Qubada “Əsrlərin əks-sədası: Əcdadların musiqi irsi – keçmişdən bu günə” adlı fotosərgi və konsert proqramı təşkil edilib

Karpat hövzəsinin qədim sakinləri

Bu saata olan əsas xəbərlər

"Panatinaikos" Ergin Atamanla yollarını ayırıb

Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb

Sabah əksər yerlərdə hava yağıntılı və dumanlı olacaq, magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Burhanettin Duran: Milli Qurtuluş Günü Azərbaycan xalqının gələcəyinə sahib çıxmasının rəmzidir

Astanada ortaq türk əlifbasının gələcək tətbiqinə dəstəyi təsdiqləyən Bəyannamə imzalanıb

ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib

İğdır Universitetinin rektoru: Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan qardaşlığının yol göstərən ulduzudur

® Moody’s ABB-nin reytinqini yüksək səviyyədə saxlayıb

Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya 1993-cü ildən sonra müəyyənləşdirilib – ŞƏRH

Sorğu: Ukraynalıların əksəriyyəti rus dilinin rəsmi səviyyədə istifadədən çıxarılmasını dəstəkləyir

Gürcüstan və Serbiya prezidentlərinin görüşündə regional təhlükəsizlik məsələləri diqqətdə olub

Azərbaycanın iki boksçusu Dünya Kubokuna qələbə ilə başlayıb

Şuşa Bəyannaməsi: Zəfər rəmzindən yeni regional nizamın formalaşmasına doğru

Tovuzda su kanalından kişi meyiti tapılıb

Üç aylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır

“Azərbaycan rüzgarı”nın növbəti buraxılışı Milli Qurtuluş Gününə həsr edilib

Səbinə Tanrıverdiyeva: Logistika sahəsində qadın liderliyi regional əməkdaşlığın inkişafına töhfə verir

Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır

Seçmə mərhələ: Azərbaycan millisinin rəqibləri bəlli olub

Milli Qurtuluş Günü Qaxda silsilə tədbirlərlə qeyd olunub

Azərbaycanın müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib

Türkiyə Prezidenti Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib

Kir Starmerlə əlaqəli əmlakların və avtomobilin yandırılmasına görə 2 nəfər təqsirli bilinib

Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır

Numan Kurtulmuş: Türkiyə ilə Azərbaycanı ortaq tarixi yaddaş, mədəniyyət və tale birləşdirir

Azərbaycan boksçuları Serbiyada 13 medal qazanıblar

Tunis yığmasının baş məşqçisi istefa verib

AFFA-nın baş katibi FIFA-nın sammitində

Hulusi Kılıç: Şuşa Bəyannaməsi Türkiyə ilə Azərbaycanın potensialının birləşməsi üçün güclü stimuldur

Milli Qurtuluş Günü Azərbaycan tarixində yeni mərhələnin başlanğıcıdır

Müdafiə naziri: Azərbaycan Ordusunun şəxsi heyətinin Böyük Qayıdışa layiqli töhfələr verməsi Vətənə sədaqət nümunəsidir

Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır

Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir

Türkiyə ictimaiyyəti Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edir

Kir Starmer: 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının əbədi və sarsılmaz birliyini təsdiqləyən tarixi manifestdir ŞƏRH

Türkiyə Müdafiə Nazirliyi: Ankara və Bakı bundan sonra da çiyin-çiyinə dayanacaq

Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib

“Qara Canavar” evinə qayıdıb: Nazim Sadıxov Bakıda yenidən tarix yazmaq əzmindədir

G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb

Azərbaycan məhsulları Moskvada təqdim olunub

Şuşada beynəlxalq konfrans: Cənubi Qafqazda sülh quruculuğu müzakirə olunub YENİLƏNİB VİDEO

Şuşada beynəlxalq konfrans: Cənubi Qafqazda sülh quruculuğu müzakirə olunub YENİLƏNİB VİDEO

Azərbaycanlı futbolçu Kipr klubuna keçib

Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək

Avropalı liderlər ABŞ ilə İran arasında əldə olunan razılaşmanı alqışlayıblar

Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir

“Real Madrid” Mark Kukurellanın keçidini açıqlayıb

Buğda üzrə orta məhsuldarlıq ötən illə müqayisədə 19,5 faiz artıb VİDEO

Buğda üzrə orta məhsuldarlıq ötən illə müqayisədə 19,5 faiz artıb VİDEO

Deputat: Şuşada keçirilən beynəlxalq konfrans Azərbaycanın sülh təşəbbüslərinin təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır VİDEO

Deputat: Şuşada keçirilən beynəlxalq konfrans Azərbaycanın sülh təşəbbüslərinin təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır VİDEO

Milli Qurtuluşdan başlanan yol bu gün Azərbaycanı qalib, suveren və qüdrətli dövlət zirvəsinə yüksəldib - ŞƏRH

TDT-nin Baş katibi: 15 İyun milli birliyin, dözümlülüyün və ölkənin davamlı inkişafı ilə tərəqqi yolunun rəmzi kimi çıxış edir

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaq

Ombudsman: Ulu Öndər Heydər Əliyevin siyasi müdrikliyi sayəsində Azərbaycanın inkişaf yolunun möhkəm təməli qoyuldu

Kürşad Zorlu: Müttəfiqlik səviyyəsinə yüksələn münasibətlərimiz mühüm nəticələr verir VİDEO

Kürşad Zorlu: Müttəfiqlik səviyyəsinə yüksələn münasibətlərimiz mühüm nəticələr verir VİDEO

XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmanı alqışlayırıq

Baş nazir Əli Əsədov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycan avarçəkəni Portuqaliyada ikinci qızıl medalını qazanıb

Milli Qurtuluş Günü - Dövlətçiliyin xilası, xalqın gələcəyə inamının bərpası və müstəqilliyin qorunması ŞƏRH

"Sabah"ın yeni idman direktorunun adı məlum olub

Şuşa Bəyannaməsi: Azərbaycan-Türkiyə münasibətlərində yeni mərhələ ŞƏRH

İspaniya millisi dünya çempionatında mübarizəyə başlayır

Yaxın Şərqdə sabitliyin bərpası dünya bazarında neftin qiymətinə təsirsiz ötüşməyib

Pakistanın xüsusi nümayəndəsi: Şuşa Azərbaycanın mədəni irsinin rəmzidir VİDEO

Pakistanın xüsusi nümayəndəsi: Şuşa Azərbaycanın mədəni irsinin rəmzidir VİDEO

Mikita Poturayev: Ukrayna daim Azərbaycanın ərazi bütövlüyünün bərpasını dəstəkləyib VİDEO

Mikita Poturayev: Ukrayna daim Azərbaycanın ərazi bütövlüyünün bərpasını dəstəkləyib VİDEO

Azərbaycan nümayəndə heyəti UNESCO-nun tədbirlərində iştirak üçün Parisə yollanıb

Londonda Milli Qurtuluş Gününə həsr olunan şahmat turniri

Myanma Prezidentinin Çinə səfəri başlayıb

Şamaxıda Milli Qurtuluş Günü qeyd olunub

Kürdəmirdə Milli Qurtuluş Gününə həsr olunan konsert təşkil edilib VİDEO

Kürdəmirdə Milli Qurtuluş Gününə həsr olunan konsert təşkil edilib VİDEO

Güclü istilər səbəbindən Fransanın nüvə elektrik stansiyalarında istehsal məhdudlaşdırıla bilər

Çin eyni raketlə orbitə 8 peyk çıxarıb VİDEO

Çin eyni raketlə orbitə 8 peyk çıxarıb VİDEO

Höteborqda son on ildə evsizlərin sayı təxminən iki dəfə azalıb

Bu saata olan əsas xəbərlər

Paytaxtda yollar yenilənir: 6 rayonda təmir işlərinə start verilir

Səfir: Çin və Azərbaycan arasında iqtisadi əməkdaşlıq son illərdə yüksək artım tempi nümayiş etdirir VİDEO

Səfir: Çin və Azərbaycan arasında iqtisadi əməkdaşlıq son illərdə yüksək artım tempi nümayiş etdirir VİDEO

15 iyun Azərbaycan xalqının taleyində mühüm dönüş nöqtəsidir – ŞƏRH

Şamil Ayrım: Şuşa Bəyannaməsi regional sülhün strateji yol xəritəsidir VİDEO

Şamil Ayrım: Şuşa Bəyannaməsi regional sülhün strateji yol xəritəsidir VİDEO