Bakıda MDB Müdafiə Nazirləri Şurasının növbəti iclası keçiriləcək
Bakı, 28 oktyabr, AZƏRTAC
Oktyabrın 30-da Bakıda Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbəti iclası keçiriləcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Azərbaycan Müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Rusiya Federasiyasının Müdafiə naziri, ordu generalı Sergey Şoyqu, Belarus Respublikasının Müdafiə naziri, general-leytenant Andrey Ravkov, Qazaxıstan Respublikasının Müdafiə naziri, general-mayor Nurlan Yermekbayev, Özbəkistan Respublikasının Müdafiə naziri, general-mayor Bahodir Kurbanov, Tacikistan Respublikasının Müdafiə naziri, general-polkovnik Mirzo Şerali və Qırğızıstan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Rayimberdi Duyşenbiyev iştirak edəcəklər.
İclasda hərbi əməkdaşlığın hazırkı vəziyyəti və qarşıda duran məsələlər müzakirə olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [22:28]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 27.09.2026 [20:04]
Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub
- 27.09.2026 [09:00]
27 Sentyabr – Böyük Qələbəyə yol açan tarixi gün
- 25.09.2026 [20:02]
Üç ölkənin hərbi qulluqçuları taktiki fəaliyyətləri yerinə yetiriblər
- 25.09.2026 [17:30]