Bakıda Mərakeş İrsi Günləri keçiriləcək
Bakı, 9 sentyabr, AZƏRTAC
Mərakeş Krallığının Azərbaycandakı səfirliyinin “Joussour des Arts et de la Créativité” Mərakeş Assosiasiyası ilə tərəfdaşlığı çərçivəsində sentyabrın 10-dan 14-dək Bakıda Mərakeş İrsi Günləri keçiriləcək.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, tədbir çərçivəsində Azərbaycan ictimaiyyətinə Mərakeşin zəngin mədəni irsi dəb, fotoqrafiya, musiqi, qastronomiya, ənənəvi sənətkarlıq və turizm vasitəsilə təqdim olunacaq.
Tədbir günlərində Mərakeş mədəniyyətinin rəmzlərindən olan kaftana xüsusi yer ayrılacaq. “Mərakeş kaftanı: Sənət, ənənələr və bacarıqlar” 2025-ci ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına daxil edilib. Sərgidə, həmçinin Mərakeşin cənub vilayətlərində qadınlara xas ənənəvi geyim – Mlehfa nümayiş etdiriləcək.
Tədbir Mərakeş və Azərbaycan arasında mədəni və insanlararası əlaqələrin daha da möhkəmləndirilməsinə, iki ölkənin zəngin irsinin qarşılıqlı tanıdılmasına xidmət məqsədilə təşkil olunur.
Qeyd edək ki, Mərakeş və Azərbaycan arasında diplomatik əlaqələr 1992-ci ildə qurulub. 2024-cü ilin avqustunda iki ölkə arasında vizasız rejim haqqında sazişin qüvvəyə minməsi turizm və mədəni mübadilələr üçün yeni imkanlar yaradıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [18:44]
Hacı İsmayılov: Şarovskinin özünəməxsus yeri var idi
- 09.09.2026 [18:29]
Loğman Kərimov: Aleksandr Şarovski bütün varlığı ilə teatra bağlı idi
- 09.09.2026 [17:29]
Elmira Axundova: Aleksandr Şarovski bütöv bir epoxa idi
- 09.09.2026 [16:05]
Xalq artisti Aleksandr Şarovski son mənzilə yola salınıb YENİLƏNİB
- 09.09.2026 [15:33]
Xurşidbanu Natəvan – qəlbinin səsini şeirə köçürən söz ustası
- 09.09.2026 [15:13]
Qırğız ədəbiyyatının dünyaşöhrətli siması - Çingiz Aytmatov
- 09.09.2026 [14:40]
Aleksandr Yakovleviç Şarovski
- 09.09.2026 [14:25]