Bakıda NATO-nun Əməliyyat İmkanları Konsepsiyası proqramı çərçivəsində kurs keçirilir
Bakı, 17 aprel, AZƏRTAC
NATO-nun Hərbi Tərəfdaşlıq İdarəsinin təşkilatçılığı ilə ilk dəfə Bakıda NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində NATO və tərəfdaş ölkələrin hərbi qulluqçuları üçün “ƏİK Məlumat Bazası” təlim kursu keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə NATO-ya 25 üzv və tərəfdaş ölkədən 60-dək nümayəndə iştirak edir.
Kurs aprelin 19-dək davam edəcək.
Qeyd edək ki, Azərbaycan 2004-cü ildən ƏİK proqramına qoşulub.