CƏMİYYƏT
Bakıda qətldə şübhəli bilinən şəxs barəsində cinayət işi başlanılıb
Bakı, 24 oktyabr, AZƏRTAC
Oktyabrın 24-də 1972-ci il təvəllüdlü Araz Həsənovun ölməsi barədə Nəsimi Rayon Prokurorluğuna məlumat daxil olub.
Nəsimi Rayon Prokurorluğundan AZƏRTAC-a bildirilib ki, araşdırmalarla 1963-cü il təvəllüdlü Səyavuş Abbasovun Nəsimi rayonu ərazisində aralarında yaranmış mübahisə zamanı Araz Həsənova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb, Səyavuş Abbasov şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.07.2024 [13:13]
Sabah Bakıda və Abşeron yarımadasında temperaturun 30-35° olacağı gözlənilir
- 03.07.2024 [12:42]
“ASAN xidmət” modeli İndoneziyaya ixrac edilib
- 03.07.2024 [12:33]
İyulun 3-ü Beynəlxalq Polietilen Paketdən İmtina Günüdür
- 03.07.2024 [11:54]
FHN: Ötən sutka ərzində biri azyaşlı olmaqla 4 nəfər xilas edilib
“Lokomotiv və vaqonlar” hazırdır
- [11:11]
İran səfirliyi Azərbaycan dövlətinə təşəkkür edib
- 02.07.2024 [23:38]