Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyasının V plenar iclası keçirilmişdir

Bakı, 13 iyun (AZƏRTAC). İyunun 13-də Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) V plenar iclası keçirilmişdir.

AZƏRTAC xəbər verir ki, iclası açan Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov V plenar iclasda aparılacaq fikir mübadilələrinin, veriləcək tövsiyələrin, qəbul olunacaq qərarların təşkilatın qarşısında duran vəzifələrin yerinə yetirilməsinə kömək edəcəyinə əminliyini bildirmişdir.

Milli Məclisin sədri türkdilli xalqların tarixindən, keçdiyi inkişaf yolundan danışmışdır. Bildirilmişdir ki, tarix boyu dünyanın çox geniş bir ərazisinin geosiyasi mənzərəsini müəyyən edən türkdilli xalqlar vahid sivilizasiya əlamətlərini heç zaman itirməmişlər.

Vurğulanmışdır ki, Türkdilli Ölkələrin Parlament Assambleyası 5 ildən artıq fəaliyyəti ilə özünü xalqlarımızı bir-birinə daha da yaxınlaşdırmağın səmərəli bir vasitəsi kimi göstərə bilmişdir. Assambleya çərçivəsində işbirliyi dövlətlərimiz arasında siyasi, iqtisadi, mədəni və digər əlaqələrin daha da dərinləşməsinə şərait yaratmışdır.

Oqtay Əsədov demişdir: “TürkPA-nın üzvü olan parlamentlər öz ölkələrinin siyasi və ictimai həyatında vacib rol oynayırlar. Onların vahid bir assambleyada birləşməsi ümumi məqsədlərimizin həyata keçirilməsi yollarının axtarılmasına kömək göstərir. TürkPA tarix, dil və mədəniyyət ümumiliyinin verdiyi imkanlardan istifadə edərək xalqlarımızın və dövlətlərimizin ümumi problemlərinin açıq müzakirəsi üçün əlverişli siyasi dialoq forumu rolunu oynayır.

Bu gün Türkdilli Ölkələrin Parlament Assambleyası dünyanın nüfuzlu regional qurumlarından biridir. Təşkilatımız Parlamentlərarası İttifaqda və İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqında müşahidəçi statusuna malikdir, ATƏT-in Parlament Assambleyasında xüsusi qonaq kimi iştirak edir.

Avropa Parlamenti, MDB-nin Parlamentlərarası Assambleyası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisi, Rusiya Federal Məclisinin Federasiya Şurası ilə əməkdaşlıq əlaqələri həyata keçirilir. Təşkilatın beynəlxalq fəaliyyətinin bir uğuru da TürkPA-nın baş katibinin Parlament Baş Katibləri Assosiasiyasına üzv qəbul edilməsi olmuşdur”.

Oqtay Əsədov bildirmişdir ki, Türkdilli Ölkələrin Parlament Assambleyasının fəaliyyəti ölkələrimiz arasında siyasi, ticari-iqtisadi, mədəni, humanitar əlaqələrin inkişafında parlament diplomatiyasının zəngin potensialından istifadə edilməsinə yol açır. Ənənəvi diplomatiya mexanizmlərini tamamlayan parlament diplomatiyası dövlətlərin qarşılaşdığı problemlərin həllinə parlament vasitələrinin köməyi ilə sanballı töhfə verir.

O.Əsədov demişdir: “TürkPA-nın üzvü olan hər bir dövlətin uğuru digər dövlətlərin uğurudur. Bizim dövlətlərimiz siyasi, iqtisadi və hərbi cəhətdən nə qədər güclü olarsa, onların ümumi işimizə verə biləcəyi töhfə də bir o qədər böyük olar”.

Diqqətə çatdırılmışdır ki, hazırda ölkələrimizin yerləşdiyi bölgələrdə həyata keçirilən nəhəng iqtisadi layihələr Avropa ilə Asiyanı, Şimal ilə Cənubu bir-birinə sıx bağlayır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Milli Məclisin sədri təəssüflə qeyd etmişdir ki, indiyədək həll edilməyən bir sıra münaqişələr həm beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhdid yaradır, həm də regional inteqrasiya proseslərinin inkişafına mane olur. İyirmi ildən artıqdır ki, Azərbaycan torpaqlarının 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir, 1 milyondan çox vətəndaşımız qaçqın və köçkün vəziyyətində yaşayır. Biz əminik ki, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və prinsipləri əsasında nizama salınması digər münaqişə ocaqlarının da aradan qaldırılmasına kömək edə bilər.

Qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Milli Məclisi ölkəmizin üzv olduğu beynəlxalq təşkilatların parlament məclislərinin diqqətini dövlətimiz üçün ən vacib problemin həllinə cəlb etməyə çalışır. Bu yolda uğurlarımız az deyildir. Avropa Şurasının Parlament Assambleyası, Avropa Parlamenti, NATO-nun Parlament Assambleyası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisi, İslam Əməkdaşlıq Təşkilatının Parlament Məclisi kimi nüfuzlu parlament təşkilatları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində dövlətimizin haqlı mövqeyini dəstəkləyən sənədlər qəbul etmişlər.

Sonra çıxış edən Qazaxıstan Respublikası Parlamenti Məclisinin sədri Kabibulla Djakupov Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçəyə ötən sədrlik dövründəki səmərəli fəaliyyətinə görə təşəkkürünü bildirmişdir. Qeyd edilmişdir ki, Türkiyə tərəfinin ötən ilki fəaliyyəti üzv dövlətlər arasında əlaqələrin daha da inkişafına xüsusi töhfələrini vermişdir.

Kabibulla Djakupov TürkPA-nın sədrliyini qəbul etmiş Oqtay Əsədova gələcək sədrlik dövründəki fəaliyyətində uğurlar arzulamışdır. O, Azərbaycan tərəfinin də təşkilatın daha da genişlənməsinə və nüfuzunun artmasına önəmli töhfələr verəcəyinə əminliyini bildirmişdir.

İyunun 5-də Türkiyənin Bodrum şəhərində keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısı barədə danışan K.Djakupov həmin toplantının türkdilli ölkələr arasındakı əlaqələrin daha da genişləndirilməsi baxımından çox önəmli olduğunu demişdir. Diqqətə çatdırılmışdır ki, parlamentlərarası əlaqələrin genişlənməsi ölkələrimiz arasındakı əlaqələrin inkişafı baxımından çox önəmlidir. O demişdir: “Biz beş ilə yaxın müddətdə çox mühüm işlər görmüşük. Lakin türk dünyası birliyini daha da gücləndirmək üçün görüləsi işlərimiz də çoxdur”.

Qazaxıstan Məclisinin sədri assambleyanın hər zaman qlobal məsələlərin müzakirəsinə önəm verdiyini diqqətə çatdırmışdır. O, bu plenar iclasda da gündəlikdə duran məsələlərin çox önəmli olduğunu demişdir. K.Djakupov əminliklə bildirmişdir ki, müzakirə olunacaq məsələlər və qəbul olunacaq qərarlar ölkələrimiz arasındakı əlaqələrin inkişafına xidmət edəcəkdir.

K.Djakupov demişdir: “Bizim əsas gücümüz türk dünyası xalqları arasında din, dil, tarix və mədəniyyət ortaqlığıdır”.

Qırğızıstan Respublikası Jogorku Keneşinin sədri Asilbek Jeenbekov da TürkPA-nın ötən bir illik fəaliyyətini yüksək qiymətləndirmişdir. O, Türkiyə tərəfinə qurumun inkişafına verdiyi töhfələrə görə minnətdarlığını bildirmişdir.

Qeyd edilmişdir ki, TürkPA-ya üzv dövlətlər arasında münasibətlər möhkəm dostluq və qardaşlıq əlaqələrinə əsaslanır. Təşkilat tərəfindən qəbul olunan bütün qərarlar xalqlarımızın təhlükəsiz yaşamasına və rifah halının yaxşılaşmasına xidmət edir. Bizim inkişafımız üçün bir yerdə olmağımız, bütün problemlərimizi birgə həll etməyimiz çox önəmlidir. Düşünürəm ki, bütün sahələrdə əməkdaşlığı daha da inkişaf etdirməyə ehtiyacımız vardır. Ölkələrimiz arasında ən yüksək səviyyədə görüşlərin keçirilməsi, önəmli qərarların qəbul olunması münasibətlərin gələcək inkişafına xidmət edir. Artıq görülmüş işlər müsbət nəticələrini verməkdir. Bizim bir olmağımız gözəl nəticələr əldə etməyimiz üçün yol açır.

Jogorku Keneşin sədri vurğulamışdır ki, TürkPA-nın Bakıda keçirilən V plenar iclası səmərəli olacaqdır.

Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək çıxış edərək bu toplantının ortaq tarixə, dinə, dilə malik dövlətlər arasında möhkəm bir əməkdaşlığın qurulmasına xidmət edəcəyinə əminliyini bildirmişdir. O, türkdilli dövlətlər arasındakı əməkdaşlığın xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərinin yaxşılaşmasına xidmət etdiyini vurğulamışdır. Əlavə etmişdir ki, bu münasibətləri daha da möhkəmləndirmək qarşıya qoyulmuş ən əsas məqsədlərimizdəndir.

C.Çiçək TürkPA-ya sədrlik dövründə Türkiyə tərəfinin xalqlarımız arasındakı əlaqələrin daha da inkişaf etdirilməsinə çalışdığını demişdir. TürkPA-nın daha böyük və güclü təşkilata çevrilməsi üçün bir sıra önəmli addımların atıldığını deyən Böyük Millət Məclisinin sədri bundan sonra da bu istiqamətdə əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulamışdır.

C.Çiçək bildirmişdir ki, artıq yenidən formalaşan dünyada parlamentlərin rolu daha da artmaqdadır. Xalqlarımızı təmsil edən parlamentlər arasında diplomatiyanın önəmi xeyli artmışdır. Parlamentlər arasında əməkdaşlığın qurulması, təcrübə mübadiləsinin aparılması çox vacibdir. TürkPA türk dünyası ölkələri arasında bu işləri görür. Bura bizim parlamentlərimizin müzakirə aparacağı bir yerdir. TürkPA qədim tarixi əlaqələri olan xalqlarımızın gələcək inkişafına xidmət edən qurumdur. Problemlərimizin həlli yolları, gələcək layihələrin müzakirəsi və qərarların qəbulu çox önəmlidir. Bu da ancaq xalqlarımızın bir-birinə qarşılıqlı inamı şəraitində mümkün ola bilər.

Bildirilmişdir ki, artıq 2008-ci ildən fəaliyyət göstərən TürkPA bu gün nüfuzlu bir təşkilata çevrilmişdir. Digər türk dövlətlərinin də təşkilata qatılmasının vaxtı çatmışdır. Əlbəttə ki, bu, bizi daha da gücləndirəcəkdir.

Türk dünyası ölkələrinin qardaş olduqlarını vurğulayan C.Çiçək bu xalqların sevincləri ilə yanaşı, kədərlərinin də ortaq olduğunu vurğulamışdır. O demişdir: “Bizim vəzifəmiz hər zaman bir-birimizin yanında olmaqdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi gündəlikdə duran ən önəmli problemdir. Azərbaycan torpaqlarının işğalı davam edir. Bu, haqsızlıqdır. Regionda sabitliyin bərpa olunması işğala son qoyulması, bir milyondan artıq insanın yenidən doğma torpaqlarına geri qayıtması ilə bağlıdır. TürkPA olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməkdən və Ermənistanın işğalçılıq siyasətinə qarşı birgə mövqe tutmaqdan geri çəkilməyəcəyik. Bu problem yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacaqdır. İştirak etdiyim bütün tədbirlərdə dəfələrlə vurğulayıram ki, bu problem həm də bizim problemimizdir”.

Daha sonra plenar iclasın gündəliyi təsdiqlənmişdir.

TürkPA-nın fəaliyyətdə olan sədri Oqtay Əsədov Macarıstan Milli Məclisinə TürkPA-da müşahidəçi statusunun verildiyini söyləmişdir. Bildirilmişdir ki, iyunun 13-də keçirilən TürkPA Şurasının V iclasında Macarıstan Milli Məclisinə Assambleyada müşahidəçi statusun verilməsi ilə bağlı müvafiq qərar qəbul olunmuşdur.

Sonra Macarıstan Milli Assambleyasının vitse-spikeri Sandor Lezsak çıxış etmişdir. O, qurumun türkdilli ölkələr arasında əməkdaşlığın formalaşdırılması baxımından xüsusi önəm kəsb etdiyini vurğulamışdır. S.Lezsak TürkPA-ya üzv ölkələrə təkliflərini müsbət dəyərləndirdiklərinə görə təşəkkürünü bildirmişdir.

Sonra QDİƏT Parlament Assambleyasının sədr müavini Mehmet Necati Çətinkaya, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Türk Akademiyasının Prezidenti Darxan Kıdırali, Marmara Qrupu Fondunun prezidenti Akkan Suver, Dünya Türk Gəncləri Birliyinin baş əlaqələndiricisi Elşad Abdullayev və başqaları çıxış edərək qurumun fəaliyyətini yüksək qiymətləndirmiş, Bakıda keçirilən növbəti iclasın da üzv ölkələr arasında əlaqələrin daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyinə əminliklərini ifadə etmişlər.

İclasda üzv dövlətlərin nümayəndə heyətləri “TürkPA fəaliyyətinin məzmunu” mövzusunda müzakirələr aparmışlar. Bundan başqa, daimi komissiyaların sonuncu toplantılarında təsdiqlənmiş hesabat məruzələri və tövsiyə qərarları müzakirə olunmuşdur.

Beşinci plenar iclasda, həmçinin daimi komissiyaların sədr və sədr müavinləri seçilmiş, Azərbaycanda keçirilən prezident seçkilərinə dair TürkPA beynəlxalq müşahidəçilər missiyasının hesabatı və qurumun 2015-ci il üçün büdcəsi təsdiq olunmuşdur.

İclasın sonunda Bakı Bəyannaməsi qəbul olunmuşdur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ukraynanın gələn ilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava