Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda Ulu Öndərin Azərbaycanın beynəlxalq münasibətlər sisteminə inteqrasiyasında rolu mövzusunda onlayn konfrans keçirilib

Bakı, 25 oktyabr, AZƏRTAC

“Heydər Əliyev İli” çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə oktyabrın 25-də “Heydər Əliyev-100: Müstəqil Azərbaycanın beynəlxalq münasibətlər sisteminə inteqrasiyasında Ümummilli Liderin rolu” mövzusunda onlayn formatda beynəlxalq konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirin moderatoru, YAP Gənclər Birliyinin üzvü Anastasiya Lavrina Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycanın beynəlxalq münasibətlər sistemində layiqli yer tutması üçün həyata keçirdiyi siyasətin əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, konfrans Heydər Əliyevin müəyyənləşdirdiyi xarici siyasət kursunun uğurlarının, əldə edilən nəticələrin təhlili, Ümummilli Liderin siyasi irsinin təbliği və öyrənilməsi baxımından önəmlidir.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Azərbaycan xalqının Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin banisi, Yeni Azərbaycan Partiyasının qurucusu, dünyaşöhrətli siyasətçi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə keçirilən videokonfransın işinə uğurlar arzulayıb və tədbirin Heydər Əliyev irsinin hərtərəfli öyrənilməsinə mühüm töhfə olacağına inamını ifadə edib. Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edildiyini xatırladan Tahir Budaqov deyib ki, bu münasibətlə respublikamızda və bir çox xarici ölkələrdə silsilə tədbirlər keçirilir, Heydər Əliyevin müasir dövlətçilik tariximizdə müstəsna yerinə və roluna nəzər salınır, onun zəngin siyasi irsinin müxtəlif aspektləri geniş ictimaiyyətin diqqətinə çatdırılır. Bu tarixi şəxsiyyətin adı ilə bağlı olan və hazırda onun siyasi varisi Prezident İlham Əliyevin sədrliyi ilə uğurla inkişaf edərək Azərbaycana böyük nailiyyətlər qazandıran YAP da Heydər Əliyev ideyalarının təşviqi və gənc nəslə aşılanması baxımından böyük əhəmiyyətə malik olan müxtəlif tədbirlər reallaşdırmaqdadır.

YAP Sədrinin müavini Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyinin birinci dövründə həyata keçirdiyi misilsiz işlərdən, Azərbaycanı keçmiş SSRİ-nin ən qabaqcıl respublikalarından birinə çevrilməsi istiqamətində atdığı uzaqgörən addımlardan danışıb. Vurğulanıb ki, müstəqilliyin əvvəllərində Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti, torpaqlarımızın işğalı və digər ağır problemlər respublikamızın olduqca mürəkkəb şəraitlə üzləşməsinə, hətta müstəqilliyini itirmək təhlükəsi qarşısında qalmasına səbəb oldu. Belə ağır vəziyyətdə Heydər Əliyev xalqın israrlı tələbi ilə 1993-cü ildə siyasi hakimiyyətə qayıtmaqla xilaskarlıq missiyasını yerinə yetirdi. Dahi Lider Azərbaycanı iqtisadi böhrandan, siyasi xaosdan qurtardı, Ermənistanın işğalçılıq müharibəsinin qarşısını aldı, səmərəli xarici siyasət həyata keçirməklə ölkəmizin beynəlxalq münasibətlər sisteminə uğurlu inteqrasiyasının əsasını qoydu. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması, ikitərəfli münasibətlərin inkişafı, beynəlxalq təşkilatlarda yüksək fəallığın təmin olunması və digər amillər bu baxımdan xüsusi qeyd edilməlidir. Ümummilli Liderin milli maraqlara əsaslanan siyasi kursu Azərbaycanın dostlarının və müttəfiqlərinin sayının artması, beynəlxalq mövqeyinin möhkəmlənməsi, Qarabağ məsələsində ölkəmizin haqlı və birmənalı yanaşmasının qlobal miqyasda dəstəklənməsi kimi hədəflərə yönəlmişdi. Ulu Öndər bu məqsədlərə nail oldu - Azərbaycan regionun aparıcı dövlətinə çevrildi, etibarlı tərəfdaş kimi beynəlxalq münasibətlər sistemində layiqli yer tutdu.

YAP Mərkəzi Aparatının rəhbəri diqqətə çatdırıb ki, 2003-cü ildən etibarən isə Heydər Əliyev siyasətinin davamçısı - Ümummilli Liderin siyasi varisi İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycana yeni uğurlar qazandırıb. Son 20 ildə Azərbaycanın təşəbbüsləri və liderliyi ilə böyük enerji və nəqliyyat layihələri reallaşdırılıb, regional miqyasda yeni əməkdaşlıq platformaları yaradılıb, ölkəmiz mötəbər beynəlxalq təşkilatlara sədrlik və qlobal xarakterli mühüm tədbirlərə ev sahibliyi edən platforma kimi tanınır.

Bildirilib ki, Azərbaycana misilsiz nailiyyətlər qazandıran Heydər Əliyev siyasətinin zirvə nöqtəsi 30 il ərzində Ermənistanın işğalı altında qalmış torpaqların azad edilməsi, ərazi bütövlüyünün bərpası və suverenliyin bərqərar olunmasıdır. 2020-ci ildə 44 günlük Vətən müharibəsində ölkəmizin tarixi Qələbəsi nəticəsində torpaqlarımızın azad olunması çoxillik fəaliyyətin qanunauyğun nəticəsi oldu. Prezident İlham Əliyevin prinsipial mövqeyi nəticəsində bu ilin sentyabrında lokal antiterror əməliyyatı isə suverenliyin, ölkəmizin konstitusiya quruluşunun tam bərpasını təmin etmiş, respublika ərazisində separatizmə birdəfəlik son qoyuldu. Bu Qələbə böyük tarixi və siyasi məzmuna malikdir. Azərbaycan regionda yaratdığı yeni geostrateji reallıqlar nəinki Cənubi Qafqazda, bütövlükdə postsovet məkanında və daha geniş miqyasda yeni təhlükəsizlik mühitinin və əməkdaşlıq imkanlarının formalaşmasına şərait yaradır. Çoxəsrlik dövlətçilik tarixinə malik olan Azərbaycan hər zaman rifah, firavanlıq, sülh, sabitlik və əməkdaşlıq tərəfdarı olmuşdur, bu gün də öz mövqeyinə və prinsiplərinə sadiqdir. Bu aşkar reallıqlar - qazanılan möhtəşəm nailiyyətlər Heydər Əliyev siyasətinin təntənəsidir. Azərbaycan bundan sonra da Prezident, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi altında Heydər Əliyev yolu ilə addımlayaraq möhtəşəm uğurlar və yeni qələbələr əldə etmək əzmindədir.

Sonra dünyaşöhrətli yazıçı, Qazaxıstanın ictimai-siyasi xadimi Oljas Süleymenovun videomüraciəti nümayiş olunub. Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşən yazıçı Ümummilli Liderlə ilk dəfə 1975-ci ildə ölkəmizdə keçirilən sovet ədəbiyyatı günlərində görüşdüyünü deyib. O, 60 il ərzində üzərində çalışdığı və bu il başa çatdırdığı türkşünaslıq və şumer ədəbiyyatı ilə bağlı tədqiqat əsərini Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə hədiyyə etdiyini vurğulayıb. Kitabında Heydər Əliyevlə bağlı xatirələrinə də geniş yer verdiyini vurğulayan Oljas Süleymenov Azərbaycanın və Heydər Əliyevin onun həyat və yaradıcılığında mühüm yer tutduğunu qeyd edərək deyib: “Heydər Əliyev cəmi 80 il yaşasa da, özündən sonra yüz illərlə unudulmayacaq zəngin irs və dəyərlər qoyub”.

Azərbaycanın bugünkü inkişafına və uğurlarına çox sevindiklərini diqqətə çatdıran Oljas Süleymenov bildirib: “Qarabağ münaqişəsi artıq öz həllini tapıb, ölkənin ərazi bütövlüyü tam təmin olunub. İnanıram ki, Heydər Əliyevin layiqli varisi Prezident İlham Əliyev Azərbaycanı daha böyük zirvələrə qaldıracaq və qarşıya qoyulmuş hədəflərə nail olacaq. Mən Azərbaycan xalqına və dövlətinə uğurlar arzulayıram”.

Rusiyanın TASS xəbər agentliyinin baş direktorunun birinci müavini, Əməkdar jurnalist Mixail Qusman çıxışında şərəfli ömür yolu keçmiş dahi lider Heydər Əliyevin istər sovet dövründə, istərsə də müstəqillik illərində Azərbaycanın inkişafına verdiyi töhfələrdən söhbət açıb. M.Qusman qeyd edib ki, Heydər Əliyevin xidmətləri misilsizdir. Hələ sovet dönəmində, məhz Onun rəhbərliyi dövründə Azərbaycan elə bir inkişaf etmiş ölkəyə çevrilmişdi ki, bütün digər respublikalar ona oxşamağa çalışırdılar. Çünki Azərbaycan praktiki olaraq digər respublikalardan irəlidə idi. Ümummilli Liderin həyatının ən önəmli mərhələlərindən birinin Moskvada işlədiyi dövrlə bağlı olduğunu bildirən Mixail Qusman qeyd edib ki, Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olarkən ümumittifaq miqyaslı böyük yükü öz çiyinləri üzərinə götürmüşdü. O, nəhəng siyasətçi və dövlət xadimi idi.

Mixail Qusman müəllifi olduğu, Ümummilli Liderin 100 illik yubileyinə həsr edilmiş “Liderin ürəyi” sənədli filmində əbədiyaşar liderlə bağlı xatirələrdən, onun zəngin həyat yolundan, çoxşaxəli siyasi fəaliyyətindən, Azərbaycan naminə göstərdiyi misilsiz xidmətlərdən bəhs edildiyini diqqətə çatdırıb: “Ulu Öndər müstəqil Azərbaycanın təməlini qoydu. Bu gün Ümummilli Liderin siyasətini Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir. Odur ki, biz dahi lider Heydər Əliyevi Azərbaycanın xilaskarı, Prezident İlham Əliyevi isə müasir Azərbaycanın qurucusu adlandırmaqda haqlıyıq”.

YAP Veteranlar Şurasının üzvü Əli Həsənov bildirib ki, Heydər Əliyev həm SSRİ dövründə, həm də müstəqillik illərində respublikamıza rəhbərlik etdiyi zaman müstəsna fəaliyyət göstərib, misilsiz işlər görüb: “Heydər Əliyevdə fitri istedad, bacarıq və cəsarət, Vətəninə, xalqına, torpağına bağlılıq var idi. Yəni idarəçilik üçün nə tələb olunurdusa, hamısı var idi. Ulu Öndər 1969-cu ilin iyul ayında Azərbaycanın rəhbəri seçildikdən sonra qısa müddət ərzində respublikamızı ittifaq miqyasında ön sıralara çıxardı. Həmin dövrdə Azərbaycan hər bir sahədə böyük nailiyyətlərə imza atdı. Heydər Əliyevin 1969-1982-ci illərdəki idarəçilik sistemi ovaxtkı SSRİ-nin bütün rəhbərlərinə nümunə idi. Daha sonra Ulu Öndər Heydər Əliyev SSRİ-də yüksək vəzifəyə irəli çəkildi və Onun nəzarətində olan hər bir sahədə tərəqqi baş verdi. Moskvada işlədiyi zaman Heydər Əliyev ittifaq respublikalarının inkişafında da böyük xidmətlər göstərdi”.

YAP Veteranlar Şurasının üzvü Ulu Öndər Heydər Əliyevin müstəqilliyin əvvəllərindəki xilaskarlıq missiyasından, güclü iqtisadiyyat və güclü ordu quruculuğu istiqamətində həyata keçirdiyi siyasətdən söz açıb. Bildirib ki, bu siyasət işğal altındakı torpaqlarımızın azad edilməsinə hesablanmışdı və belə də oldu. Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunması Heydər Əliyev siyasətinin və Prezident İlham Əliyevin iradəsinin təntənəsidir.

Siyasi və dövlət xadimi, VII çağırış Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının deputatı Tengiz Dumbadze, Tacikistanın Respublikasının keçmiş xarici işlər naziri və BMT-dəki daimi nümayəndəsi, Şanxay Əməkdaşlıq Təşkilatının sabiq baş katibi, Tayxe İnstitutunun professoru Rəşid Alimov, Gürcüstanın Azərbaycandakı sabiq səfiri Zurab Qumberidze, YAP Veteranlar Şurasının sədr müavini, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova Ulu Öndər Heydər Əliyevin nəsillərə örnək olan mənalı həyatı və çoxşaxəli siyasi fəaliyyətindən söz açıblar.

Konfransa yekun vuran YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, bütün çıxışların məzmun və mənası Heydər Əliyevin dahi şəxsiyyət olduğunu bir daha təsdiq edir. Heydər Əliyev öz həyatı ilə müasir Azərbaycanın tarixini yaratdı və özü də əbədi olaraq tariximizə həkk olundu. T.Budaqov deyib ki, Ulu Öndərin uzaqgörənliklə qəbul etdiyi qərarlar, yürütdüyü siyasət hələ uzun illər bundan sonra da Azərbaycana xidmət edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək