Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilib
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB VİDEO

Bakı, 18 may, AZƏRTAC

Mayın 18-də Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax sessiyada iştirak edən dövlət və hökumət başçılarını, nümayəndə heyətlərinin rəhbərlərini qarşıladılar.

Qarşılanma mərasimindən sonra birgə foto çəkdirildi.

Sonra BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən hazırlanmış, WUF13-ün açılışına həsr olunmuş videoçarx nümayiş etdirildi və mədəni proqram təqdim olundu.

Dövlətimizin başçısı tədbirdə çıxış etdi.

Prezident İlham Əliyevin
çıxışı

-Zati-aliləri, xanımlar və cənablar, əziz qonaqlar.

Əvvəlcə mən Ümumdünya Şəhərsalma Forumunun bütün iştirakçılarını Bakıda salamlamaq və Foruma uğurlar arzulamaq istərdim. Biz yəqin ki, qeydiyyatdan keçmiş iştirakçıların rekord sayına nail olduq. Bu səhər mənə verilən məlumata görə, 182 ölkədən 45 mindən artıq qeydiyyata alınmış iştirakçımız var. Bununla belə, bu, ilyarım əvvəl Azərbaycanda keçirilmiş COP29-dan sonra ikinci ən böyük beynəlxalq tədbirdir və ümid edirəm ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının nəticəsi COP29 qədər uğurlu olacaq. Düşünürəm ki, Bakıda bu günlər ərzində, ilk dəfə ölkəmizə səfər edən qonaqların əksər hissəsi ölkəmizi və şəhərimizi daha yaxşı tanımaq, şəhərsalmanın inkişafı sahəsində Azərbaycanda görülən işləri öz gözləri ilə görmək imkanını qazanacaqlar.

Azərbaycan Avropa ilə Asiya arasında yerləşir və hər zaman Şərqin Qərb ilə qovuşduğu məkan olub. Bu, həmçinin ölkəmizin memarlığında əks olunub. Beləliklə, əgər siz Bakıda İçərişəhərin qədim divarları arasında gəzsəniz, sonra bircə küçəni keçsəniz, özünüzü tamamilə müasir mühitdə hiss edəcəksiniz - vaxtilə üç kilometr olmuş Bakı Bulvarı hazırda 15 kilometrdən artıq tanınmış dənizkənarı məkandır.

Daha sonra isə Avropa memarları tərəfindən layihələndirilmiş və tikilmiş XIX əsrə aid binalar var. Bir sözlə, Bakıda, qədimliklə yenilik, tarixi irsimizin qorunması ilə şəhərsalmanın planlaşdırılması və müasirləşdirilməsi zəruriliyi arasında təbii vəhdət mövcuddur. Bu, həqiqətən əcdadlarımızın istedadının bariz nümunəsi, tarixi və memarlıq irsimizi necə qoruduğumuzun təzahürüdür. Şəhərsalma nəinki Bakı, o cümlədən Azərbaycanın bir çox şəhərləri üçün gündəlik əsaslarla işlədiyimiz məsələdir.

Bu il mənim Sərəncamıma əsasən “Şəhərsalma və Memarlıq İli” elan edilmişdir. Mən bu tədbirin təşkilinə verilən dəstəyə, əməkdaşlığa və Forumun 13-cü Sessiyasına ev sahibliyi etmək üçün bu cür çox məsuliyyətli vəzifənin bizə həvalə edildiyinə görə təşəkkürümü bildirmək istəyirəm. 2022-ci ildən etibarən biz BMT-nin Məskunlaşma Proqramı ilə Azərbaycanda, uzun illər işğal altında olmuş şəhərlərdə – Ağdamda, Zəngilanda və Xankəndidə üç milli şəhərsalma forumlarını keçirmişik.

Bu gün qlobal toplantını təşkil edərək, biz şəhərsalmaya, onun inkişafına, insanların həyatını yaxşılaşdırmaq gündəliyinə və onların özlərini rahat hiss etmələri üçün əhalimizin bütün lazımi şəraitlərlə təmin olunmasına güclü sadiqliyimizi bir daha nümayiş etdiririk. Nəinki Bakı, o cümlədən Azərbaycanın bir çox qədim şəhərləri öz memarlığı ilə fərəhlənə bilər. Mən onlardan bəzilərini qeyd edəcəyəm. Vaxtilə Şirvanşahlar dövlətinin paytaxtı olan və XIV əsrdə yazıb-yaratmış dahi Azərbaycan şairi Nəsiminin doğulduğu yerdə - Şamaxıda 743-cü ildə tikilmiş dünyanın ən qədim məscidlərindən biri var. Bir vaxtlar Atabəylər dövlətinin paytaxtı olan, dahi memar Əcəmi Naxçıvaninin vətəni Naxçıvanda onun tikdiyi XII əsrə aid Möminə xatun türbəsi var. Dünyanın ən qədim şəhərlərindən biri olan, XII əsrdə yaşayıb-yaratmış digər dahi Azərbaycan şairi Nizami Gəncəvinin vətəni Gəncə bu gün Bakı kimi inkişaf edir və tarixi simasını qoruyur. Qafqaz Albaniyası dövlətinin paytaxtı Qəbələdə və əsas şəhərlərdən biri olan Şəkidə çoxsaylı tarixi abidələr var. Şəki şəhərinin yaxınlığında yerləşən Kiş kəndindəki kilsə ola bilsin, dünyadakı ən qədim kilsələrdən biridir. Əcdadlarımızın istedadını nümayiş etdirən digər bir misal Lahıc kəndidir. On beş əsr bundan əvvəl kənd yaradılanda insanlar bu gün də işləyən kanalizasiya sistemini və su xəttini çəkmişlər. Demək olar ki, 30 il ərzində işğal altında qalan Qarabağın tacı Şuşa indi sıfırdan yenidən qurulur və onun zədələnmiş qalası bərpa edilib.

Bizim əcdadlarımız tərəfindən tikilənlər təkcə mənim qeyd etdiyim abidələr deyil. Əlbəttə ki, VI əsrə aid Qız qalası ilə Bakı, işğala, dağıntılara və talana məruz qalan abidələr müxtəlif nəsillərə aid azərbaycanlılar tərəfindən yenidən tikilib və bərpa olunub, eyni zamanda, qorunaraq bu günədək saxlanılıb. Qeyd etdiyim bütün bu abidələri hər kəs ziyarət edərək görə bilər, onların içərisinə daxil olaraq onlara toxuna bilər. Hesab edirəm ki, bu, bizim tarixi irsimizə, mirasımıza münasibətimizin ən yaxşı göstəricisidir. Biz bununla fəxr edirik. Biz təkcə musiqimizdə və şeirlərimizdə deyil, eyni zamanda, memarlıqda öz əksini tapan qədim tariximizlə qürur duyuruq. Bizim vəzifəmiz bunları növbəti nəsillər üçün qoruyub saxlamaqdır və mən əminəm ki, növbəti nəsil də eyni cür edəcək.

Bu gün xüsusilə paytaxt şəhərlərində şəhər inkişafına olan bu zərurəti tam anlayışla qəbul edərək cəsarətli və ehtiyatlı olmalıyıq. Mən bunu bəzən Bakıdakı Formula 1 yarışı ilə müqayisə edirəm. Yeri gəlmişkən, Bakı Qran-Prisi şəhər halqasında keçirilən çox azsaylı yarışlardandır. Ən sürətli əsas yolda sürət saatda 300 kilometrdən çox olur, sonra isə pilotlar əyləcə basaraq bolidlərini eni yeddi metr olan küçəyə sığışdırmalıdırlar və bunu da qədim qala divarlarından bir metr məsafədə etməlidirlər. Beləliklə, pilotlar liderlər, qərar qəbul edənlər və inkişaf gündəliyini irəli aparanlar kimi cəsur və ehtiyatlı olmalıdırlar. Biz inkişafda, insanlarımız üçün daha yaxşı şəraitin yaradılmasında, müasirləşmədə cəsur olmalıyıq. Lakin eyni zamanda, tarixi irsimizin qorunmasına gəldikdə, çox ehtiyatlı olmalıyıq.

İndi hökumətimizin qarşısında duran əsas vəzifələrdən biri Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasıdır. Bu ərazi 30 il müddətində erməni işğalı altında idi və tamamilə dağıdılaraq məhv edilmişdir. Beynəlxalq müşahidəçilər və ziyarətçilər Ağdamı Xirosima ilə müqayisə edirdilər, onlar Ağdamı “Qafqazın Xirosiması” adlandırırdılar. Çünki şəhər, sadəcə, mövcud deyildi. Şəhər tamamilə yerlə-yeksan edilmişdir və o, Xirosimadan fərqli olaraq, atom bombasının atılması nəticəsində bir günə bu vəziyyətə düşməmişdir. Bu, 30 illik işğal ərzində edilmişdir və bu zaman binalar, tarixi binalar və ictimai binalar, evlər tamamilə sökülərək dağıdılmışdır.

Beləliklə, hazırda Böyük Qayıdış Proqramı həyata keçirilir, şəhər və kəndlərin Baş planları hazırlanır. Mən, əlbəttə ki, çox rəqəm gətirə bilərəm, lakin yalnız ikisini qeyd edim. Artıq 5 il ərzində çəkdiyimiz tunellərin uzunluğu 70 kilometrdir. Digər beşi də tikiləcək. 500 körpüdən 435-i inşa olunub. Bununla yanaşı, elektrik stansiyaları, su təchizatı kəmərləri, su anbarları, evlər, məktəblər, xəstəxanalar, üç beynəlxalq hava limanı tikilib, dəmir yolları çəkilib. Bütün bunlar cəmi beş il ərzində inşa olunub.

Yalnız dağıtmaq, məhv etmək və əziyyətlər vermək üçün gələnlərdən fərqli olaraq, məhz torpağın yiyələri bu cür davranırlar. Bu gün 85 mindən artıq azərbaycanlı keçmişdə işğal altında olmuş ərazilərdə yaşayır. Onlar işləyir, yaşayır, təhsil alır və onların məşğulluğu hökumətimizin ən mühüm hədəflərindən biridir.

Bununla belə, onlar üçün mənzillər və fərdi evlər, məktəb və xəstəxanalar tikmək üçün, əlbəttə, biz minalardan təmizlənməni aparmalı idik, lakin eyni zamanda, biz məşğulluq haqqında düşünməliyik. Həmin sahələrdə artıq salınmış və salınacaq çoxsaylı sənaye zonaları öz torpağında yaşamaq kimi fundamental hüququndan məhrum olmuş yüz minlərlə insanın sürətli qayıdışına birmənalı dəstək olacaq.

Bakı haqqında danışsaq, bir neçə əlavə məsələni də qeyd edim. Biz ətraf mühit sahəsində çox işləri görməli olduq. Bakı hələ 1846-cı ildə dünyada ilk dəfə neft hasil etmiş şəhər olub və sonra 180 il ərzində demək olar ki, bütün illərdə ətraf mühitin qorunmasına sıfır dərəcə riayət edilib. Beləliklə, Bakı çox çirklənib və Bakının Qara şəhər, Bibiheybət və Böyükşor kimi bəzi hissələrini qeyd etsəm, ola bilsin, əcnəbilər üçün bu, bir məna kəsb etmir. Lakin əgər vaxt tapıb həmin yerləri ziyarət etsəniz, bəzi videomateriallara və ya şəkillərə baxsanız, onların 20 il öncə və indi necə göründüyünü başa düşərsiniz və Bakıda ətraf mühitə uyğun məkanın yaradılması üçün görülmüş işləri təsəvvür edərsiniz. Çox çirklənmiş Qara şəhər əvəzinə bu gün şəhərsalmanın nümunəsi olan Ağ şəhəri görə bilərsiniz. Yeri gəlmişkən, o, çirkləndiyinə görə Qara şəhər adlanırdı. Bu, şəhər daxilində bir şəhər idi. Şəhərsalmanın digər təzahürü “Sea Breeze” istirahət məkanıdır və mən müsafirlərimizə, xüsusən də soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm.

Onlardan bəzilərinin burada zalda əyləşdiyini görürəm və bu müasir şəhərsalmanın digər misalını gedib görmək olar. Son 20 il ərzində biz Bakıda 100 park və ictimai yer, bağlar yaratmışıq. Onların 19-u tam yenilənib. İctimai nəqliyyata, mikromobilliyə, metro və elektrik enerjisi ilə işləyən müasir avtobuslara sürətli çıxışı olan və ətraf mühitə uyğun şəhərlər paytaxt və nəinki paytaxt üçün, bütöv konsepsiyanın tərkib hissələri kimi icra olunur.

Söylədiyim kimi, Azərbaycanın bir çox yerlərində şəhərsalma çox sürətli inkişaf edir. Birmənalı olaraq, bu cür mühüm toplantı və BMT-dən olan dostlarımızın, səfərə gələn çoxsaylı qonaqların ekspert bacarıqları bizə daha çox öyrənmək, bir-birimizdən əldə etmək, müsbət təcrübə ilə tanışlıq üçün və həmçinin səhvlərimiz haqqında danışmaqda yardımçı olacaq. Şəhərsalma prosesində çox səhvlər olub və düşünürəm ki, həmin dövr artıq keçmişdə qaldı. Mən vaxtınızı çox almaq istəmirəm.

Mən, həmçinin Bakının bələdçisi kimi danışa bilərəm, lakin düşünürəm ki, sizin üçün onları öz gözünüzlə görsəniz daha yaxşı olar. Mən Bakıda bütün qonaqlara xoş səfər arzu edirəm, Ümumdünya Şəhərsalma Forumuna uğurlar diləyirəm. Sağ olun.

x x x

Sonra BMT-nin Baş katibi Antonio Quterreşin və BMT Baş Assambleyasının prezidenti Annalena Berbokun açılış mərasiminə ünvanladıqları videomüraciətləri nümayiş etdirildi.

BMT-nin Baş katibi müraciətində Ümumdünya Şəhərsalma Forumunun məqsədləri reallığa çevirmək üçün bir təkan olacağını vurğuladı.

BMT Baş Assambleyasının prezidenti Annalena Berbok isə dedi: “Bu tədbir, həmçinin mənzil böhranı ilə bağlı fəaliyyətləri gücləndirmək üçün də imkan yaradır”.

x x x

Daha sonra BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) Assambleyasının prezidenti Nqa Kor Minq çıxış edərək dedi:

-Zati-aliləri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev.

Zati-aliləri, hörmətli dövlət və hökumət başçıları, hörmətli xanım icraçı direktor, hörmətli nazirlər, merlər və hörmətli nümayəndələr, xanımlar və cənablar.

Mən böyük şərəf hissi ilə tarixi Bakı şəhərində sizin qarşınızda dayanmışam. Burada - qədim İpək Yolunun üzərində və Xəzər dənizinin sahilində yerləşən şəhərdə sizin qarşınızda çıxış edirəm. Mən ən səmimi salamlarımı Azərbaycan hökumətinə və Azərbaycan xalqına çatdırıram. Bizə göstərilmiş səmimi qonaqpərvərliyə və bu tədbirin keçirilməsinə görə təşəkkürümü bildirirəm.

Mən, həmçinin burada BMT-nin Baş katibi cənab Antonio Quterreş və BMT Baş Assambleyasının prezidenti xanım Annalena Berbokun bizə verdikləri mesajı alqışlayıram. Nəzərə almalıyıq ki, qlobal şəhərsalma gündəliyi heç zaman çoxtərəfli əməkdaşlıq üçün bu qədər mühüm bir əsas kimi götürülməmişdir.

Zati-aliləri, Bakı Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası dövründə dünyanın paytaxtına çevrilir. Bir daha fundamental bir vədi qeyd etməliyik ki, əgər biz şəhərsalmanı inkişaf etdirməsək, öz vədimizi övladlarımız qarşısında yerinə yetirməmiş olacağıq. Beləliklə, bu forumun mövzusu sadəcə bir şüar deyil, bu, bizi tədbirlərin görülməsinə səsləyən bir çağırışdır. Amma icazə verin, bir daha xatırladım, bu çağırış, tədbirlərin görülməsi real dünyaya və real iqtisadiyyata söykənməlidir. Bu baxımdan biz bütün dünya üçün bu məsələni həll etməliyik və okeanları, dənizləri qət edərək siyasi iradəmizi göstərməliyik. Düzgün siyasət yürütməliyik və bütün vətəndaşlar üçün yaşayış yerlərinin qurulmasına çalışmalıyıq.

BMT-nin Məskunlaşma Proqramının göstəricilərinə görə, qlobal ev şəraitləri böhranı ilə üzləşən insanların sayı 2,9 milyarddır və onlar qeyri-rəsmi yaşayış yerlərində məskunlaşırlar. İki milyard şəhər sakini 2040-cı ilə qədər 0,5 Selsi dərəcəsindən əziyyət çəkəcəklər. Bu, nəinki qeyri-adekvat yaşayış yerləridir, o cümlədən mühüm rəqəmlərdir və onlar bu gün həyat mübarizəsi aparırlar. BMT-nin Məskunlaşma Proqramı Assambleyasının prezidenti kimi mən qeyd edirəm ki, nazirlərin dünən keçirilən görüşündə qeyd olundu ki, Nyu-Yorkda Yeni Şəhərsalma Gündəliyinin orta səviyyədə nəzərdən keçirilməsi üçün yüksəksəviyyəli qeyri-rəsmi görüşə hazırlaşır və onlar da eyni istiqamətdə addımlayaraq oxşar çətinliklərlə üzləşirlər. Bu, bizim ümumi məqsədimizdir və biz ona nail olmalıyıq.

Mən burada sizə söyləməliyəm ki, biz bu mübarizədə tək deyilik. Gəlin, öz səylərimizi iki dəfə artıraq ki, Yeni Şəhərsalma Gündəliyinə və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün yerli səviyyədə işlər görək. Bildiyiniz kimi, bizim Assambleyamız hamı üçün adekvat iş yerlərinin yaradılması baxımından hökumətlərarası işçi qrupunu yaratmışdır. Bu, tarixi bir platformadır ki, çoxtərəfli əməkdaşlıq baş tutsun və qlobal siyasət ilə yerli səviyyədə görülən işlər arasında körpü salınsın.

Zati-aliləri, mən burada Assambleyanın prezidenti kimi qarşınızda çıxış edərək bildirmək istəyirəm ki, şəxsən mənim ölkəmin - Malayziyanın da bu sahədə təcrübəsi var. Malayziyanın getdiyi yol bu gün Yeni Şəhərsalma Gündəliyinə uyğundur və Malayziyanın “Madani” planına tam uyğun gəlir. Biz məhz 1,1 milyon əlçatan evin yaradılmasına, 77 faiz evə sahib olma dərəcəsinə nail olmuşuq. 150 milyon ağac əkərək yaşıllıq hədəflərinə nail olmuşuq və yerli hakimiyyət orqanları könüllü şəkildə yerli səviyyədə 60 faizdən çox tədbirlər görmüşdür. Bu da Dayanıqlı İnkişaf Məqsədlərinə doğru həyata keçirdiyimiz siyasətin müsbət təsirini göstərir.

Zati-aliləri, bu gün mən xüsusi vurğulayıram ki, əgər biz şəhərlərin xəritəsinə baxsaq, ona sırf elə yol və zonalardan ibarət ərazi kimi baxmalı deyilik. Biz burada simaları görürük. Əgər biz görürüksə ki, gənc sahibkar xarabalıqda öz biznesinə başlamaq istəyirsə, dənizin çəkilməsi nəticəsində sahilyanı yerlərdə ailələr risklərlə üzləşirsə, onda hamımız bu öhdəliyi öz üzərimizə götürməli, insanlar üçün doğru şəhərsalmanı həyata keçirməliyik və məhz illik 5,4 trilyon dollar maliyyə boşluğu üzə çıxır. Mən növbəti il Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə bu mandatımı verdiyim zaman sizi dəvət edirəm ki, biz tədbirlər planının həyata keçirilməsinə başlayaq. Bu, iddialı və çox hərtərəfli bir proqram olacaqdır.

Zati-aliləri, hörmətli hökumət başçıları, Azərbaycan ev sahibi olaraq anlayır ki, evin olması əsl dəyərdir və bu, çox mühüm bir məfhumdur. Burada gözəl bir kəlam var: “Hər kəsin öz evi öz qibləsidir”. Əsrlər boyu belə olubdur. Özünü evdə hiss etmək – bu, olduqca vacibdir. Bir halda ki, dünya qeyri-sabit vəziyyətlə üzləşir və görürük ki, təsisatlar öz səlahiyyətlərini yerinə yetirmir, yetirə bilmir, texnologiyalar bizim cəmiyyətimizi dəyişir - bu anlarda yadda saxlayın ki, gələcək onu proqnozlaşdıranlara yox, onu quranlara, onu inşa edənlərə məxsusdur və bizim vəzifəmiz gələcək şəhərsalmanın memarlarına kömək etməkdir.

Azərbaycanın daha bir gözəl kəlamı var və bu, bizim işimizə aiddir: “Dama-dama göl olar, axa-axa sel olar”. Bir daha gəlin, Azərbaycanın bu müdrik kəlamını özümüz üçün təlimat kimi götürək. Bir halda ki, hər hansı bir siyasət müzakirə oluna bilər, hər hansı bir tərəfdaşlıq formalaşa bilər və hər hansı bir öhdəlik Bakıda formalaşa bilər, bu, ümid çırağıdır. Gəlin, birgə olaraq tədbirləri formalaşdıraq və o, bizi gələcəyə doğru aparacaq, heç kəs və heç bir yer diqqətdən kənarda qalmayacaq.

Mən sizin hamınıza çox məhsuldar və səmərəli forum arzu edirəm. Çox sağ olun.

x x x

BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax çıxış edərək dedi:

-Zati-aliləri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev.

Zati-aliləri, BMT-nin Məskunlaşma Proqramı Assambleyasının prezidenti Nqa Kor Minq.

Zati-aliləri, hörmətli nazirlər, öz dövlətlərinin və yerli hakimiyyət orqanlarının hörmətli nümayəndələri.

Hörmətli həmkarlar və qonaqlar.

Bütün protokol qaydalarına riayət edirəm. Mən əvvəlcə səmimi-qəlbdən öz fikrimi ifadə edirəm ki, Bakıda çox gözəl bir hava şəraiti yaranıb və biz bundan çox məmnunuq.

Zati-aliləri, biz gələcəyin nə gətirəcəyini bilməyə bilərik, lakin insanların bu gün qarşılaşdığı reallıqları yaxşı bilirik - iqlim böhranı, məcburi köçkünlük, münaqişələr və dağıntılar. Bu çətinliklər fonunda 1 milyarddan çox insan hələ də qeyri-sabit şəraitdə yaşayır - suya, kanalizasiyaya, elektrik enerjisinə, layiqli işə və təhsilə etibarlı çıxışı olmadan, xəstəliklərin yayıldığı və ən çox uşaqların sağlamlıq baxımından əziyyət çəkdiyi əlverişsiz mühitdədir. Bu, insanların böyük əksəriyyətinin yaxın gələcəkdə şəhərlərdə yaşayacağı bir dünyadır. Elə şəhərlər ki, burada bir çox gənclər, yaşlı insanlar, miqrantlar və yeni gələn şəxslər yaşamağa maddi imkan tapa bilməyəcəklər. Elə şəhərlər ki, burada daha çox insan məcbur olub küçələrə və qeyri-rəsmi yaşayış məntəqələrinə çıxacaq. Getdikcə daha çox olanlar və olmayanlar arasında bölünən şəhərlər üzə çıxacaq.

Zati-aliləri, hörmətli həmkarlar. Dünyanın müxtəlif icmalarından və yüksəksəviyyəli liderlərindən ibarət on minlərlə insanın burada - Bakıda bir araya gəlməsi təsadüfi deyil. Məqsədimiz bir mühüm suala cavab tapmaqdır: qeyri-müəyyənlik, qeyri-sabitlik və dağıntılar dövründə hər kəs üçün adekvat mənzili necə təmin etmək olar?

Son günlər Azərbaycanın bəzi bölgələrinə təsir edən güclü yağış və tufanlara baxmayaraq, - Zati-aliləri də bunu xatırlatdı, - biz burada, Bakıda dözümlülük, - biz bunu şəhərə aid edirik, - qətiyyət və ortaq məqsəd hissi ilə bir araya gəlmişik. Bu, reallıqdır, bu gün bir çox şəhərlərdə görünür.

Biz burada komanda halında işi, sürətli reaksiyanı görürük və bizim hamımızı bu gözəl bir məkana topladığınıza görə sizə təşəkkürümüzü bildiririk. Maraq səviyyəsi və iştirak burada müstəsnadır. Bu xarakterli heç bir forum indiyədək bu qədər geniş və müxtəlif qlobal auditoriyanı bir araya gətirməmişdir. Bu isə mənzil və dayanıqlı şəhər inkişafının ortaq gələcəyimizin mərkəzində dayanmasını bizə daha da yaxşı şəkildə göstərir və beləliklə, gəlin, özümüzə xatırladaq ki, biz birlikdə bu yolda sıfırdan başlamırıq.

Bütün regionlarda mənzil məsələsi iqtisadi artım, sosial inklüzivlik və iqlim dayanıqlığı ilə əlaqəli əsas siyasət prioritetinə çevrilir. Afrika boyunca hökumətlər əlçatan mənzil layihələrini, qeyri-rəsmi yaşayış məntəqələrinin yenilənməsini və infrastruktur investisiyalarını inkişaf etdirirlər. Asiya və Sakit okean regionunda bir sıra ölkələr şəhərin yenilənməsi, əlçatanlıq və genişmiqyaslı mənzil tikintisi proqramlarını həyata keçirir. Latın Amerikasında sosial proqramlar var, Yaxın Şərqdə mənzil siyasəti getdikcə daha çox iqtisadi şaxələndirmə və demoqrafik dəyişikliklərlə əlaqələndirilir. Avropada və Şimali Amerikada isə hökumətlər artan şəhər təzyiqlərinə cavab olaraq əlçatan mənzil siyasəti həyata keçirirlər.

Dostlar, dünya diqqətini mənzil məsələsinə yönəltdiyi bir vaxtda artıq paylaşdığımız ortaq prinsipləri və baxışları da özümüzə xatırladırıq. Biz qəbul edirik ki, mənzil böhranı həm də bərabərlik, dayanıqlılıq və insan hüquqları böhranıdır. Şəhərlərimizin gələcəyi istisna üzərində deyil, inklüzivlik üzərində qurulacaqdır. Mənzil sistemləri uğursuz olduqda şəhərlər inkişaf edə bilməz. Biz bilirik ki, insanlar evlərini itirdikdə onlar, sadəcə, divarları və damı deyil, təhlükəsizliyini, dolanışıq imkanlarını və aidiyyət hisslərini də itirirlər. Mənzil hüququnun iqlim dəyişikliyi səbəbindən getdikcə daha çox təhdid altında olduğunu qəbul edərək biz, həmçinin ortaq bir fikri paylaşırıq: iqlim fəaliyyəti və mənzil siyasəti artıq ayrı-ayrı müzakirələr mövzusu ola bilməz. Bərpa mənzildən başlayır, dayanıqlılıq elə evin özündən başlayır. Bu gün tikdiyimiz evlər sabahın iqlim reallıqlarına davam gətirməlidir. Buna görə də biz inanırıq ki, mənzil siyasətdən kənarda deyil, qlobal fəaliyyətin mərkəzində yer almalıdır.

Mənzilin iqtisadi və maliyyə aspektlərini araşdırarkən biz birlikdə qəbul edirik ki, mənzil yalnız sosial zərurət deyil, həm də güclü iqtisadi mühərrikdir. Mənzilin sosial və iqtisadi potensialını reallaşdırmaq üçün möhtəkirliyə deyil, evləri maliyyələşdirən maliyyə sistemlərinə ehtiyac var.

Yeni Şəhərsalma Gündəliyinin aralıq icmalı həm bugünkü şəhər problemlərinin aktuallığını, həm də Kitoda verilmiş öhdəliklərin davamlı əhəmiyyətini təsdiqləməlidir. WUF13 praktiki fəaliyyət, tərəfdaşlıq və investisiyalar vasitəsilə icranı sürətləndirmək üçün bir fürsətdir. Artıq diqqəti həll yollarına yönəltməyin vaxtıdır. Hamı üçün adekvat mənzilə nail olmağın yolları hansılardır? Biz harada səhv etmişik və irəliləyişə nail olmaq üçün nəyin fərqini nəzərə almalıyıq? BMT-nin Məskunlaşma Proqramı qlobal mənzil böhranının həllinə malikdirmi? Qeyri-adekvat mənzil şəraitində yaşayan təxminən 3 milyard insan üçün bütün cavablarımız varmı? Gecəqondularda və qeyri-rəsmi yaşayış məntəqələrində yaşayan 1 milyarddan çox insan üçün nə edə bilərik? Yaxud evsiz vəziyyətdə olan təxminən 300 milyon insan üçün nə edə bilərik? Mən bunu iddia etməyəcəyəm, lakin bunu əlavə etməyə icazə verin. Burada məhz kollektiv səylər onu göstərir. Biz əlbəttə ki, burada bir araya gəlməyimizin vaxtını, xərcini əlavə etməyə cəsarət ediriksə, iqlimə təsiri əsla yüngül qiymətləndirməməliyik. Biz bir-birimizi dinləməli, təcrübəni bölüşməli və addımlar atmalıyıq. Bakı bu ilin iyul ayında keçiriləcək Baş Assambleyanın yüksəksəviyyəli toplantısına aydın bir mesaj göndərmişdir. Biz mənzil böhranını sadəcə tanımaqdan çıxaraq, Dayanıqlı İnkişaf Məqsədlərinə konkret siyasətlər və investisiyalar yatırmalıyıq. Ümid edirəm ki, biz Bakıdan bu inamla ayrılacağıq: bugünkü qlobal çağırışlara baxmayaraq, adekvat mənzil hər kəs üçün istisnasız olaraq əlçatan ola bilər.

Sonda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına ev sahibliyi etdiyinə görə Azərbaycan hökumətinə təşəkkürümü bildirmək istəyirəm.

İndi isə mən məmnuniyyətlə sessiyanı rəsmi olaraq açıq elan edirəm. Sağ olun.

x x x

Sonra Azərbaycanla bağlı videoçarx nümayiş olundu.

x x x

Bununla da rəsmi açılış mərasimi başa çatdı.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilib  Prezident İlham Əliyev tədbirdə çıxış edib  YENİLƏNİB VİDEO

Baş mühəndis: Əyriçay su anbarının su tutarlılığını iki dəfə artırmaq mümkün olacaq

Nazir: Azərbaycan regionun ən mürəkkəb və uzunmüddətli ərazi münaqişələrindən birini həll edib

Gürcüstan mətbuatında WUF13-lə bağlı silsilə materiallar dərc edilib

Pulkovo aeroportunda on beş reys təxirə salınıb və ya ləğv edilib

Xarici işlər naziri: Azərbaycan multimodal bağlantılarını ardıcıl şəkildə genişləndirir

Ceyhun Bayramov: Azərbaycan postmünaqişə strategiyasının bir hissəsi olaraq multimodal bağlantını ardıcıl təşviq edir

WUF13-də dünya şəhərlərinin gələcək inkişaf istiqamətləri ilə bağlı təhlillər açıqlanıb

İqor Sergeyenko: WUF13 yüksək səviyyədə təşkil edilib

Ceyhun Bayramov: Azərbaycanın yenidənqurma layihələri Asiya ilə Avropa arasında əlaqələri möhkəmləndirir

Bakıdan dünyaya verilən mesaj: Tarixlə birlikdə gələcəyə addımlayan Azərbaycan

Anar Quliyev: Azərbaycan regionun yaxın tarixində ən geniş və əhatəli yenidənqurma proqramlarından birini həyata keçirir

Rafael Tuts: WUF13-də qurulan sistemlər gələcək nəticələrin müəyyənləşdirilməsində mühüm rol oynayacaq

Milli Məclisin sədri: Azərbaycanla Belarus arasında mühüm layihələr reallaşdırılır

Nazir müavini: Şəhərsalma fəaliyyətinin hər bir mərhələsində onun ətraf mühitə təsiri izlənilir

Misirdə avtovağzalda baş verən atışmada doqquz nəfər ölüb

Sahibə Qafarova: Azərbaycanla Belarus arasında mühüm layihələr reallaşdırılır

Nazir: Azərbaycan-Ermənistan normallaşma prosesi regional əməkdaşlıq üçün möhkəm zəmin yaradır

Ölkə üzrə may ayının pensiyaları sabah tam ödəniləcək

Anaklaudia Rossbax: Mənzil böhranına təcili şəkildə reaksiya verməliyik

WUF13 çərçivəsində Pakistanın Pəncab əyalətinin pavilyonunun açılışı olub

Azərbaycan və Özbəkistanın Stolüstü Tennis Federasiyaları arasında memorandum imzalanıb

BMT hesabatı: Gələcəkdə şəhər əhalisi üzrə artımın yarısı yalnız yeddi ölkədə cəmləşəcək

WUF13 çərçivəsində “Gələcək urbanizasiya: şəhəriniz növbəti onilliklərdə necə dəyişəcək?” adlı tədbir keçirilib

BMT hesabatı: Cakarta əhali sayına görə dünyanın ən böyük şəhəridir

“BMT-Habitat-Qlobal-NDC 3.0: İqlim öhdəliklərini təmin etmək üçün şəhər qanunu və çoxsəviyyəli idarəetmə” - WUF13-də müzakirələr

Nazir: Azərbaycanın azad edilmiş əraziləri insan mərkəzli şəhərsalma prinsipləri əsasında qurulur

Xarici işlər naziri: Azərbaycan regionda qarşıdurma səhifəsini bağlamaqda səmimi marağını nümayiş etdirib

Ceyhun Bayramov: Azərbaycanın postmünaqişə strategiyası daha firavan gələcəyin qurulmasına xidmət edir

Maykl Oram: Yaşıl enerji müasir şəhərlərin inkişafında mühüm amillərdən biridir

WUF13-də Qarabağda bərpa-quruculuq işlərinin aparılmasında Azərbaycanın uğurları qeyd olunub

Prezidentin köməkçisi: Qarabağ müasir şəhərsalma metodlarından istifadə edilərək yenidən qurulur

WUF13 çərçivəsində 2026-cı il üçün Dünya Şəhərləri Hesabatı təqdim olunub

WUF13: “Tərəqqinin təməli: Etibarlı mənzil iqtisadi artımın və sosial inteqrasiyanın katalizatorudur” mövzusunda panel müzakirələri

Sahibə Qafarova: Azərbaycan-Belarus münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib

Anaklaudia Rossbax: 2,8 milyard insanın təhlükəsiz və adekvat mənzilə çıxışı yoxdur

Hikmət Hacıyev: Azərbaycan postmünaqişə bərpa və yenidənqurma sahəsində qazandığı təcrübəni bölüşməyə tam hazırdır

Xəyyam Məmmədov: Dağ çaylarının sularını toplamaq məqsədilə nəzərdə tutulmuş su anbarları üzərində işlər davam edir

ADSEA-nın rəsmisi: COP31 üçün uyğunlaşma təklifləri hazırlayırıq

Malayziya Şəhər Şurasının meri: WUF13 dayanıqlı şəhər inkişafı və təcrübə paylaşımını gücləndirir

Nazir: Şimal ilə Cənubun kəsişməsində yerləşən Azərbaycan coğrafi mövqeyini strateji üstünlüyə çevirə bilib

Teboho Mokoena: WUF13 şəhərlərin təcrübə mübadiləsi və ortaq həllər üçün mühüm imkan yaradır VİDEO

Teboho Mokoena: WUF13 şəhərlərin təcrübə mübadiləsi və ortaq həllər üçün mühüm imkan yaradır VİDEO

WUF13: “Müstəmləkə idarəçiliyinin yaratdığı ədalətsizliklər və mənzil böhranı” mövzusu müzakirə olunub

Ceyhun Bayramov: Şəhərlər regional əməkdaşlıq və dayanıqlı inkişafın strateji platformalarına çevrilir

İtaliyalı professor: Qadınlar şəhərlərin gələcəyi üçün böyük ümid mənbəyidir

Elşad İskəndərov: İqlim dəyişikliklərindən ən çox təsirlənən ölkələr maliyyə baxımından da həssas dövlətlərdir

Çingiz Hüseynzadə: İdmanın gözəlliyi onun ədalətindədir

Anadolu Agentliyinin İdarə Heyətin ilk sədri - Əhməd bəy Ağaoğlu

Pakistanla energetika sahəsində əməkdaşlığın inkişafı istiqamətində gündəlikdə olan məsələlər nəzərdən keçirilib

WUF13 çərçivəsində meqa tədbirlərin davamlı şəhər inkişafına təsiri müzakirə olunub

Almaniya hökuməti “Uniper” enerji şirkətinin yenidən özəlləşdirilməsi prosesinə başlayır

Prezident İlham Əliyev Belarus Milli Assambleyası Nümayəndələr Palatasının sədrini qəbul edib

Şuşa şəhərində üç yeni yaşayış kompleksi inşa olunur VİDEO

Şuşa şəhərində üç yeni yaşayış kompleksi inşa olunur VİDEO

WUF13-də Qlobal Şəhər Məlumatları Koalisiyasının son dövrdə gördüyü işlər açıqlanıb

Nazir müavini: Azərbaycanda milli monitorinq sistemlərinin 73 faizi avtomatlaşdırılıb

UN-Habitat-ın icraçı direktoru: Şəhərlər planlaşdırılarkən sənədsiz evlər və gecəqondular nəzərə alınmalıdır

Şuşa və Trabzon şəhərləri arasında qardaşlaşma haqqında memorandum imzalanıb

WUF13 çərçivəsində "Şəhərlər bağlantılılığın mərkəzində: Şəhər yenidənqurması və regional əməkdaşlıq" mövzusunda xüsusi sessiya başlayıb

Ramin Məmmədov: Dini radikalizm milli birliyi sarsıtmağa, sabitliyi pozmağa yönəlmiş ciddi ideoloji təhdidə çevrilib

Prezidentin xüsusi nümayəndəsi: Azərbaycanın memarlıq üslubunu əks etdirən tikililər işğal dövründə dağıdılıb

Qax rayonunda turizm obyektlərinin ətraf mühitə təsiri araşdırılıb

WUF13 çərçivəsində şəhərlərin gələcəyi ilə bağlı yeni tərəfdaşlıq təqdim olunub

Qurbanlıq heyvanların kəsimi yalnız sanitariya-gigiyena tələblərinə cavab verən məntəqələrdə həyata keçirilməlidir

Slovakiya ilə rəqəmsallaşma, innovasiya və şəhərsalma sahəsində əməkdaşlıq məsələləri nəzərdən keçirilib

“Sabah” basketbol klubu yeni baş məşqçisi ilə müqavilə imzalayıb

WUF13: Bakı qlobal şəhərsalma platforması kimi dünya mediasında geniş işıqlandırılır

Nazir müavini: Erkən xəbərdarlıqlar insan itkilərini və infrastruktura dəyən zərərləri əhəmiyyətli dərəcədə azalda bilər

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Elçin Yusubov: İşğal dövründə Xankəndi şəhərindəki Azərbaycan qəbiristanlığı tamamilə məhv edilib

Botanika İnstitutu doktoranturaya qəbul elan edir

Hindistanlı professor: Bakının inkişaf təcrübəsi dünya üçün nümunədir

“Nobu Consulting” şirkətinin təsisçisi: Şəhərsalma sosial ədalət prinsipinə əsaslanmalıdır

Umayra Tağıyeva: Dünya üçqat planetar böhranla — iqlim dəyişikliyi, biomüxtəlifliyin itirilməsi və çirklənmə ilə üz-üzədir

Almaniyanın Vitse-kansleri: İran müharibəsi qlobal iqtisadiyyatı təhdid edir

Ədəbiyyat İnstitutunun əməkdaşı beynəlxalq tədbirdə türk-Çin mədəni əlaqələrindən bəhs edib

Elçin Yusubov: 2023-cü ildən bəri Xankəndi, Xocalı və Ağdərədə 76 minə yaxın mina və partlamamış hərbi sursat aşkarlanıb

Anaklaudia Rossbax: Gələcəyin şəhərləri üçün innovativ yanaşmalar vacibdir

Hüquq məsləhətçisi: Müstəmləkəçilik dövründə formalaşmış şəhərsalma bərabərsizliyi bu gün də yaşayış şəraitinə təsir göstərir

Ədəbiyyat Muzeyində utopiya və distopiya mövzusunda elmi seminar

Şirkət direktoru: Mayot, Yeni Kaledoniya, Qvadelupa və Martinika kimi ərazilərdə mənzil qıtlığı ilə bağlı vəziyyət xüsusi narahatlıq doğurur

Mərakeşli nümayəndə: Şəhərsalma yalnız iqtisadi inkişaf deyil, həm də sosial ədalət məsələsidir

Pəncab əyalətinin Baş nazirinin müavini: Azərbaycanla kənd təsərrüfatı sahəsində əməkdaşlıq üçün böyük potensial mövcuddur

Sabah hava əsasən yağmursuz olacaq

Belarus mediası: WUF13 şəhərsalma probleminin həlli üçün açıq və yüksəksəviyyəli platforma təqdim edir

Diplomat necə danışmalıdır? – BDU-da yeni layihə

Bouinzal Nohaila: Müstəmləkəçilik dövründə şəhərlərin ən yaxşı əraziləri elitaların nəzarətində olub

Keniyalı nümayəndə: WUF13 mühüm nəticələr verəcək və pozitiv dəyişikliklərə töhfə olacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 10 yanvar tarixli 6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən “İcazə Sistemi” haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Muthoni Brian Ngigi: WUF13 qlobal mənzil problemlərinin müzakirəsi üçün mühüm platformadır

BMT İnkişaf Proqramının məsləhətçisi: Müstəmləkəçilik heç vaxt yalnız siyasi nəzarətdən ibarət olmayıb

Elçin Yusubov: Xankəndi, Xocalı və Ağdərədə, ümumilikdə, 32 minə yaxın şəxs məskunlaşıb

İstanbul “Dünya konqres şəhərləri reytinqi”nə görə son on ilin ən yaxşı nəticəsini əldə edib

Gülşən Rzayeva: Azərbaycan COP və WUF platformaları vasitəsilə gələcək üçün mühüm irs formalaşdırır VİDEO

Gülşən Rzayeva: Azərbaycan COP və WUF platformaları vasitəsilə gələcək üçün mühüm irs formalaşdırır VİDEO

WUF13-də münaqişə və həssas şəraitdə şəhərsalma məsələlərində həllər vasitəsilə sülhə əsaslanan iqlim fəaliyyəti müzakirə olunur

FHN Akademiyasında görüş: kursantlar sularda təhlükəsizlik tədbirləri barədə maarifləndirilib

Doktorant: Mənzilə, suya və elektrik enerjisinə çıxış imtiyaz deyil, fundamental hüquqlardır

Davam edən müstəmləkəçilik strukturu Boneyrdə yerli əhalinin sıxışdırılmasına səbəb olur

"Mançester Siti"də baş məşqçi dəyişikliyi: Qvardiolanı italiyalı mütəxəssis əvəzləyir

WUF13 çərçivəsində ərəb ölkələrində şəhərlərin təbiətlə ahəngdə dayanıqlı inkişafı məsələləri müzakirə olunub

Böyük Britaniyada işsizliyin səviyyəsi gözlənilmədən artıb

Kamerundan olan tədqiqatçı: Tikintidə iqlimə az təsir edən üsullara üstünlük verilməlidir VİDEO

Kamerundan olan tədqiqatçı: Tikintidə iqlimə az təsir edən üsullara üstünlük verilməlidir VİDEO