Bakıda və Sumqayıtda oğurluq edən beş nəfər tutulub
Bakı, 21 avqust, AZƏRTAC
Bakıda və Sumqayıtda oğurluqla məşğul olan şəxslər tutulublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Xətai rayonu ərazisində 2 mağazadan 500 manat pul, 2800 manat dəyərində tütün məmulatı və danışıq kartları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri X.Sultanov, Ş.Məmmədov və T.Abdullayev Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində müəyyən edilərək saxlanılıblar.
Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü polis bölməsinin əməkdaşları isə şəhər sakinləri olan 3 nəfərin velosipedlərini oğurlamaqda şübhəli bilinən Sumqayıt sakinləri, əvvəllər məhkum olunmuş Z.Rzayevi və Ə.Vəlizadəni yaxalayıblar.
Hər iki faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]