BAKIDA YAPONİYA RƏSSAMLARININ SƏRGİSİ AÇILMIŞDIR
“Yaponiyanı müasir plakatlardan kəşf et” adlı sərgidə 40-a yaxın müəllifin 75-dən artıq əsəri nümayiş etdirilir. Yaponiya fondu tərəfindən maliyyələşdirilən bu səyyar sərgi ölkəmizdən əvvəl Fransa, Xorvatiya, Yunanıstan, Serbiya və Çernoqoriyada, Slovakiya, Finlandiya və Norveçdə nümayiş etdirilmişdir.
Mədəniyyət naziri Polad Bülbüloğlu, Yaponiyanın Azərbaycandakı səfiri Tadahiro Abe ölkələrimiz arasında mədəni əlaqələrin genişləndirilməsində belə tədbirlərin əhəmiyyətindən danışmışlar. Vurğulanmışdır ki, bakılılara təqdim olunan bu plakatların Qazaxıstan, Özbəkistan və Belarusda da sərgilənməsi nəzərdə tutulmuşdur.
Sərgi yanvarın 30-dək davam edəcəkdir.