Bakının bəzi yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb
Bakı, 29 dekabr, AZƏRTAC
Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.
AZƏRTAC Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) məlumatına əsasən bildirir ki, paytaxtın aşağıdakı yollarında hazırda sıxlıq müşahidə olunur.
1. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
2. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
3. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
4. "20 Yanvar" dairəsində;
5. Binəqədi şosesi, "Azadlıq Prospekti" metro stansiyası istiqamətində;
6. Koroğlu Rəhimov küçəsi, Akademik Həsən Əliyev küçəsi istiqamətində;
7. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” dairəsi istiqamətində;
8. Neftçilər prospekti, Azneft dairəsi istiqamətində;
9. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində sıxlıq müşahidə olunur.