Bakının “Neftçi” klubu növbəti transfer çalışmasını bitirib
Bakı, 27 yanvar, AZƏRTAC
Bakının “Neftçi” klubu növbəti transfer çalışmasını bitirib.
AZƏRTAC xəbər verir ki, klub rəhbərliyi uzun müddət danışıq apardığı Azər Əliyevin keçidi həllini tapıb.
Bakı təmsilçisi futbolçunu “Ufa”dan 6 aylıq icarəyə götürüb. Yayda isə tərəflər yenidən danışıqlar masası arxasına əyləşəcək və şərtlər üst-üstə düşərsə, Rusiya klubundan onun transfer hüququ birdəfəlik alınacaq.
“Yenisey”in yetirməsi olan 27 yaşlı cinah oyunçusu daha əvvəl “Saxalin”, “Krılya Sovetov” və “Tambov”da çıxış edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [17:12]
“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb
- 12.10.2026 [16:32]
“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb
- 12.10.2026 [15:58]