Bakının ümumtəhsil müəssisələrində 20 Yanvar faciəsinə həsr edilmiş tədbirlər keçirilir
Bakı, 14 yanvar (AZƏRTAC). Bakının ümumtəhsil müəssisələrində 20 Yanvar faciəsinin 23-cü ildönümünə həsr edilmiş tədbirlər keçirilir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildirmişlər ki, müvafiq tədbirlər planına uyğun olaraq təhsil müəssisələrində XX əsrin ən dəhşətli qanlı hadisəsi - 20 Yanvar qırğını ilə bağlı məlumatlar verilir, sənədli filmlər göstərilir, məktəblərin internet şəbəkəsi və saytlarına faciəni əks etdirən materiallar daxil edilir.
Eyni zamanda, Qara Yanvar ilə əlaqədar fotostendlər hazırlanacaq, ədəbi-bədii kompozisiyalar, rəsm sərgiləri təşkil olunacaqdır.
Yanvarın 19-da müəllim və şagirdlər Şəhidlər xiyabanında xalqımızın azadlığı, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü yolunda canlarından keçən Vətən övladlarının xatirəsini yad edəcəklər.
Həmin gün məktəblərdə ilk dərslər 20 Yanvar hadisələrinə həsr olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]
Qanlı gecədən başlanan və müstəqilliyə gətirib çıxaran yol
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [23:20]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [22:50]
Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub
- 12.06.2026 [22:29]
Lənkəran və Astarada güləş zallarına baxış keçirilib
- 12.06.2026 [22:20]