Balakəndə bir həftə əvvəl vurulan piyada xəstəxanada ölüb
Balakən, 15 yanvar, Rasim İslamoğlu, AZƏRTAC
Yol-nəqliyyat hadisəsi bir həftə əvvəl rayonun Qazma kəndi ərazisində baş verib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.
Bildirilir ki, yanvarın 9-da rayon sakini Sadiq Balagözov idarə etdiyi VAZ-2115 markalı avtomobillə Balakən rayonunun Qazma kəndində hərəkətdə olarkən yolu keçən piyada, 64 yaşlı Cəərey Əliyevanı vurub. Piyada aldığı xəsarətlərdən dünən xəstəxanada vəfat edib.
Yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, istintaq aparılır.